Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə77/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   73   74   75   76   77   78   79   80   ...   103
264
 vaxtında 
Sahib  İsmayıl ibn Əbbad
265
 iki gün saraya gəlib divanxanada 
oturmur və heç kəsi qəbul etmir. Xəbərçi bunu Fəxrüddövləyə 
çatdırır. Fəxrüddövlə bir adam göndərib deyir: "Sənin qanıqara 
olduğunu eşitdim,  əgər ölkədə qanıqaralığa səbəb olan bir şey 
varsa, de, çarə qılaq, yox bizdən küsübsənsə, üzr istəyək". Sahib 
deyir: "Allah eləməsin, mən hökmdarımdan küsüm, şah öz 
kefində olsun, məmləkətin işləri də öz qaydasındadır, mənim bu 
qanıqaralığım da tez keçər". 
Üçüncü gün o, əvvəlki kimi kefi kök, damağı çağ, saraya 
gəlir, Fəxrüddövlə soruşur: "Nə üçün qanın qara idi?" Deyir: 
"Mənim casusum Kaşğardan yazmışdı ki, Xaqan filan sərkərdə 
ilə söhbət etmişdir. Bilmirdim nə barədə danışıblar, çörək 
boğazımdan getmirdi, qanım qaralmışdı ki, nə üçün Türküstan 
xaqani Kaşğarda söz danışsın, biz burda bilməyək niə deyibdir. 
Bu gün başqa bir məktub gəldi,bildim o nə məsələ imiş, ürəyim 
şad oldu". 
Deməli, dünya şahlarının halından xəbər tutub onları öz 
hökmdarına çatdırmaq lazımdır ki, dost və düşməndən arxayın 
olasan, sənin iş bacarığın da meydana çıxa. 
 İş tapşıranda layiq adama tapşır, tamah xatirinə dünyanı 
zalım adamların  əlinə vermə, Büzürcmehrdən soruşdular: "İş 
başında sənin kimi adam ola-ola nə üçün Sasanilərin işi belə 
xarab oldu?" 
 Dedi: "çünki böyük işlərdə kiçik xidmətçilərdən kömək 
gözlədilər, ona görə bu kökə düşdülər". Müflis mə'mura iş 
tapşırma, o, öz yükünü tutmayınca, sənin yükünü 
qaldırmayacaq. Görmürsənmi, tarlaları  və  ləkləri sulayarkən, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
arx yaş olanda su tarlaya və ləklərə tez çatır, çünki nəm torpaq 
suyu canına çox çəkmir, lakin arx quru, çoxdan su görməmiş 
olsa,  əvvəlcə suyu canına çəkib doymayınca, onu tarla və 
ləklərə çatdırmır. 
Deməli, müflis mə'mur quru arx kimidir, əvvəlcə özünü 
doydurar, sonra sənin hayına qalar. Bir də verdiyin əmrlərin 
qədrini bil, hörmətini saxla, heç kəsə heç vəchlə yol vermə ki
onlara e'tinasız yanaşsın və ya onun əksini etsin. 
H e k a y ə t. Belə  eşitmişəm ki, Əbülfəzl Bəl'əmi
266
 
Səmərqənd divanxanasının rəislərini Səhl Xocəndiyə
267
 tapşırır, 
bu barədə fərman verir, möhür vurur və ona xələt bağışlayır. 
Yola çıxan günü vidalaşmaq və  fərmanı almaq üçün 
xacənin sarayına gedir. Vidalaşdıqdan, xeyir-duadan sonra, açıq 
demək istədiyi sözləri deyir, sonra təklikdə qalmağı xahiş edir. 
Xacə əmr edir onları tək buraxsınlar. Səhl deyir: "Ağamın ömrü 
uzun olsun, mən gedib işə başlayandan sonra, yəqin ki, buradan 
fərmanlar gələcəkdir, ağam mənə buyursun görüm bəndəsi hansı 
işarəyə görə bilsin ki, bunu yerinə yetirmək lazımdır, onu yox, 
bilsin ki, edilməli hansıdır, edilməməli hansı". Əbülfəzl Bəl'əmi 
deyir: "Ey Səhl, yaxşı dedin, bilirəm ki, bunu uzun müddət 
fikirləşibsən, biz də  gərək bu barədə bir az fikirləşək, 
fikirləşməli məsələlərdə  dərhal cavab vermək doğru deyil, bir 
neçə gün gözlə". 
Səhl Xocəndi evinə qayıdır; Süleyman ibn Yəhya 
əsSorani
268
  Səmərqəndə divan sahibi tə'yin edir, fərman verib 
xələt bağışlayır və yola salırlar. Səhlə isə  əmr edilir ki, bir il 
evdən dişarı çıxmamalıdır. Səhl bir il evində dustaq oturur. Bir 
ildən sonra Bəl'əmi onu çağırıb deyir: "Ey Səhl, sən nə vaxt 
bizim iki fərmanımızı görmüsən ki, biri düz olsun, biri yalan?" 
Biz dünyanın böyuklərini qılınc gücünə müti olmağa məcbur 
edirik. Bizim əmrimiz bir olur. Bizdə nə axmaqlıq görübsən ki, 
biz  əlimiz altında olanlara əmri yerinə yetirməməyi öyrədək? 
Yerinə yetirmək istədiyimizi əmr edirik, istəmədiyimizi isə əmr 
etmirik. Biz heç kəsdən qorxub ehtiyat etmirik, işdə  də aciz 
deyilik. Sənin bizim haqqımızdakı ehtimalın yalnız acizlərin 
işidir. Sən bizi işdə piyada hesab etdiyin üçün, biz də  səni 
vəzifədə piyada saxladıq, ona görə göndərmədik ürəyində 
fikirləşməyəsən ki, guya bizim verdiyimiz əmrləri icra etməmək 
də olar. Kimdə o cürət var ki, bizim fərmanlarımıza  əməl 
etməsin?" 
172 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Nə  qədər sağsan, yalan fərman vermə, mə'murun sənin 
əmrini yerinə yetirməsə, ona yaxşıca qulaqburması ver; sən öz 
sağlıqında öz imzanı yüksək tutub öz fərmanlarını icra etdirə 
bilməsən, keçmiş vəzirlərin fərmanları əsasında işlədikləri kimi
səndən sonra heç kəs sənin fərmanın əsasında işləməz. 
Demək, şahların və vəzirlərin fərmanları bir, hökmləri qəti 
olmalıdır ki, əzəmət yerində qalsın, işlər yaxşı getsin. 
Şərab içmə şərab içməkdən səhlənkarlıq, süstlük və günah 
törəyir. İlahi, bizi əyyaş vəzir və vəkildən sən özün saxla. 
Əgər şah əyyaşlıq etsə, vəzirin də başı şərab içməyə qarışsa 
ölkənin işi tez xarab olmağa üz qoyar, həm özünə, həm ağana 
xəyanət etmiş olarsan. 
Dediyim kimi ol, vəzirlər ölkənin gözətçiləridir, çox pis 
olar ki, gözətçilərə bir də başqa bir gözətçi qoyulsun. 
Əgər vəzirlik qismət olmasa, sipəhsalar olsan, sipəhsalarlıq 
şərtlərini də bil. Allah köməyin olsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Qırx birinci fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin