1. Azərbaycanın təbii-coğrafi şəraiti


Qaraqoyunlu sülalə dövlətinin yaranması və imperiyaya çevrilməsi



Yüklə 344,46 Kb.
səhifə56/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   52   53   54   55   56   57   58   59   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

55.Qaraqoyunlu sülalə dövlətinin yaranması və imperiyaya çevrilməsi.

Qaraqoyunlular — 1375–1468-cu illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqı. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar.

Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca olmuşdur. Onun xələfi Qara Məhəmməd Cəlairilərlə ziddiyyəti aradan qaldırmaq üçün Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu da Azərbaycanın Təbriz də daxil olmaqla qərb hissəsinin Qaraqoyunluların əlinə keçməsinə səbəb oldu.[14]

Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.[15]

Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu.1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir. Lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi[16]

Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi. Cahan şah Qaraqoyunluların güclü hökmdarlarından olmuşdur. Onun dövründə Qaraqoyunlu mədəniyyəti inkişaf etmişdir. Cahan şah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində və Fars dilində şeirlər yazırdı. Böyük fəthlər edərək Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmişdir.[17]

Alman Türkolog Gerhard doerfere göre Aqqoyunlu ve Qaraqoyunlu Türkmanları "Türkmən" sözünün hələ də qarmaqarışıqlara yol açması çox qəribədir, Leninqradda iraq Oğuz ədəbiyyatının oğuz "Türkmən" adı girdiyini gördüm; Türkmân sözü əslində "köcəri oğuz mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu "Türkmənləri" hər halda Azərbaycanlılardır.[18]

Cahanşahın 1467-ci ildə ölümündən sonra hakimiyyətə gələn Həsənəli mirzə Uzun Həsən tərəfindən öldürüldü beləliklə Qaraqoyunlu imperiyası süqut etdi.[19]

Qaraqoyunlular Oğuz türkman əsilli tayfa ittifaqıdır. Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkmaniyyə" və "Tarixi Sultan Qütbşahi" əsərlərində Qaraqoyunluların 1202-1203 cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstandan İrana, Azərbaycana və Şərqi Anadoluya gəlməsi göstərilir.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin