1. Azərbaycanın təbii-coğrafi şəraiti


Səfəvi-Osmanlı münasibətlərinin kəskinləşməsi.Çaldıran döyüşü və onun Türk dünyası üçün nəticələri



Yüklə 344,46 Kb.
səhifə62/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   58   59   60   61   62   63   64   65   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

61.Səfəvi-Osmanlı münasibətlərinin kəskinləşməsi.Çaldıran döyüşü və onun Türk dünyası üçün nəticələri.

Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa zamanda Azərbaycan xanlıqlarını və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir hissəsini, Xorasan və İraq kimi vacib regionları da özlərinə tabe etdilər. Səfəvilər dövlətinin getdikcə artan gücü onun qərb sərhədlərində yerləşən və sürətlə genişlənməkdə olan Osmanlı İmperiyasının maraqlarına zidd idi.

1507-ci ildə Şah İsmayıl Anadolu bəylərindən biri olan Bozqurdla aralarında olan inciklik səbəbi ilə Osmanlı sərhədlərini keçərək Dulqədiroğulları bəyliyinə hücum edir. Döyüşdə məğlub olan Bozqurd qaçır, onun oğlu və iki nəvəsi isə Şah İsmayıl tərəfindən qətlə yetirilir. Bu hadisə onsuz da gərgin olan Səfəvi-Osmanlı münasibətlərini bir qədər də korlayır.

Səfəvi hökmdarı I Şah İsmayıl və Fateh Sultan Məhəmmədin yolunu davam etdirən Osmanlı sultanı I Səlimin (Yavuz Sultan Səlim) bir-birlərinə bəslədikləri kin-küdurət toqquşmanın baş verməsində vacib rol oynayır. Şah İsmayıl tərəfindən məğlubiyyətə uğradılan Bozqurd Sultan Səlimin ana tərəfdən babası idi. Babasının başına açılan oyuna, həmçinin dayısının və iki oğlunun qətlinə görə Şah İsmayılla münasibətləri olduqca kəskinləşən sultan Səlim Səfəvilərə qarşı ordu yığmağa başlayır.

Müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağından ehtiyatlanan Sultan I Səlim döyüş ərəfəsində 40 min qızılbaşı edam və sürgün etdirir. 

1514-cü ilin avqust ayında təqribən 300 top və tüfənglə silahlanmış yeniçəri dəstələri, ağır silahlarla silahlanmış atlılardan və Balkan vilayətlərindən gətirilmiş dəstələrdən ibarət 100 minlik Osmanlı ordusu Səfəvilər üzərinə yürüşə başlayır. Avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə iki qoşun üz-üzə gəlir. Osmanlı ordusunun sağ cinahına Anadolu bəylərbəyi Sinan paşa, sol cinahına isə Rumeli bəylərbəyi Həsən paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi. 

Səfəvi ordusu əsasən ağır silahlı süvarilərdən ibarət idi. Onları döyüşdə yüngül silahlı atlılar dəstəkləyirdi. Nə piyada dəstələri, nə topu, nə də odlu silahı olmayan qızılbaş ordusu sayca osmanlılardan xeyli az idi. Təxminən 40 min nəfərlik Səfəvi ordusunun sağ cinahına Xan Şamlı, sol cinahına isə Məhəmməd xan Ustaclı komandanlıq edirdi. Döyüşdən qabaq sərkərdələrin top atəşindən yayınmaq məqsədi ilə gecə ikən hücum etmək təklifinə Şah İsmayıl “Mən karvan basan quldur deyiləm” cavabını verir. Beləliklə, döyüş səhər tezdən başlayır.

Döyüşün gedişində Osmanlı piyadasının ilk hücumunu uğurla dəf edən qızılbaşların bir hissəsi əks-hücuma keçir. Süvarilər piyadaların köməyinə gəlsə də, əks-hücumun qarşısını almağı bacarmırlar. Osmanlı atlılarının pərən-pərən düşdüyünü görən Şah İsmayıl bütün ordunu hücuma cəlb edir. Müdafiəni yaran qızılbaş atlıları bu zaman türk toplarının aramsız atəşinə məruz qalır və ağır itki verirlər. Beləliklə döyüşün müqəddəratı həll olunur. Bundan sonra son hücuma keçən Osmanlı ordusu Səfəvi ordusunu darmadağın edir. 

Yaralanmış Şah İsmayıl ölkənin içərilərinə çəkilir. Bu döyüşdə qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə, osmanlılar isə Həsən paşa, Məlqucoğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirirlər. 

Şərəfxan Bidlisi “Şərəfnamə” əsərində Səfəvilərin bu döyüşdə 5 min süvari itirdiklərini bildirir.

Daha sonra ölkənin içərilərinə doğru hərəkət edən Osmanlı ordusu Xoy, Mərənd və Təbriz şəhərlərini ələ keçirir. Lakin az sonra orduda, xüsusən sufi-dərviş ordeni olan bəktaşiliyə pərəstiş edən yeniçərilər arasında narazılıqlar başladığından osmanlılar Anadoluya geri çəkilirlər.

 


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin