Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə75/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   71   72   73   74   75   76   77   78   ...   103
اﻮﺒّﻠﺼﻳ وا اﻮﻠﺘﻘﻳ نا
                                  
 
"Yə'ni:  əgər öldürsələr, assalar...". Sonra öz-özünə deyir: 
"Hərçənd o bu rəmzi bilmir və bunun nə demək olduğunu başa 
düşməz, lakin heç olmasa mən dostluq şərtini yerinə yetirmiş 
olaram". 
Məktubu qurtarıb ünvanını yazdıqdan sonra onun 
haşiyəsində bir tərəfdə nazik qələmlə bir "əlif", o biri tərəfdə isə 
bir "nun" hərfi yazır, yə'ni "ən yukəttəlu". 
Məktubu Xorasan əmirinə göstərirlər, biri ünvanını 
nəzərdən keçirir, oxuduqdan sonra möhürləyib xüsusi 
qasidlərinə verir və  məzmunundan onu xəbərdar etmirlər. Ona 
deyirlər: "Get bu məktubu Bu-Əli Simcura ver, nə versə, al, 
gətir".  
Əhməd Rafi üç gecə-gündüz öz evinə getmir, ürəyindən 
qanlar axır.  Qasid Nişabura çatdıqda  Əmir Bu-Əlinin yanına 
gedib məktubu ona verir. Rəsmə görə, Bu-Əli qalxıb məktubu 
alır, öpüb gözünün üstünə qoyur və deyir: "Xorasan əmirinin 
kefi necədir?"  Əbdülcabbar xətib də orada oturmuşmuş
məktubu ona verib deyir: "Möhürünü aç, fərmanın nə olduğunu 
oxu!"  Əbdülcabbar məktubu götürüb möhürü açmazdan əvvəl 
onun ünvanına nəzər salır, bir tərəfdə  "əlif", o biri tərəfdə isə 
"nun" görür, dərhal ayə yadına düşür "ən yukəttəlu...", başa 
düşür ki, məktub onun ölümü haqqındadır. O saat məktubu yerə 
qoyub burnundan tutur, yə'ni burnumdan qan açılmışdır, sonra 
deyir: "Gedim, burnumu yuyum, gəlim", eləcə də əli burnunda 
Bu-Əlinin yanından xaricə çıxır və gedib bir yerdə gizlənir. 
 Bir az gözlədikdən sonra Bu-Əli deyir: "Xacəni çağırın". 
Hər yeri axtarırlar, lakin tapmırlar. Deyirlər: "Ata minməmişdi. 
piyada gedibdir, ancaq, evlərinə getməyib heç kəs bilmir hara 
gedib". Bu-Əli deyir: "Başqa katib çağırın". Başqasını çağırırlar, 
məktubu qasidin yanında oxuyurlar. Məsələ aydın olduqda hamı 
təəccüb edir ki, məktubda nə yazıldığını kim ona 
(Əbdülcabbara) xəbər vermişdir?! 
Bu-Əli qəlbən sevindiyinə baxmayaraq, qasidin yanında 
özünü bir az tutqun kimi göstərməyə çalışır. Sonra şəhərdə car 
çəkdirib  Əbdülcabbarı axtartdırır.  Əbdülcabbar xəlvətcə bir 
adam göndərib harada gizləndiyini xəbər verir. Bu-Əli sevinib 
əmr edir: "Olduğun yerdən tərpənmə". 
166 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bir neçə gün keçdikdən sonra qasidə yaxşı  ən'am verib 
yola salır və  məktub yazıb  əhvalatın necə olduğunu təsvir 
edirlər və and içirlər ki, bizim bu işdən xəbərimiz olmayıb. 
Qasid gəlib  əhvalatı danışdıqda,  Əmiri-Xorasan bu işə 
heyran qalır. Sonra möhürlənmiş fərman göndərib deyir ki, əgər 
bu işdən necə  xəbər tutduğunu desə, onu bağışlayacağam, 
Əhməd Rafi deyir: "Mənə aman versən, mən deyərəm". Əmiri-
Xorasan ona verir, o da əhvalatı danışır.  Əmiri-Xorasan 
Əbdülcabbarı bağışlayıb hamin məktubu istəyir ki, rəmzin 
nədən ibarət olduğunu görsün. Məktubu geri gətirirlər, baxır, 
Əhməd Rafinin dediyi kimi olduğunu görür və hamı onun 
tizfəhmliyinə təəccüb edir. 
Katiblik şərtlərindən biri də budur ki, gərək həmişə ağanın 
əli altında olasan. Tez yaddasaxlayan, tez başadüşən, keç 
yaddançıxaran, müşahidəçi ol, hər işin (tapşırılan və 
tapşırılmayan) qeydini apar, divanxana camaatının  əhvali-
ruhiyyəsinin öyrən, bütün mə'murların işlərindən xəbər tut və 
topla, bütün vəziyyət sənə bəlli olsun, həmişə lazım olmasa da, 
bir gün gələr, lazım olar. Lakin zəruriyyət olmadan bu sirri heç 
kəsə açma, açıqda vəzirin işi ilə maraqlanma, amma gizlində 
onun bütün işlərindən xəbərin olsun hesab aparmaqda usta ol, 
bir saatda məxaric, təsərrüfat işləri, məktublar və  qəbzləri 
yazmağı unutma, bunlar hamısı katib üçün məharət hesab edilir. 
Lakin katib üçün ən böyük məharət dilini saxlaya bilməsi, 
ağasının sirrini başqasına verməməsi, başqa məsələlərdən 
ağasını agah etməsidir. 
Əgər xəttatlıqda qadir, başqalarının xəttini oxşatmaqda 
mahir olsan, bu çox gözəl sənətdir. Lakin bunu hər adama 
göstərmə ki, saxta xətt düzəltməkdə  şöhrət tapmayasan və 
ağanda  şübhə oyatmayasan. Biri başqasının xəttini oxşatsa
tapmasalar, onu səndən görməsinlər. Kiçik şeylər üçün saxta 
kağız düzəltmə, bir gün böyük qazanc üçün lazım olsa və 
düzəltsən, qoy heç kəsin gümanı sənə getməsin. 
Deyildiyinə görə, mahir və fazil katiblər xətt oxşatmaqla 
çox bilikli və təcrübəli vəzirləri məhv etmişlər. 
Hekayət. Rəbi ibn Mütəhhər əl-Qəsri
261
 adlı-sanlı və bilikli 
bir katib idi. Sahibin
262
 divanxanasında katiblik edərdi. Bir dəfə 
saxta sənəd düzəltdi, bu, Sahibin qulağına çatdı. Sahib heyrətə 
gəlib dedi: "Belə adamı öldürmək heyfdir, çünki çox alim və 
kamil adamdır, eləsini tapmaq olmaz". Ona nə edəcəyi haqqında 
fikirləşməyə başladı. Təsadüfən bu aralıqda Sahib xəstələndi, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
hamı ona dəyməyə getdi. Rəbi ibn Mütəhhər də  gəlib onun 
qabağında oturdu, rəsm olduğu üçün Sahibdən soruşdu: "Nə 
şərabı içirsən?". Sahib dedi: "filan şərabı". Soruşdu: "hansı 
xörəklərdən yeyirsən?". Dedi: "Sən düzəltdiklərindən", yə'ni 
"müzəvvəri"
263
. Katib anladı ki, Sahib işdən xəbərdardır, dedi: 
"Ey ağam, and olsun başına, bir də etmərəm". Sahib dedi: 
"Tövbə etsən, etdiyini sənə bağışlaram". 
Bil ki, belə saxta sənədləri düzəldə bilmək çox böyük işdir, 
ondan ehtiyatlı ol hər  şeyi dərindən özün öyrən, özün düşün, 
tap. Mən hər məsələ haqqında sənə özümdən tam və bitkin 
mə'lumat verə bilmərəm, söz uzanar, məqsəddən uzaq düşərəm. 
Deməmiş də keçə bilmirəm. Ona görə hər məsələdən işə yaraya 
biləcək bir neçə söz deyirəm ki, mə'lumatın olsun. Hər  şeydən 
bir az danışdıq, əgər diqqətlə qulaq asıb fikirləşsən, özün də bir 
sıra nəticələr çıxardarsan, çünki bir çırağla çox çiraqları 
yandırmaq olar. 
Bəlkə, Allah-taala sənə  mərhəmət göstərdi, katiblik 
dərəcəsindən vəzirlik mərtəbəsinə qalxdın, onun üçün vəzirlik 
şərtlərini də bil, çünki ən şərəfli vəzifə və elm budur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
168 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qırxıncı fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin