Dərsə verilən əsas tələblər aşağıdakılardır:
1.Dəsr məqsədyönlü olmalıdır; bu o deməkdir ki, dərsin əsas didaktik məqsədi olmalıdır.
Dərsdə reallaşan bütün tədris məqsədləri arasında həmişə bir əsas məqsəd seçilir və qalan köməkçi məqsədlər əsas məqsədə tabe edilir. Məsələn, yeni bilik verən dərsin aşağıdakı məqsədləri ola bilər:
1. Əvvəllər öyrənilmiş tədris materialına aid şagirdlərin bilik, bacarıq və vərdişlərini yoxlamaq;
2. Yeni anlayışın mənimsənilməsinə, xassənin müəyyən edilməsinə nail olmaq;
3. Yeni biliyi möhkəmləndirmək.
2.Riyaziyyat dərsinə verilən ikinci əsas tələb onun məzmununun rasional qurulmasıdır.
Şübhəsiz, riyaziyyat dərsində tədris materialının dərin məntiqini əks etdirən onun riyazi məzmunu əsasdır. Məhz dərsin riyazi məzmunu əsasında şagirdlərdə üç növ bacarıq və vərdişlər formalaşır: riyazi, ümum intellektual (əqli fəaliyyət priyomları), tədris fəaliyyəti bacarığı və vərdişləri.
3.Dərsə verilən üçüncü əsas tələb - dərsdə təlim və tərbiyənin optimal vasitələri, metodları və priyomlarının seçilməsidir.
Dərsdə vasitələr, metodlar və priyomların seçilməsi işində müəllimin rolu böyükdür.
Hər bir dərsdə öyrətmə tərbiyə etmə və inkişaf etdirmə kimi üç məqsəd həyata keçirilməlidir. Buna uyğun olaraq dərsə təhsilverici, tərbiyəedici və inkişafetdirici tələblər verilir,
Dostları ilə paylaş: |