Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Kommunal obyektlərin istifadəyə verilməsi(kilometr)



Yüklə 0,56 Mb.
səhifə91/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Kommunal obyektlərin istifadəyə verilməsi(kilometr)




Su kəməri xətləri

Kanalizasiya xətləri

Qaz xətləri

1990

345,7

43,0

1558,4

1995

70,3

6,6

-

2000

53,3

-

12,3

2001

23,8

-

1,3

2002

13,5

-

94,1

2003

151

10,8

171,0

2004

40,4

17,6

279,5

2005

102,3

1,4

176,3

2006

126,9

16,1

405,3

2007

268,9

93,6

322,5

2008

316,4

125,2

345,4

Mənbə: www.azstat.org.az


Yeni iqtisadi münasibətlərə keçidin ilkin mərhələsində qaz xətlərinin istehsalı ilə bağlı vəziyyət maraq doğurur. Belə ki, 1990-cı ildə 1558,4 kilometr qaz xətti istifadəyə verildiyi halda, 1995-ci ildə isə bu göstərici 0 olmuşdur. Sonrakı illərdə qaz xətlərinin çəkilişi ilə bağlı vəziyyət nisbətən yaxşılaşsa da, lakin hələ də 1990-cı il səviyyəsinə çatmamışdır. 2008-ci ilə istifadəyə verilən qaz xətləri 345,4 kilometr təşkil etmişdir.
Məlumat üçün bildirək ki, respublikamızda dövlət, ictimai mənzil fondunun və mənzil tikinti kooperativləri fondunun mənzil sahəsi 2000-ci ildə su kəməri ilə 93,1%-i, kanalizasiya ilə 91,1%-i, mərkəzi istilik sistemi ilə 77,4%-i, qazla 93,3%-i, isti su ilə 23,9%-i, vanna ilə 78,0%-i, elektrik plitəsi ilə 1,5%-i təchiz oldunduğu halda, 2008-ci isə müvafiq göstəricilər üzrə təminat səviyyəsi aşağı düşərək 86,6%; 84,2%; 67,7%; 86,3%; 8,4%; 73,0%; 1,1% təşkil etmişdir. (Cədəvl 11.5)


Cədvəl 11.5
Mənzil fondunun abadlığı (ilin əvvəlinə)


Təchizat

2001

2006

2007

2008

2009

Dövlət, ictimai mənzil fondunun və mənzil tikinti kooperativləri fondunun aşağıdakılarla təchiz edilmiş mənzil sahəsinin xüsusi çəkisi, faizlə
Su kəməri ilə

93.1

92.4


92.3

89.8


86.6


Kanalizasiya ilə

91.1

90.6

90.5

85.6

84.2

Mərkəzi istilik sistemi ilə

77.4

72.6

72.3

68.1

67.7

qazla

93.3

92.5

92.6

87.4

86.3

Isti su ilə

23.9

16.9

12.3

11.7

8.4

Vanna ilə

78.0

78.4

78.3

74.6

73.0

Elektrik plitəsi ilə

1.5

1.6

1.4

1.3

1.1

Mənbə: Azərbaycanın Statistik Göstəriciləri-2009, səh. 179

Elektrik enerjisi təchizatı: Son illərdə şəbəkələr tərəfindən xidmət göstərdiyi ərazilərdə istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsəd kimi qarşıya qoyulmuşdur:

  • əhalinin və iqtisadiyyatın fasiləsiz elektrik enerjisi ilə təmin olunması;

  • texniki itkilərin azaldılması və israfçılığın qarşısının alınması;

  • elektrik enerjisi uçotunun yeni prinsiplər əsasında qurulması;

  • şəbəkələrin idarə sistemlərinin müasirləşdirilməsi;

  • elektrik veriliş xətlərinin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunması;

  • regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması;

  • bütün istehlakçıların elektrik enerjisinə görə yığım səviyyəsinin 100%-ə çatdırılması.

Eyni zamanda elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq üçün ölkənin elektroenergetika sistemində yeni istilik və su elektrik stansiyalarının tikintisinin, mövcud enerji bloklarının modernizasiyasının, alternativ enerji mənbələri hesabına güclərin artırılması istiqamətində işlərin sürətləndirilməsi, bununla yanaşı elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli paylayıcı xətlərin istismara verilməsi və respublikanın bütün inzibati rayonları üzrə paylayıcı sistemlərlə və transformator yarımstansiyalar ilə təchiz olunması nəzərdə tutulur.
Qaz təchizatı: Son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı mənzil fondunun qazla təchizatına da öz müsbət təsirini göstərmişdir. əgər küçə qaz şəbəkəsinin tək uzunluğu 2000-ci ildə 27 671 km idisə (o cümlədən şəhər yerlərində 11365 km, kənd yerlərində 16306 km), 2008-ci ildə isə daha da artaraq 31011 km (o cümlədən şəhər yerlərində 13774 km, kənd yerlərində 17237 km) təşkil etmişdir. (Cədvəl 11.6)
Cədvəl 11.6
Mənzil fondunun qazla abadlığı (ilin əvvəlinə)

Təchizat

2001

2006

2007

2008

2009

Küçə qaz şəbəkəsinin tək uzunluğu – cəmi, km
o cümlədən:

27671

28325

28835

29399

31011

Şəhər yerlərində

11365

12111

12468

12942

13774

Kənd yerlərində

16306

16214

16367

16457

17237

Təbii qaz çəkilmiş mənzillər, min

1134.4

1236.0

1286.5

1355.6

1365.9

Şəhərlərdə və şəhər tipli qəsəbələrdə

808.7

901.5

954.9

1002.1

1029.9

Kənd yerlərində

325.7

334.5

331.6

353.5

336.0

Mənbə: Azərbaycanın Statistik Göstəriciləri-2009, səh. 179

Təbii qaz çəkilişi mənzillərin sayı müvafiq dövrdə 20%, o cümlədən şəhər yerlərində isə 27% artmışdır.


Qaz təchizatı sektorunda maliyyə intizamının gücləndirilməsi, təbii qazın nəqli, yığılması və paylanması sahələrində bazar iqtisadiyyatına uyğun şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə müvafiq istiqamətlər üzrə islahatların həyata keçirilməsi nəzərdə tutulur.
Su təchizatı: Əhalinin su təchizatı (burada söhbət ekoloji baxımdan saf sudan gedir) mənzil-kommunal təsərrüfatının idarə edilməsində mühüm yerlərdən birini tutur.
Su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün investisiya proqramları həyata keçirilir. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üçün 2006-cı il ərzində Neft Fondundan 82,7 milyon manat məbləğində investisiya həyata keçirilmişdir.
Su təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına 46,9 milyon manat məbləğində iş görülmüşdür. Bu vəsait hesabına müxtəlif diametrli 240,8 km uzunluğunda su xətti və 114,4 km uzunluğunda kanalizasiya kollektoru quraşdırılmış, ümumi həcmi 9.850 kubmetr olan 16 ədəd su anbarı tikilmiş, ümumi həcmi 82.750 kubmetr olan 13 ədəd su nasos stansiyası qurulmuş, 13 ədəd suqəbuledici kompleksi, 11 ədəd su nasos stansiyası quraşdırılmış, 1 ədəd üzən nasos stansiyası yenidən qurulmuş, 4 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, 64 ədəd artezian quyusu qazılmış, digər işlər yerinə yetirilmişdir. Buzovna qəsəbəsində gücü sutkada 10 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir. Eyni zamanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün cəmiyyətin daxili imkanları hesabına görülən işlərin həcmi 1,2 milyon manat olmuşdur. 2006-cı ildə dövlət zəmanətli kredit cəlb etməklə həyata keçirilən layihələr üzrə 11,8 milyon manatlıq iş görülmüşdür ki, bunun da 1,4 milyon manatını Azərbaycan tərəfinin payı təşkil edir.
2007-ci ildə beynəlxalq maliyyə təşkilatları tərəfindən dəstəklənən respublikanın regionlarının su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına yönəlmiş layihələr üzrə işlər davam etdirilir. Belə ki, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində, Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı ilə bağlanmış saziş əsasında Gəncə və Şəki şəhərlərində, Dünya Bankı tərəfindən təsdiq edilmiş “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 20 rayon mərkəzində (Biləsuvar, Saatlı, Oğuz, Qəbələ, Şamaxı, Ağstafa, Tovuz, Xanlar, Goranboy, Zaqatala, Hacıqabul, Qax, Mingəçevir, Sabirabad, Qazax, Samux, Şəmkir, Tərtər, Quba, Xırdalan) su təchizatı və kanalizasiya sistemlərinin bərpası, Fransa Hökumətinin ayırdığı kredit hesabına Hövsan Aqiqasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidənqurulması nəzərdə tutulmuşdur. Eyni zamanda Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı, Asiya İnkişaf Bankı, Fransanın BNP Bankı tərəfindən respublikanın bir sıra rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaitlərinin cəlb edilməsi üçün tədbirlər görülür.
Bunlardan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan respublikası regionlarının (2004-2008-ci illər ) sosial-iqtisadi inkişafının Dövlət Proqramı”, “Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə Tədbirlər Proqramı”, “Bakı şəhərinin ətraf qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi Proqramı”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Proqramı” və digər Proqramlarda su təchizatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçiriləcəkdir.
2008-2011-ci illərdə suya artan tələbatın ödənilməsi və əhalinin beynəlxalq standartlara uyğun içməli su ilə təmin olunması problemlərinin həll olunması və bütövlükdə su sektorunun inkişafını təmin etmək məqsədilə “Azərsu” SC tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulmuşdur:

  • dövlət zəmanətli kreditlə tikilən obyektlərin müəyyən olunmuş müddətdə istifadəyə verilməsi;

  • Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin başa çatdırılması;

  • Bakı şəhərinin üzrə su kəmərlərinin, anbarların, nasos stansiyalarının, paylayıcı şəbəkələrin, binadaxili su sistemlərinin və kanalizasiya təmizləyici qurğularının yenidən qurulması;

  • istifadə olunan suyun uçotunun aparılması məqsədilə sayğacların quraşdırılmasının başa çatdırılması;

  • göstərilən xidmətlərə görə yığım səviyyəsinin 100%-ə çatdırılması.

Bu tədbirlərin icrası ilə bağlı sektorda aşağıdakı istiqamətlər üzrə müvafiq siyasətin həyata keçirilməsi nəzərdə tutulur:

  • su sektoruna investisiyaların cəlb edilməsi məqsədilə restrukturizasiya tədbirlərinin davam etdirilməsi;

  • göstərilən xidmət haqlarının ödənişlərinin elektron daşıyıcılarla istənilən bank və poçt şöbəsi vasitəsilə təmin olunması;

  • dünya standartlarına uyğun davamlı su təchizatının təmin olunması;

  • respublikanın bütün şəhərlərində və rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpa olunması və yeni xətlərin, qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin cəlb olunması.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin