1. Azərbaycanın təbii-coğrafi şəraiti


IX-XII əsrlər Azərbaycan mədəniyyəti.Maarif,elm,ədəbiyyat



Yüklə 344,46 Kb.
səhifə44/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   40   41   42   43   44   45   46   47   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

43.IX-XII əsrlər Azərbaycan mədəniyyəti.Maarif,elm,ədəbiyyat.

IX əsrin II yarısında dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan hökmdarları maarif və elmin inkişafına qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, möhtəşəm saraylar, məscidlər, körpülər ucaldır və mədrəsələr açırdılar. Azərbaycanın bütün Şərqdə məşhur olan Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərində mükəmməl təhsil verən çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Məscidlərdə yerləşən ibtidai məktəblərdə-“Qurani-Kərim” öyrədilir və müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilirdi. Mədrəsələrdə dini biliklər və şəriətlə yanaşı, məntiq, Şərq dilləri və müxtəlif təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.

IX-XII əsrlərdə nəinki Şərqdə, bütün Firəngistanda (Avropa-Red.) məşhur olan türk və müsəlman mütəfəkkirləri Cabir ibn Həyyan, Biruni, İbn Sina, əl-Fərabi, Təbəri, Xarəzmi və başqaları Azərbaycanda yaxşı tanımrdılar.

Azərbaycan mədəniyyəti və elmi VIII-XI əsrlərdə Ərəb xilafətinin ərazisində ərəb, türk və digər xalqların görkəmli alim və mütəfəkkirlərinin yaratdıqları ortaq İslam mədəniyyəti və elmindən bəhrələnmişdir. İslam mədəniyyəti yaradıcılarından biri, VIII-IX əsrlərin böyük ərəb astronomu, təbibi, böyük kimyaçısı Cabir ibn Həyyan (721-815) İmam Cəfər Sadiqin şagirdi olmuş, elmi nailiyyətlərinə və kəşflərinə görə sağlığında “Ustadların ustadı” ləqəbini almışdı. Bu görkəmli kimyaçı alim öz dövründə bütün maddələrin, xüsusilə metalların sirlərinə yaxından bələd olub, nəinki öz ölkəsində, bütün Şərqdə və Avropada çox məşhur idi. Əsərləri latın dilinə tərcümə olunaraq Avropa alimlərinin stolüstü kitabına çevrilmişdi. Onun dünya və İslam elminə gətirdiyi yeniliklərin bir hissəsi hətta müasir insanı belə heyrətə gətirir. Bu görkəmli alim:

Dünyada ilk dəfə suyu saflaşdırmaq üçün distillə üsulunu tətbiq etmişdir.

Antik yunan alimlərinin atomun bölünməzliyi fikrini inkar etmiş, atomun bölünməsinin mümkünlüyünü əsaslandıraraq bu bölünmənin böyük fəlakətlərə gətirib çıxaracağını heyrətamiz şəkildə qabaqcadan söyləmişdi. Alimin fikrinə görə atomun bölünməsi baş tutarsa, o dövrdə dünyanın ən böyük şəhəri olan Bağdad böyüklüyündəki şəhəri bir göz qırpımında məhv etmək mümkündür. Maraqlıdır ki, onun bu ideyası on bir-on iki əsrdən sonra XX yüzillikdə dünya alimləri tərəfindən sübuta yetirilərək həyata keçirilmişdir.

Alim heyrətamiz şəkildə laboratoriya şəraitində süni üsulla canlı orqanizmin yaratmağın mümkünlüyü ideyasını irəli sürmüşdür. Bu ideya da yaşadığımız dövrün alimləri tərəfindən həyata keçirilmişdir.

İslam mədəniyyətinin yaradıcılarından biri də X-XI əsrlərdə yaşaımş Mərkəzi Asiyanın türk köklü alimi İbn Sinadır. İbn Sina 980-ci ildə Buxarada doğulmuş, 1037-ci ildə Azərbaycanın Həmədan şəhərində vəfat etmişdir. Onun yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda keçmişdir. İbn Sina ona dünya şöhrəti qazandıran beş hissəli “Tibb qanunu əsəri”ni Azərbaycanda yazmış, Həmədan şəhərində müalicəxana və əczaxana (aptek) açmışdır. “Elmin şeyxi” adını almış İbn Sina təbabətə aid yazdığı fundamental əsərləri ilə tibb elminin əsasını qoymuşdur. Onun “Tibb elminin qanunu” əsəri, hətta XVII əsrdə belə Avropa həkimlərinin stolüstü kitabı idi. Görkəmli Azərbaycan alimi Əbülhəsən Bəhmənyar Azərbaycani onun tələbəsi olmuşdur.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin