1. Azərbaycanın təbii-coğrafi şəraiti


Şah I Abbasın xarici siyasəti.Səfəvi-Osmanlı müharibəsinin yeni mərhələsi və onun nəticəsi



Yüklə 344,46 Kb.
səhifə66/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   62   63   64   65   66   67   68   69   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

65.Şah I Abbasın xarici siyasəti.Səfəvi-Osmanlı müharibəsinin yeni mərhələsi və onun nəticəsi.

Ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalan Şah I Abbas fəal xarici siyasət yürüdərək Avropa ölkələri və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələri üçün Qərb dövlətləri ilə hərbi-siyasi danışıqları gücləndirdi. O, Venesiya, Almaniya, İspaniya, Roma papası, İngiltərə və Moskva knyazlığı ilə diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlara başladı. Almaniya və İspaniya hökmdarları Osmanlı dövlətinə qarşı başlanacaq müharibədə Səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.

XVI əsrin sonunda Şah Abbas fəal xarici siyasət yürütməyə başladı. Bu dövrdə Səfəvilər dövlətinin xarici siyasətini üç əsas istiqamət təşkil edirdi: öz şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətinindən Xorasanı geri almaq; 1578–1590-cı illər müharibəsi nəticəsində Osmanlı imperiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarını geri almaq; Fars körfəzində Portuqaliyanın hegemoniyasına son qoymaq və Hind okeanına çıxış əldə etmək. Bu məqsədlərin birincisindən başlayan Şah Abbas Şeybaniləri məğlub edib /29.VII. 1599/ Xorasanı yenidən Səfəvilər dövlətinə birləşdirdi.[30]

Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixində Uzun Həsəndən sonra məhz Şah Abbasın dövründə Qərb ölkələri ilə ən sıx əlaqələr yaradılmışdır. Bu zaman Səfəvi-Avropa münasibətləri yeni, əvvəlki dövrlərlə müqayisə olunmayacaq miqyasda idilər. Qərb mənbələrində Şah Abbasın səfirlərinin Venesiya Respublikasının, Papalıq və digər İtaliyan dövlətlərinin sayarlarında, eləcə də Almaniya, İspaniya, İngiltərə, Hollandiya Respublikası, hətta İsveç və Norveç və digər Avropa ölkələrində diplomatik danışıqlar apardıqları barədə maraqlı məlumatlar vardır. Qərb ölkələrinə ezam olunan Səfəvi diplomatlara tapşırılırdı ki, iki əsas məsələ ilə məşğul olsunlar: birincisi, Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi haqqında müqavilələrin imzalanması, ölkənin əsas sərvətini təşkil edən xam ipəyin əlverişli şərtlərlə ixracını təmin etmək və ikincisi, Avropada anti-türk koalisiyasını yaratmaq.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin