§2. Azərbaycanda əhalinin mənzil təminatı
Son illərdə Azərbaycanda həm dövlət, həm sahibkarlar, həm də vətəndaşların vəsaitləri hesabına mənzil tikintisində dinamik artım müşahidə edilir. İstifadəyə verilən fərdi yaşayış fondunun artması, mənzillərin özəlləşdirilməsi prosesinin başa çatdırılması, bələdiyyə mülkiyyətinin formalaşması prosesinin həyata keçirilməsi mənzil fondunun bazar iqtisadiyyatı şəraitində idarə olunması üçün dünya standartlarına uyğun yeni formaların təşkili və tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Respublikamızda mənzil sahəsində aparılan islahatlar Ölkə Prezidentinin 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Fərmanından sonra daha da sürətlənmişdir. Mənzilə ehtiyacı olan əhalinin təminatının yaxşılaşdırılması məsələləri burada öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, mənzil tikintisini təmin etmək üçün dövlət mərkəzləşdirilmiş vəsaitləri investisiya kimi qoyur. Son illərdə respublikamızda əhalinin xüsusi vəsaitləri mənzil tikintisinə yönəldilən investisiya mənbəyi kimi daha geniş istifadə olunur. Ucuz işçi qüvvəsi, təbii resurslardan istifadə, iqlim və s. resurslar istifadə mənzil tikintisinin dinamikasını təşkil edir. UDM-in istehsal həcmində 1998-2003-cü illərdə mənzil tikintisinin xüsusi çəkisi 10-15 faiz olub. Bu isə öz növbəsində kənd təsərrüfatının ÜDM-də xüsusi çəkisinə bərabərdir. 2003-cü illə müqayisədə 2008-ci ildə respublikamızda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 1,4 dəfə, o cümlədən şəhər yerində 1,7 dəfə artmışdır. (Cədvəl 11.1)
Cədvəl 11.1
İstifadəyə verilmiş yaşayış evləri
|
Cəmi umumi sahə, min kvadrat metr
|
şəhər yerində
|
kənd yerində
|
ümumi
sahə
|
ümumi həcmdə xüsusi çəkisi faizlə
|
ümumi sahə
|
ümumi həcmdə
xüsusi çəkisi, faizlə
|
1990
|
2848
|
1295
|
45,5
|
1553
|
54,5
|
1995
|
601
|
224
|
37,3
|
377
|
62,7
|
2000
|
487
|
310
|
63,7
|
177
|
36,3
|
2001
|
560
|
317
|
56,6
|
243
|
43,4
|
2002
|
803
|
439
|
54,7
|
364
|
45,3
|
2003
|
1339
|
745
|
55,6
|
594
|
44,4
|
2004
|
1359
|
1008
|
74,2
|
351
|
25,8
|
2005
|
1593
|
1197
|
75,1
|
396
|
24,9
|
2006
|
1583
|
1139
|
72,0
|
444
|
28,0
|
2007
|
1616
|
1057
|
65,4
|
559
|
34,6
|
2008
|
1845
|
1338
|
72,5
|
507
|
27,5
|
Mənbə: www.azstat.org.az
İstifadəyə verilmiş yaşayış evlərində mənzillərin sayı 1990-cı illə müqayisədə 2000-ci ildə 6,3 dəfə azalsa da, 2000-ci ilə nisbətən 2008-ci ildə isə 3,2 dəfə yüksəlmişdir. (Cədvəl 11.2)
Cədvəl 11.2
Yaşayış evlərindəki mənzillərin sayı və onların orta ölçüsü
|
|
Cəmi
|
o cümlədən, vətəndaşların şəxsi vəsaiti hesabına
|
mənzil-lərin sayı,
min mənzil
|
mənzillərin orta öl-çüsü, ümumi sahə,
kvadrat metr
|
yaşayış sahə-sinin ümumi sahədə xü-susi çəkisi, faizlə
|
mənzil-lərin sayı,
min mənzil
|
mənzillərin orta ölçü-sü, ümumi sahə, kvadrat metr
|
yaşayış sa-həsinin
ümumi sahədə
xüsusi çəkisi, faizlə
|
1990
|
34,3
|
83,0
|
63,5
|
21,5
|
90,9
|
64,6
|
1995
|
6,6
|
91,5
|
59,9
|
5,6
|
96,0
|
58,8
|
2000
|
5,4
|
90,5
|
58,6
|
4,0
|
92,2
|
57,8
|
2005
|
15,7
|
101,1
|
57,9
|
10,6
|
105,3
|
56,7
|
2006
|
13,9
|
114,3
|
61,3
|
7,2
|
122,4
|
60,3
|
2007
|
14,7
|
109,6
|
58,8
|
8,6
|
127,2
|
58,8
|
2008
|
17,1
|
108,2
|
59,3
|
9,1
|
118,7
|
59,0
|
Mənbə: www.azstat.org.az
Hazırda Azərbaycanda təxminən 2 milyondan çox ev təsərrüfatı və 2 milyon mənzil vardır. Hesablamalara görə, ən azı 200 minə yaxın ailənin mənzilə ehtiyacı var. Bundan başqa, xeyli sayda ailələrin mənzillərinin ölçüləri minimum tələbata cavab vermir. Bu baxımdan, hazırda Azərbaycanda ev təsərrüfatlarının ən azı 25-30 faizinin mənzil təminatı ilə bağlı problemi olduğunu demək olar. Lakin əhalinin hər 1000 nəfərinə düşən istifadəyə verilmiş mənzillərin və yaşayış evlərinin ümumi sahəsi son illərdə aşağı düşmüşdür. Əgər 1990-cı ildə əhalinin hər 1000 nəfərinə 4,9 mənzil düşürdüsə, 2008-ci ildə bu göstərici 2,0 olmuşdur. (Cədvəl 11.3)
Cədvəl 11.3
Əhalinin hər 1000 nəfərinə düşən istifadəyə verilmiş mənzillər və yaşayış evlərinin ümumi sahəsi
|
|
Mənzillərin sayı, mənzil
|
Ümumi sahə, kvadrat metr
|
1990
|
4,9
|
404
|
1995
|
0,9
|
79
|
2000
|
0,7
|
61
|
2005
|
1,9
|
193
|
2006
|
1,7
|
189
|
2007
|
1,7
|
191
|
2008
|
2,0
|
215
|
Mənbə: www.azstat.org.az
Bunlardan başqa, əgər 1995-ci ildə mənzil şəraitini 243 gənc ailə yaxşılaşdırmışdırsa, 2008-ci ildə onların sayı cəmi 86 olmuşdur. Müvafiq dövrdə mənzil şəraitini yaxşılaşdıran çoxuşaqlı ailələrin sayı 197-dən 83-ə enmişdir.
Bazar iqtisadiyyatı şəraitində əhalinin mənzillə təminatını yaxşılaşdırmaq üçün aşağıdakı vasitələrdən istifadə oluna bilər:
- dövlət əlində olan rıçaqlardan istifadə edərək mənzil bazarında rəqabət mühitinin sağlamlaşdırılması;
- mənzil bazarında inhisarçılığın aradan qaldırılması;
- mənzil bazarında qiymətlərin formalaşmasına təsir göstərən süni amillərin aradan qaldırılması;
- aztəminatlı ailələrə mənzil-kommunal xidmətləri üçün güzəştlərin edilməsi;
- bələdiyyə evlərinin tikilməsi;
- ipoteka kreditləri verilməsi şərtlərinin əhalinin xeyrinə dəyişdirilməsi;
İpoteka krediti - yaşayış sahəsinin (fərdi mənzil və ya evin) alınması məqsədilə bank tərəfindən daşınmaz əmlakın girovu ilə təmin olunması şərtilə verilən uzunmüddətli kreditdir. İpoteka krediti müəyyən məbləğdə ilkin ödəniş həyata keçirilməklə, istənilən yaşayış sahəsinin alınmasını mümkün edir. İpoteka kreditinin əsas səmərəliliyi - lazımi pul vəsaitini yığmadan daşınmaz əmlak almaq imkanıdır.
İpotekanın üstünlükləri:
• Pul yığmağa ehtiyac yoxdur - öz mənzilinizi və ya evinizi dərhal ala bilərsiniz;
• Siz dərhal ipoteka krediti ilə aldığınız daşınmaz əmlakın mülkiyyətçisi olursunuz;
• İpoteka krediti ilə aldığınız daşınmaz əmlakın dəyəri həmişə artacaqdır;
• Siz vaxtınıza qənaət edirsiniz;
• İnflyasiyanın səviyyəsi Sizi narahat etmir - ipoteka krediti uzun müddətə verilir, lakin aylıq ödənişlər dəyişməz olaraq qalır;
• Siz təminatınızdan əmin olursununz - ipoteka krediti Sizə pulunuzun kirayə üçün digər şəxslərə deyil, öz şəxsi mənzilinizə yönəltməyinizə kömək edir;
• Siz mənfəət əldə edirsiniz - daşınmaz əmlak hər zaman öz artan dəyərində qalır.
Respublikamızda 2006-cı ilin mart ayından başlayaraq indiyədək İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 162 milyon manatı keçib. Nəticədə 4000-dən artıq ailə ipoteka kreditləri hesabına öz mənzil-yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.
§3. Mənzil - kommunal xidməti
Mənzil sosial obyektlərin və sosial infrastrukturların, su, enerji, kommunikasiya, kanalizasiya və digər xidmətlərin bütöv, tam, optimal ölçüdə təminatı, birləşməsi mənzil kommunal təsərrüfatı xidmətinin keyfiyyət göstəricisidir.
Sosial infrastrukturun, o cumlədən mənzil-kommunal təsərrufatının və kommunal xidmətlər sisteminin vəziyyəti əhalinin yaşayış şəraitinə təsir gostərən əsas amillərdir. Yaşayış evlərinin, habelə sosial və digər təyinatlı obyektlərin, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, xidmətlərin yetərli səviyyədə olmaması məişət çətinliklərinin yaranmasına və əhalinin yaşayış keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Digər tərəfdən isə, kommunal xidmətlərin yuksək səviyyədə olması insanların məişət məsələlərinə daha az vaxt itirməkləri deməkdir. Bu isə yoxsulluq risklərinin azaldılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi ilə sıx əlaqədədir.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə mənzil-kommunal təsərrüfatının tənzimlənməsinin 4 modeli mövcuddur:
Amerikan modeli: Federal, ştat və yerli səviyyələrdə qanunvericilikdən asılı olaraq böyük komissiyalar mövcuddur. Məsələn, su təchizatı əsasən yerli səviyyədə, elektrik təminatı isə ştatlar səviyyəsində həyata keçirilir. Tənzimləyici orqanlar yaranmış komissiyaların fəaliyyət müddətini və istiqamətlərini müəyyənləşdirir.
İngilis modeli: Kommunal müəssisələrin özəlləşdirilməsi nəticəsində tənzimləyici təşkilatlar yaranmışdır. İngilislər bürokratik olmayan, şəffaf çalışan tənzimləyici təşkilatlar qurmağa çalışıblar. Hər bir tənzimləyici orqanın məsuliyyəti bir nəfərin üzərinə düşür. Bu cür yanaşma bəzi sahələrdə özünü doğrultmuş, bəzilərində isə (məsələn, elektroenergetika sahəsində) doğrultmamışdır.
Alman modeli: Bu modeldə əsas hakimiyyət regional və yerli hökumət orqanlarına verilmişdir. Bu cür qeyri-mərkəzləşdirilmiş sistem nəticəsində hökumət səviyyəsində tənzimləyici orqanların inkişafı baş vermişdir. Su təchizatı sahəsində yerli inhisarda olan müəssisə üçün bu cür yanaşma doğrudur, lakin enerji təchizatı kimi mürəkkəb sistemdə qaşıqlıq yaradır.
Fransız modeli: Bu model mərkəzləşdirilmişdir. Kommunal müəssisələrin əksəriyyəti son illərə kimi dövlətin mülkiyyətində idi. Nazirliklər səviyyəsində kommunal müəssisələrin fəaliyyətinə nəzarət olunur. Dövlət idarəetmə orqanları həmkarlar təşkilatının iştirakı ilə bu müəssisələrin fəaliyyətini yoxlayır.
Bu modellərin hamısında tənzimləyici orqanlar özəl rəqib müəssisələr üçün “oyun qaydalarını” müəyyənləşdirirlər, istehlakçıların hüquqlarını müdafiə edirlər və “vacib həyati xidmətlər” üçün keyfiyyət standartlarını təmin etməyə zəmanət verirlər.
Bazar iqtisadiyyatı sisteminin inkişaf etdiyi ölkələrdə mənzil-kommunal təsərrüfatının tənzimlənməsi iki qaydada: 1) tərəflər arasında münasibətlərin tənzimlənməsi; 2) xidmət göstərən və xidmət alan arasında maliyyələşmə vasitəsilə həyata keçirilir.
Respublikamızda isə mənzil-kommunal xidməti sferasında qiymətlərin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Qeyd edək ki, hazırda Tarif Şurası əsas etibarilə təbii inhisarlara aid olan 38 istiqamətdə qiymətləri tənzimləyir. Adətən bu cür tənzimləmə mal və xidmətlərin real maya dəyərini və müəyyən rentabellik səviyyəsini, eləcə də əhalinin yaşayış səviyyəsini nəzərə almaqla müəyyənləşdirilir. Lakin bir çox hallarda bu qiymət artımı ilə əhalinin gəlirləri arasında uyğunsuzluq baş verir ki, bu da əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir.
Qeyd etmək lazımdır ki, yeni iqtisadi münasibətlərə keçidin ilk illərində bütün sahələrdə olduğu kimi kommunal xidmətlər sferasında da geriləmələr özünü biruzə verdi. Əgər 1990-cı ildə 345,7 kilometr su kəmər xətti istifadəyə verilmişdisə, 1995-ci ildə bundan 5 dəfə az 70,3 kilometr su kəməri xətti istifadəyə verilmişdir. (Bax. Cədvəl 11.4)
Bu geriləmə 2002-ci ilə kimi davam etmiş, yalnız 2003-cü ildən başlayaraq istifadəyə verilən su kəməri xətləri artmışdır. Anoloji vəziyyət kanalizasiya xətləri üçün də keçərlidir. Belə ki, 1990-cı illə müqayisədə 1995-ci ildə istifadəyə verilən kanalizasiya xətləri təxminən 7 dəfə azalmışdır. Son illərdə isə kanalizasiya xətlərinin istifadəyə verilməsində müsbət tendensiyalar hiss olunur.
Cədvəl 11.4
Dostları ilə paylaş: |