1. Azərbaycanın təbii-coğrafi şəraiti


Xilafətin dağılması,Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması.Şirvanşahlar dövləti



Yüklə 344,46 Kb.
səhifə41/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   37   38   39   40   41   42   43   44   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

40.Xilafətin dağılması,Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması.Şirvanşahlar dövləti.

Şirvanşahlar dövlətinin qurucusu  Məzyədilər sülaləsi hesab olunur. ərəb mənşəli Məzyədilər Rəbiə tayfasının Şeybanilər nəslinə mənsub idilər. Məzyədilər sülaləsinin görkəmli nümayəndəsi Yezid İbn Məzyəd Abbasilər dövründə Cənubi Qafqazın vı Şirvanın hakimi olmuşdu. Abbasilər xilafətinin zəifləməsindən istifadə edən Yezid İbn Məzyəd paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik qurdu. O, Aran, Şirvan, Dərbənd və Ermənistan ərazilərinin də idarə edilməsini də öz əlinə aldı. Yezid İbn Məzyədin varisləri dövründə Məzyədilər öz müstəqilliklərini daha da qüvvətləndirirlər. 801 – ci ildə Yezid ibn Məzyədin ölümündən sonra varisləri Xalid, Məhəmməd və Əsəd Cənubi Qafqazın hakiminə çevrildilər. Məzyədilər sülaləsinə mənsub Məhəmməd ibn Məzyəd;



  1. 859 – cu ildə Gəncəni bərpa edərək Məzyədilərin mərkəzini bura köçürdü.

  2. Məzyədilərin müstəqilliyini artırdı.

  3. Məzyədilərin Azərbaycanda daha da möhkəmlənməsinə şərait yaratdı.

Heysam ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi.

Səlcuq türklərinin hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları II Mənuçöhr və I Afridun ölkəni müstəqil idarə edirdilər.

Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar. Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu III Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli rəqib olan səlcuq türkləri ilə münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıpçaq - türk döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni və ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121-ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qazandı. Gürcülər, Qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi aradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.

Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi ilə yanaşı  III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab olaraq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.

III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan-şahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 - 60-cı illərində Şirvanşahlar dövləti özünün güclənmə çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli siyasi amilə çevrilmişdi.

1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir-van əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətinin işə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin