Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə43/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§2.Pensiya sistemləri

Pensiya sistemi – pensiyaların məbləği, növləri, ödənilmə qaydalarının məcmusudur. Hər bir ölkənin mövcud pensiya təminatı sistemindən asılı olaraq pensiyalar, onların məbləği, növləri, ödənilmə qaydaları olaraq və s. dəyişir. Ümumiyyətlə, dünyada 2 pensiya təminatı sistemi mövcuddur: 1) həmrəylik prinsipinə əsaslanan «bölüşdürücü» sistem; 2) fərdi uçota əsaslanan «yığım» sistemi;
«Həmrəylik» prinsipinə əsaslanan «bölüşdürücü» pensiya təminatı sistemində baza və ya sosial pensiyalar dövlət büdcəsinin vəsaitləri hesabına əmək sığorta pensiyası almaq hüququ və əmək qabiliyyəti olmayan bütün vətəndaşlara dövlət tərəfindən verilir. Başqa sözlə, sosial pensiyalar-dövlət tərəfindən maliyyələşdirilən pensiya təminatıdır.
«Bölüş-dürücü» pensiya təminatı sistemində əmək pensiyaları həmrəylik prinsipi əsasında, yəni işləyən vətəndaşların ödədikləri sosial sığorta haqları hesabına ödənilir. Əmək pensiyalarının məbləği müəyyən olunarkən pensiyaya çıxan şəxslərin əmək stajı və çalışdıqları müddətdə aldıqları əmək haqlarına müvafiq olaraq ödədikləri sosial sığorta haqları nəzərə alınır. Ümumiyyətlə, «bölüşdürücü» pensiya təminatı sistemi müxtəlif nəsillər arasında həmrəylik prinsipinə əsaslanaraq formalaşan pensiya sistemidir.
«Yığım» sistemində əmək pensiyaları fərdi uçot əsasında, yəni əməkçilərin hər birinə əmək fəaliyyəti dövründə məcburi qaydada ödədikləri sosial sığorta haqlarına uyğun olaraq ödənilir. Başqa sözlə, əmək pensiyası yuxarıda qeyd olunduğu kimi, insanların əmək qabiliyyətli yaşda olduğu dövrdə pensiya fonduna (dövlət pensiya fondu və qeyri-dövlət pensiya fondlarına) keçirdiyi vəsaitlərə uyğun olaraq hesablanır.
Qeyri-dövlət pensiyası: bu növ pensiya vətəndaşların könüllülük prinsipi əsasında müxtəlif özəl pensiya qurumları ilə bağladıqları müqavilə əsas tutularaq həyata keçirilir. Qeyri-dövlət pensiyası dedikdə, müqavilə şərtlərinə uyğun olaraq iştirakçıya (pensiyaçıya) müntəzəm olaraq xüsusi pensiya fondu hesabına ödənilən pul vəsaitləri başa düşülür. Pensiyanın bu forması kö-nüllülük prinsipinə əsaslanır və yaşlı insanların pensiya təmina-tının yaxşılaşdırılması, onların sosial müdafiəsi, dövlət büdcə-sinin sosial yükünün azaldılması, əhalinin pensiya əmanətlərinin həcminin artırılması mexanizminin yaradılmasına istiqamətlən-mişdir.
Əlavə pensiya təminatı (sığortası) işəgötürənlərin və vətən-daşların könüllü ödəmələri hesabına formalaşır. Bu zaman döv-lətin qanunvericiliyinə uyğun şəkildə əmək şəraitindən asılı ola-raq vaxtından qabaq pensiyaya çıxanların ödəmələri həyata keçirilir. Məsələn, Hollandiyada peşə pensiyası əlavə könüllü pensiya sistemi çərçivəsində çıxış edir. Bu, işəgötürənlərin təşəbbüsü ilə və ya hər hansı müəssisə (sahədə) səviyyəsində kollektiv razılaşma əsasında yaradılmış bir sistemdir. Bu pensiya sistemi lord Bevericin konsepsiyasına əsaslanır. Dövlət pensiya sistemində sosial təminat minimum səviyyədə olduğundan inkişaf etmiş ölkələrdə əlavə könüllü pensiya sistemi daha geniş yayılmışdır.
Almaniyada da Hollandiyada olduğu kimi, əlavə pensiya sistemi könüllü xarakter daşıyır. Qeyd etmək lazımdır ki, 1992-ci ildə Almaniyada özəl sektorda çalışan işçilərin 46,7%-i əlavə pensiya təminatı sistemi ilə əhatə olunmuşdu. Əlavə pensiya təminatına aid vəsaitlər vergiyə cəlb olunmurlar.
İsveç, Norveç və Finlandiyada isə müəssisə tərəfindən təyin olunan əlavə peşə pensiya təminatı sistemi, Kanadada ayrı-ayrı müəssisə və kompaniyaların tabeliyində, işçilərin kollektiv razılığı əsasında əlavə (xüsusi) pensiya təminatı sistemi fəaliyyət göstərir. Fransa və İsveçrədə əlavə peşə pensiya sığorta sistemi işəgötürənlər tərəfindən məcburi olaraq maliyyələşdirilir. Böyük Britaniyada da məcburi əlavə peşə pensiya sığorta sistemi mövcuddur. Bu ya dövlət sistemi çərçivəsində, yaxud da ayrılıqda kompaniyanın pensiya təminatı sistemi kimi fəaliyyət göstərir. Qanunvericiliyə uyğun olaraq bütün işəgötürənlər müəyyən olunmuş sosial sığorta haqlarını əlavə pensiya təminatı sisteminə ödəməyə borcludur. Bununla yanaşı, işəgötürənlər bu sistemdən çıxmaq və xüsusi pensiya fondu yaratmaq və öz işçilərini sığorta kompaniyalarında sığortalamaq imkanına da malik olurlar.
Əlavə peşə pensiya təminatı sistemi yaradan müəssisə və kompaniyalar vergi güzəştlərinə malik olurlar. İstər işəgötürən, istərsə də işçi tərəfindən əlavə pensiya təminatına ödənilən haqq vergitutma bazasına daxil edilmir, pensiya sisteminin aktivləri ilə aparılan əməliyyatlardan vergi tutulmur.
Aparılan araşdırmalar hər iki sistemin oxşar və fərqli cəhətlərinin olduğunu göstərir. Əslində «bölüşdürücü» və «yığım» pensiya sistemləri mahiyyət etibarilə biri-birindən kəskin surətdə fərqlənmir. Başlıca prinsipial fərq onların maliyyələşmə metodları arasındadır. Belə ki, biri bölgü, digəri isə yığım prinsipinə əsaslanaraq maliyyələşdirilir.
Hazırda bu iki pensiya təminatı sistemindən hansının daha səmərəli olması alimlər arasında mübahisəli məsələ kimi qalmaqdadır. Mütəxəssislərin hesablamalarına görə yer kürəsində yığım və bölgü prinsiplərinin ən müxtəlif formalarının uyğunlaşdırılmasına əsaslanan təxminən 268 müxtəlif pensiya sistemi mövcuddur. İnkişaf etmiş ölkələrin əksəriyyətində «bölüşdürücü» pensiya sistemi fəaliyyət göstərir. BƏT-in apardığı araşdırmalara görə dünyada mövcud olan 58 dövlət pensiya sisteminin 44-ü bu sistemə aid edilir. Hesab edirik ki, hər iki sistemin müsbət cəhətləriylə yanaşı, mənfi cəhətləri də vardır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin