69.Azərbaycanda Nadir şaha qarşı üsyanlar və onların nəticələri.
Nadirin yürüşləri və ya Nadirin müharibələri — XVIII əsrin birinci yarısında Mərkəzi Avrasiyada əvvəlcə xan, sonrada şah olan Nadir tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəzərdə tutulur. Onun hərbi əməliyyatları ilk dəfə Səfəvi sülaləsinin adından Hotaki əfqanlarına qarşı başlamışdır. Səfəvi imperiyasının paytaxtı İsfahanın əfqanlar tərəfin ələ keçirilməsindən sonra Səfəvi dövləti faktiki olaraq süqut etdi. Səfəvi taxtının bərpasına çalışan və şahlıq adına iddia edən II Təhmasib Səfəvi Nadiri öz xidmətinə qəbul etdi. Nadir o zaman Xorasanda kiçik və əhəmiyyətsiz hərbi dəstə komandanlarından biri idi.
Şimal-qərbdəki Abdali əfqanlarını neytrallaşdırdıqdan sonra II Təhmasibi özündən asılı vəziyyətə salan Nadir ölkənin yerdə qalan hissəsini işğal edən Hotaki əfqanlarına qarşı müharibəyə başladı. Əfqanlar üzərində bir neçə inanılmaz qələbədən sonra İsfahan azad edildi və II Təhmasib Səfəvi taxtına əyləşdi. Bununla da, Səfəvi sülaləsinin hakimiyyəti bərpa edildi.
Səfəvilərin taxtda bərpasından sonra Nadir qərbə və şimala doğru yürüşlərə başladı. Onun məqsədi Osmanlı və Rusiyaya itirilmiş Səfəvi torpaqlarının geri qaytarılması idi. 5 il davam edən müharibələrdən sonra Nadir imperiyanın qərb sərhədlərini bərpa edə bildi. O, imperiyanın suverenliyini Qafqazın da əksər hissəsində qəbul etdirdi.
Bir çox uğurlu hərbi əməliyyatlar Nadirə imperiyanı elit təbəqəsinin artıq dəstəkləmədiyi Səfəvi sülaləsini qansız formada devirmək üçün legitimliyi təmin etmişdi. Əfşarlar sülaləsinin əsasını qoyan
Nadir şah 1736-cı ildə Muğanda özünü şah elan etdi və şah kimi ilk hərbi əməliyyatını əfqanıstana qarşı həyata keçirdi.
O, bu dəfə bütünlüklə Əfqanıstanı özünə tabe etmək istəyirdi. Əfqanıstanın bütünlüklə tabe etdirilməsindən sonra Nadir üçün Böyük Moğol imperiyasına gedən yol açılmışdı. Onun bu yürüşü həyata keçirdiyi ən möhtəşəm hərbi əməliyyatlarından biridir. Xeybər keçidində özündən say etibarilə qat-qat çox olan rəqib ordunu cəmi 10.000 nəfərlik qoşunla darmadağın edən Nadir Moğol imperiyasının əsas bölgəsinə daxil oldu. Burada moğolların əsas ordusu ilə qarşılaşdı. Orduların sayının nisbəti 1-ə 6 nəfər olmaqla, moğolların xeyrinə idi. Lakin Nadir moğol ordusunu cəmi 3 saata darmadağın etdi. Moğol imperatoru Məhəmməd şah Nadir şahdan asılılığı qəbul etdi və nadir Dehli şəhərinə daxil oldu. Şəhərdə ona qarşı qalxmış üsyanı yatıran Nadir bir müddət sonra şəhəri tərk etdi. Şəhərə tərk edərkən özüylə xeyli miqdarda sərvət aparan Nadir şah həmçinin, Hind çayından şimaldakı moğol torpaqlarını da ilhaq etdi.
Dostları ilə paylaş: |