1. Azərbaycanın təbii-coğrafi şəraiti


Atabəylər(Eldənizlər) dövlətinin zəifləməsi və süqutu



Yüklə 344,46 Kb.
səhifə49/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   45   46   47   48   49   50   51   52   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

48.Atabəylər(Eldənizlər) dövlətinin zəifləməsi və süqutu.

Tarixi mənbələr Azərbaycan Atabəylər dövlətinin hücumunun əsas rol oynadığını göstərir. Akademik Z.Bünyadov adıçəkilən əsərində göstərir ki, monqollar Xarəzmşahlar dövlətini dağıtdıqdan sonra, sultan Əlaəddin Məhəmmədin oğlanları atalarınıi dövlətinin hissələrini təşkil edən ölkələrə tərəf yollandılar və hər birisi ata tərəfindən vəsiyyət olunmuş əraziyə sahiblik etməyə başladı, Qiyasəddin Pir şah Fars İraqını tutub, buradan qonşu ölkələrə yürüş etdi. Belə ki, 1224-cü ildə o, Azərbaycana yürüş edərək Marağaya və Müzəffərəddin Özbəyin başqa mülklərinə hücum etdi. Özbək isə müqavimət göstərməyə qüvvəsi və qabiliyyəti olmadıqından təzminat verməklə məsələni qurtarmaq istədi. Bu məqsədlə o, Pir şahın hüzuruna bir neçə elçi göndərib, sülh bağlamağı xahiş etdi. Nəhayət, Pir şah sülh şərtlərini qəbul edib, Atabəyin bacısı Cəlaliyyə ilə evləndi. Naxçıvan bu zaman Cəlaliyyənin pay torpağı hesab olunurdu. Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəkdi. Burada onunla atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Tansi 50 minlik ordu ilə kənara çəkildi.

Onların arasındakı nifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq, ona qarşı çıxdı. Eyni zamanda, Pir şah İğan-Taisini məğlub edərək onu geriyə- Azərbaycana çəkilməyə məcbur etdi. Burada İğan-Taisi Özbəyin icazəsilə qarətkarlığa və qırğına başladı, sonra isə qışı Arranda keçirmək üçün Xəzər dənizi sahilində dayandı.

Qışı keçirərək İğan-Taisi ikinci dəfə Azərbaycan ərazisini qarət etməklə məşğul oldu, sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki, bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfindən iqta sifətilə pay verilmişdi. Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlalləddin Manqburnun qoşunları tərəfindən mühasirəyə alınaraq darmadaqın edildi və özü əsir alındı.

Xarəzmşah üzərində məhv olmaq təhlükəsi yaranarkən, onun vəziri Şərəf əl-Mülk ona qarşı fitnəyə əl atdı. O, öz hökmdarının adına təhqiredici sözlər yağdıraraq, qonşu torpaqların hakimlərinə məktub yazıb, onlardan Claləddinin hakimiyyətinə mənsub olan torpaqları öz əlinə keçirməkdə ona kömək etmələrini xahiş etdi. "O (vəzir), onlardan özü üçün Arran və Azərbaycanın hakimi kimi qalmaq razılığını almaq istəyirdi, lakin xütbəni onların adına oxutduracaqdı. O, Əlaəddin Qey-Qubada və əl-Əşrəfə məktub göndərərək onlara qarşı özünün tam tabeliyini ifadə etməklə yanaşı, öz sultanını köməksiz zalım adlandırırdı".

Bu məktubların bir hissəsi Cəlaləddinin əlinə düşdü, vəzirin taleyi həll olunmuş oldu -o, həbs edildi və sonra edam olundu.

Monqolların plan üzrə Azərbaycan şəhərlərini işğal etdiklərindən xəbər tutan bütün yaşayış məntəqələri təzminat verərək özlərini xilas etməyə başladılar, belə ki, onların müqavimət göstərməyə imkanları yox idi. Müqaviməti təşkil edə biləcək adamlar da yox idi, çünki "bütün müsəlman hakimləri öz sığınacaqlarında qorxudan titrəyirdilər". Monqollar Marağanı tutaraq, öz adətləri üzrə əhalisini qılıncdap keçirtdilər. İbn əl-Əsir bu faktı qeyd edərək yazırdı: "O, müsəlman ölkələrinin hakimlərindən (mülük) bir nəfərin də olsun monqollara qarşı müqəddəs müharibə aparmaq arzusunda olduğunu görmür, çünki onların hər biri öz əyləncələri, oyunları ilə və təbəələrə zülm etməklə məşğul idi".

Monqol basqını ərəfəsində Xarəzm qarnizonları, xüsusilə, Arran və Azərbaycan şəhərlərində özbaşınalıqlar törədir, əhali ilə amansızcasına rəftar edirdilər. Buna görə də, monqollar Arrana girərkən Gəncə əhalisi xarəzmilərə qarşı çıxış edərək, onları qılıncdan keçirir və ölənlərin başlarını monqollara göndərirdi. Sultan Cəlaləddin monqollar tərəfindən pərakəndə salınmış qoşunlarını toplamağa cəhd göstərərək, Gəncəyə yollanmaq və monqollarla vuruşmaq niyyətində idi. O, bir neçə min xarəzmli toplaya bildi və Ağdam yaxınlığındakı Qarqarçay yanında məskən saldı.

Monqol qoşunlarının komandiri Çormaqun-noyan Sultana elçi göndərərək təslim olmasını təklif etdi, lakin Sultan monqolların elçisi Fəxrəddin Həmzə ən-Nişapurinin öldürülməsi əmrini verdi və qoşununu Gəncə üzərinə apardı.

Xarəzmilərə qarşı üsyan edən gəncəlilərə Bəndər adlı bir nəfər başçılıq edirdi. Sultan bir neçə gün ərzində üsyançıları tabe etməyə cəhd göstərdi, lakin "onlar barmaqlarını qulaqlarına qoyub öz paltarlarına bürünərək, inad göstərir və qürurla dayanırdılar". Təkrar öyüdlərə cavab olaraq gəncəlilər xarəzmilər üzərinə hücum çəkdilər və az qala Sultan çadırınadək çatacaqdılar. Gəncəliləri təqib edən Sultan şəhərə soxuldu və tez bir zamanda üsyançılara divan tutdu. O, şəhər zadəganlarından üsyançıların başçılarının adını verməyi tələb etdi və Bəndər başda olmaqla 30 nəfəri həbs etdirdi. Sultan hamının başını kəsməyi, Bəndəri isə edam etməyi və bədənini tikə-tikə doğramağı əmr etdi.

Arranı tərk edən Cəlaləddin Kiçik Asiyaya yollandı, o, buradan kəsmə yol ilə İsfahana qayıtmaq istəyirdi. Məyyəfəriqin yaxınlığında monqollar Sultanın düşərgəsini əhatəyə aldılar, yoldaşları tərəfindən tərk edilmiş Sultan dağlara qaçdı. Məyyəfəriqin əyalətinin Əynbər kəndi yaxınlığında kürdlər Sultanı ələ keçirtdilər və öldürmək istədilər. Elə ki, Cəlaləddinin sultan olduğunu bildilər, istədilər ki, ondan pul alıb, buraxsınlar. Lakii bu kənddə qardaşı xarəzmilər tərəfindən öldürülmüş bir kürd meydana çıxdı. O, nizə ilə Sultanı öldürdü. Bu hadisə hicri 628-ci ildə şəvvalın ortalarında (1231-ci il, avqustun ortaları) baş verdi.

İbn əl-Əsir də bu səpgidə fikir söyləyir: Cəlaləddin çirkin rəftarlı adam idi, ölkəsini pis idarə edirdi. Onun düşmənçilik etdiyi, torpağına basqın etmədiyi bir qonşu hakim yox idi, hamı üçün arzuedilməz qonşu idi. Buna görə də, onlar hamısı onu tərk etdilər və kömək əli uzatmadılar.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin