1. Azərbaycanın təbii-coğrafi şəraiti


Şah I Abbasın hakimiyyətə gəlməsi və onun islahatları



Yüklə 344,46 Kb.
səhifə65/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   61   62   63   64   65   66   67   68   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

64.Şah I Abbasın hakimiyyətə gəlməsi və onun islahatları.

Tarixi həqiqətlərin təhlili göstərir ki, əgər birinci yüzillikdə birləşmiş dövlətdə Azərbaycan qızılbaş dövlətinin ənənələri üstünlük təşkil edirsə, Azərbaycan və Təbriz mərkəz idisə, sülalənin hakimiyyətinin ikinci yüzilliyində üstünlük İrana, İsfahan mərkəz olmaqla, fars etnik ünsürlərinə verildi.

1587-ci ildə özbəklərlə müharibənin qızğın vaxtında I Abbas atasının şəhərdə olmasından istifadə edərək qızılbaş və fars əyanlarının köməyilə Qəzvini tutdu. O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi. I Abbasın qızılbaşlara münasibəti, fars əyanları içərisində özünə dayaq yaratmağa çalışması barədə İranda olmuş xarici səfir Petro Dela Aaledə şahidlik edir. O yazırdı: "Şahda Şeyxəvənd və qızılbaş tayfalarına qarşı gizli soyuq münasibət vardı. Bütün gücü ilə bu tayfaların qüdrətini sarsıtmağa çalışırdı, şah tatlardan tutulmuş muşkutyorlarla, xüsusilə, qulamlara daha çox arxalanır və onları daha yüksək vəzifələrə irəli çəkirdi". Şah Abbas hər şeydən əvvəl orduya xüsusi əhəmiyyət verirdi. İtaətsiz feodala qarşı mübarizə aparmaq, xalq hərəkatını boğmaq və yürüşlər üçün qüdrətli nizami orduya ehtiyac vardı. Ona görə də Şah Abbas hakimiyyətə gələndən sonra (1587-1629) Səfəvilərin itirilmiş ərazisini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi.

I Abbas ölkənin idarə olunmasında İran feodallarına meyil etməklə özünü daha çox qədim İran şahlarına bənzətməyə çalışırdı. O, yerli İran xalqının bir sıra qədim adət-ənənələrini bərpa edir, adlı-sanlı qədim İran familyalarını himayə edir, onları dövlət vəzifələrinə irəli çəkirdi. Nəhayət, şah farsların yerləşdiyi mərkəzdə (Əcəm İraqında) bir sıra dövlət vergilərini azaltdı. İsfahan tacirlərinə və əsnaflara xüsusi imtiyaz verdi, onları bir illiyə bütün dövlət vergilərindən azad etdi.

Şah Abbas öz islahatları ilə Azərbaycan köçəri əyanlarının nüfuzunu məhdudlaşdıpmağa başladı. Eyni zamanda, iranlılardan ibarət olan şiə ruhani məmurlarının dövlət işlərində iştirakını gücləndirdi. İri torpaq sahiblərinin sıxışdırılması, edam edilmiş feodalların torpaqlarının ələ keçirilməsi hesabına şah öz şəxsi torpaqlarını xeyli genişləndirdi. Bu mübarizədə xeyli feodal hakim və əmirlər məhv edildi. Şah Abbas hakimiyyətə qarşı çıxan təkəli tayfasına amansız divan tutdu. Onun əmrilə bir sıra tayfalar məhv edildi.

Yeni şah dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi.

Etimad-üd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük xadim kimi şöhrət qazanmış Hətəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırılmış və ali hakim dəftərxanasının qayda-qanununa çevrilmişdi. Qızılbaş əyanlarının qüdrətini sarsıtmaq məqsədilə şah şiə ruhanilərinə və oturaq əyanların köməyinə arxalanaraq, öz vergi siyasətində onlara güzəştə getdi. Səfəvi dövlətinin xristian əhalisi rüsum-cizyə verməli idi. Bu da əhalinin vəziyyətini ağırlaşdırırdı. Lakin iri erməni tacirləri şah hökuməti ilə əlaqə saxladıqlarına görə, yepiskoplar, monastırlar çox vaxt şah fərmanları ilə bu rüsumdan və digər vergilərdən azad edilirdilər. Bundan əlavə, hökumət xalq kütlələrini itaətdə saxlamaq üçün erməni din xadimlərinin nüfuzundan istifadə etməyə çalışırdı.

Şah Abbasın islahatları nəticəsində qızılbaş əyanlarının qüdrəti sarsıldı, mərkəzi hakimnyyət isə xeyli qüvvətləndi. Şah Abbas Səfəvilər dövlətinin keçmiş qüvvəsini bərpa edə bildi. Azərbaycan bu dövlətin aparıcı qüvvələrindən birinə çevrildi. Şah Abbas dövlətin mərkəzi aparatını və mülki bürokratiyanı möhkəmləndirərək İngiltərə, Fransa, İspaniya, Roma papası, Moskva knyazlığı ilə diplomatik əlaqə yaratmaq məqsədilə danışıqlara başladı.

Bütün XVI əsr boyu Azərbaycan-Türkiyə münasibətləri gərgin olmuşdur. Osmanlı qoşunu dəfələrlə Azərbaycanın ərazisinə soxularaq, öz yolları üzərində olanı qarət və məhv etmişdi. Bu qarətçi müharibələrə dini don geydirilmişdir. Özlərini tamhüquqlu müsəlman hesab edən osmanlı sultanları səfəviləri dönük adlandırır, onları "nifrətə layiq" yaxud "nalayiq hərəkət edən" qızılbaşlar adlandırırdılar. Bu da, öz növbəsində, qızılbaş-osmanlı münasibətlərini daha da kəskinləşdirirdi.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin