§2. Təlim prosesi və onun təşkili prinsipləri
Təlim prosesi daima ardıcıl olaraq inkişaf edir. Müxtəlif zamanlarda
özünəməxsus xarakter kəsb edir. Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji
prosesin mərkəzində dayanan müəllim və şagirdlərin funksiyaları dəyişir.
Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur.
Müəllim kurikulumlara uyğun inteqrasiya olunmuş planlarla yanaşı, yeni
texnologiyalar hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasibini
seçir. Bu texnologiyaların müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti
təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt+subyekt”
formulasıııa uyğun üfüqi istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkü-
rünün. düşüncəsinin, müəllimlər isə şagirdin inkişafı üçün şəraitin təşkilatçısı
olur. Müəllimlərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsin-
dəki fəaliyyəti məhdudlaşır. O daha çox sinif şəraitində təlim fəaliyyətini əla-
qələndirən, istiqamətləndirən məsləhətçi kimi şagirdlərin müstəqil idraki
fəaliyyətini, fəal yaradıcılığını təşkil edən subyektə çevrilir. Pedaqoji prosesin
düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur.Yeni kuri-
kulumlara uyğun pedoqoji prosesin təşkilində aşağıdakı prinsiplərin əsas
götürülməsi zəruri hesab edilir:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks
(inkişafetdiricı. öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunla -
şan müəllim və şagird fəaliyyətini əhatə edir:
təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedoqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük-şagird podoqoji prosesin mərkəzində dayanir: Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənilir, naliyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir
89
fəaliyyətin stimullasdınİması - pedaqoji prosesin səmərəli və effektiv
qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətində-
ki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlə-
rin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-tex-
niki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiy-
yətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti
yaradır.
Ayrı-ayrı fənlərin təlimində bu prinsiplərlə yanaşı xüsusi metodik prin-
siplərin də müəyyən olunması didaktik cəhətdən əhəmiyyətli hesab edilir.
Dostları ilə paylaş: |