1. Azərbaycanın təbii-coğrafi şəraiti


XIII-XIV əsrlər Azərbaycan mədəniyyəti



Yüklə 344,46 Kb.
səhifə53/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   49   50   51   52   53   54   55   56   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

52.XIII-XIV əsrlər Azərbaycan mədəniyyəti.

"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Atropatenanın banisi Midiya satrapı Atropatın adı "atəş mühafizəçisi" deməkdir. Azərbaycan tarixi ərazisi birinci olaraq Arazdan cənubdakı ərazilər üçün, indiki İran Azərbaycanı üçün istifadə edilsə də, XIII əsrin əvvəllərində Yaqut əl-Həməvi tərəfindən verilən məlumat bu dövrdən bir qayda olaraq Azərbaycan anlayışının şimala qədər yayıldığını göstərir.[7] Müasir Azərbaycan Respublikasının Muğan ərazisi də tarixi Azərbaycana daxil idi.[8] Səfəvilər dövründə paytaxtı Təbriz olan Azərbaycan bəylərbəyliyinə Şimal Azərbaycanın Talış və Arazbar bölgələri daxil idi.[9] İranika ensiklopediyasına görə Səfəvilər dövründə Azərbaycan termini Arazdan şimaldakı bəzi ərazilər üçün istifadə edilib, hansı ki, idarəçilik baxımından Azərbaycan bəylərbəyliyinin canişininə tabe idi.[10] Səfəvilər dövründə Azərbaycan termini həm şimaldakı, həm cənubdakı Azərbaycan vilayətləri üçün istifadə edilirdi.[11] "Azərbaycan" adı ilk dəfə Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən 27 may 1918-ci ildə rəsmi olaraq istifadə edilmişdir. Fraksiya öz iclasında Azərbaycanın müstəqilliyini elan edilməsi barədə qərar qəbul etdi.[12]

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdən Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır.[13] Azərbaycanlıların etnogenezində Qafqaz Albaniyası və Atropatena əhalisi (kaspilər, qafqaz albanları, udinlər, midiyalılar[14], talışlar[15]) ilə bu ərazilərə gələn işğalçılar (kimmerlər, skiflər, massagetlər, hunlar, xəzərlər, bulqarlar, oğuz türkləri, qıpçaqlar,[15] peçeneqlər) iştirak etmişdir.[16] Etnogenezdə dominant rolu türklər oynamışdır.[17] Türk komponenti olan oğuz türkləri isə qədim türklərin uqor və sarmat mənşəli tayfalarla qarışması nəticəsində yaranmışdır.[18] ХI-ХIII əsrlərdə Şərqi Zaqafqaziyaya türk oğuz tayfasının gəlişi yerli əhalinin böyük hissəsinin türkləşməsinə səbəb oldu və bu da Azərbaycan xalqının formalaşmasının başlanğıcı idi.[1][19] Türkləşmə üçün münbit şəraitə səbəb bölgədə böyük etnik müxtəlifliyin olması idi.[20] Səlcuqlar dövləti dövründə başlayan türk tayfalarının gəlişi[21] monqolların dövründə də davam etmişdir. Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi.[22] Qaraqoyunlu və Ağqoyunlu tayfaları İran Azərbaycanında və Qubadan cənubda azərbaycanlıların etnogenezində rol oynamışdır.[15] XV əsrin sonlarında Azərbaycan əhalisinin türkləşməsi başa çatdı və müstəqil Azərbaycan türk xalqı ortaya çıxdı. Anadolu türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd isə XVI əsrdə yarandı.[1] XVI-XVII əsrlərdə bölgəyə padar və şahsevənlərin gəlməsi ilə türk axınları davam etmişdir.[23]

Şnirelmana görə, antik və erkən orta əsrlərdə Albaniya və Atropatena əhalisi arasında mədəni, sosial və liqvistik cəhətdən oxşarlıq yoxdur.[24] Qrantovski eramızdan əvvəl I minilliyə aid İran Azərbaycanı abidələrini Şərqi Zaqafqaziya mədəniyyəti ilə əlaqələndirir.[25] Trever isə eramızdan əvvəl VI-V əsrlərə aid arxeoloji tapıntılara əsasən qafqaz albanları və midiyalılar arasında mədəni yaxınlığın olduğunu qeyd edir.[26]





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin