1. Azərbaycanın təbii-coğrafi şəraiti


Səfəvi dövləti XVI əsrin ikinci yarısında.Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi və onun nəticəsi



Yüklə 344,46 Kb.
səhifə64/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   60   61   62   63   64   65   66   67   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

63.Səfəvi dövləti XVI əsrin ikinci yarısında.Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi və onun nəticəsi.

Səfəvilər sarayında türk ordusunun Qarsa doğru hərəkət etməsi xəbəri alınan kimi əmirlər nə etmək lazım gəldiyi barədə müşavirə keçirməli olur. Qərara gəldilər ki, sultana nəzakətli bir məktub göndərək sərhədin pozulmasına öz etirazlarlarını bildirsinlər. Rəsmi müraciətdə həmçinin göstərilirdi ki, Səfəvilərin hər zaman əməl etdiyi Amasya sülhü sarsılmazdır. Məktubu İstanbula çatdırmaq vəzifəsi Məhəmməd xan Toxmağın mülazimlərindən biri olan Vəli bəy Ustaclıya həvalə edildi. O, yola düşdü. Lakin Mustafa paşanın qoşunları Ərzurumdan Qarsa gedib çıxanadakən Osmanlı İmperiyası sərhədində yerli hakim tərəfindən tutulub saxlanıldı.[74]

Bununla da qızılbaşların ölkənin ağır daxilu vəziyyəti üzündən hərbi toqquşmadan yaxa qurtarmağa yönəldilmiş son ümidləri baş tutmadı. Buna görə də hərbi çağırışı qəbul etməkdən başqa çarə qalmadı. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu ilə Azərbaycanın cənub hissəsinə gəlməli və yerli qoşunların birləşərək mühafizə və müdafiə üzrə zəruri tədbirlər görməli idi. Dövlət işləri ümumi olaraq şahın həyat yoldaşı Xeyrənnisə bəyimin əlində olduğuna görə o da bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə gəldi. Burada müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.[75]

Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını işləyib hazırladılar. Bəziləri təklif edirdilər ki, Urmiya gölü yaxınlığında kürd tayfalarının üsyanı yatırmaq üçün öncə Təbrizə hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək üçün geri çəkilməyə məcbur olacaqdı. Lakin əmirlərin çoxu bu təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi məqsədəuyğun saydı.[76]

Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən, Osmanlılar tərəfindən tutulmamış Qarabağa doğru hərəkət etdi. Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla Mirzə Salmanla Kürü keçərək, Şirvanı Osmanlılardan azad etməyə gedəcəklər.[77]

Bundan sonra Osman paşa Şamaxı qalasına gəldi. Adil Gəray isə Əbubəkrlə birlikdə Araz xanın düşərgəsini qarət etmək üçün cənuba, Muğan düzünə tərəf hərəkət etdilər. İsgəndər bəy Münşi yazırdı: "Bu müharibədə rumlu tayfasına bədbəxtlik üz verdi." Bu tayfanın adlı-sanlı adamlarının əksəriyyəti öldürüldü və Şirvanın uzun illər boyu sakit və firavan idarə olunması dövründə toplanmış əmlak, var dövlət isə düşmənlərin əlinə keçdi. Döyüşdən sağ çıxmış Ərdoğdu Xəlifə Təkəli və bir neçə başqa əmir, o cümlədən Araz xanın iki oğlu artıq bu vaxt Qarabağa gəlib çıxmış, qızılbaşlar qərargahına Araz xanın ölümü barədə xəbər çatdırdılar. Talış əmirlərinə əmr edildi ki, Araz xanın qoşunlarının qalıqları ilə Kür çayından keçiddə bir yerdə cəmləşsinlər və Krım tatarlarının cənub sahilinə keçməsinə yol verməsinlər.[68]





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin