İş formaları İş formaları dedikdə fərdi, cütlərlə, böyük və kiçik qruplarda iş nəzərdə
tutulur. Kiçik qruplarla və cütlərlə iş fəal təlim formaları hesab edilir.
Cütlərlə iş Dərs prosesində şagirdlər iki-iki işləyir, təlim tapşırıqlarının yerinə
yetirilməsində birgə fəaliyyət göstərirlər. Bu onlara bir-birini daha yaxşı başa
düşməyə, əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır.
Kiçik qruplarda iş Şagirdlər (3-6 nəfər) kiçik qrupda birləşir və hər hansı problemi həll et-
mək üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup işi şagirdlərə öz fikirlərini söy-
ləməyə və başqalarını dinləməyə, özünün və digərlərinin işini qiymətləndirmə-
yə imkan yaradır. Bundan əlavə onlar eyni bir məsələ ilə bağlı müxtəlif baxış
və yanaşmaların olması barədə təsəvvürə yiyələnirlər.
§ 5. Mövzular üzrə proqram materialının planlaşdırılması Məktəb hər sinfin şagirdlərinə tədris proqramı həcmində riyazi biliklərin
verilməsini təmin etməlidir. Proqramdakı materialın sistematik keçilməsi üçün
onun rüblərə görə planlaşdırılması zəruridir. Planda hər mövzuya verilən saat-
ların miqdarı göstərilir.
Müəllim nə qədər təcrübəli olursa-olsun, ibtidai siniflərin, o cümlədən, öz
sinfinin proqramını yaxşı bilməlidir. Rüblük və mövzu planlarını tərtib etmə-
dən gündəlik dərs planının tərtib edilməsi çətinlik törədəcəkdir. Çünki gündə-
lik plan rüblük və mövzu planları əsasında tərtib edilir. Müəllim dərslik və
metodik vasitələrə istinad edərək, hər dərsin məzmununu, zəruri olan əyani
vasitələrini, politexnik təlim elementlərini təqvim-dərs planında göstərməlidir.
Təqvim-dərs planı əsasında gündəlik iş planı tərtib edilir.
95
Mövzu üzrə fərdi plan tərib edərkən, asaüıdakılara diqqət