Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək cəhdi



Yüklə 3,15 Mb.
səhifə46/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   173
Ar2019-47-1

Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək cəhdi. Şirvanşah I İbrahim isə yaranmış vəziyyətdən istifadə edərək teymurilərə qarşı yeni siyasi xətt yeritdi və Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəyə başladı. Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa və başqa yerlərdə teymurilərə qarşı başlanmış xalq hərəkatından istifadə edən Şirvanşah I İbrahim Kür çayını keçdi, Gəncə və Qarabağı tutdu.
Şirvanşah I İbrahim Teymurilərə qarşı mübarizə aparan qüvvələri birləşdirməyə çalışaraq, gürcü çarı Konstantin, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cəyir, Qaraman tayfasından Yarəli ilə ittifaq bağladı. Şirvanşah I İbrahim öz qüvvələrini Kür sahilinə toplayıb Təbrizə hücuma hazırlaşırdı. Bunu eşidən teymuri Mirzə Ömər Qarabağa hücum etdi, lakin Kür sahilində baş verən döyüşdə birləşmiş qoşun Ömər Mirzənin qoşunlarına qalib gəldi.
1405-ci ilin yayında Ömər Mirzə cənuba doğru çəkildi və Təbrizə gələrək əhalidən xərac toplamağa başladı. Qəzəblənmiş xalq ayağa qalxaraq üsyan etdi və Ömərin qoşununu şəhərə buraxmadılar. 1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min qızıl tələb etdi. Narazı olan xalq yenidən üsyan edərək I İbrahimi köməyə çağırdılar. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil oldu. Əhali I İbrahimi mehribanlıqla qarşıladı və onu öz hakimi kimi tanıdı. Şirvanşah I İbrahim əhalidən alınan vergiləri ədalətli qaydaya saldı.
Beləliklə, qısa müddətə də olsa, Şirvanşah I İbrahim Azərbaycanın böyük
bir hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin o, Təbrizdə möhkəmlənə bilmədi. Çünki cəlairli Sultan Əhməd və onunla ittifaqda olan qaraqoyunlu hərbi birləşmələrinin başçısı Qara Yusif vaxt itirmədən Misirdən Azərbaycana, Təbrizə doğru hərəkət edirdilər. Onların yaxınlaşdığını eşidən Şirvanşah I İbrahim məcburiyyət qarşısında qalaraq Təbrizi tərk edib Şirvana qayıtdı və onun Azərbaycan torpaqlarını birləşdirmək cəhdi baş tutmadı.
Hələ Misirdə olarkən Sultan Əhməd və Qara Yusif razılığa gəlmişdilər ki, Bağdad Sultan Əhmədə, Təbriz isə Qara Yusifə çatacaq. Lakin bu razılaşmanı pozan Sultan Əhməd 1406-cı ildə Təbrizi ələ keçirdi. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk olaraq Əlincə qalasının bərpası və vergiləri azaltmaq haqqında fərman verdi.
Qara Yusif və Sultan Əhməd arasında Misir razılaşmasının məzmunundan xəbərsiz olan I İbrahim Sultan Əhmədi Təbrizdə hökmdar kimi tanıdığını bildirdi. Tezliklə, I İbrahimə rəğbət bəsləyən Cənubi Azərbaycan feodalları Sultan Əhmədin tərəfinə keçdilər. Qara Yusif sözünə dönük çıxan Sultan Əhmədə düşmən kəsildi. I İbrahimlə də münasibətləri pozulan Qara Yusif yarımköçəri kurd tayfaları ilə ittifaqa girdi, hətta onlarla qohumluq münasibətləri qurdu.
Sultan Əhməd Təbriz camaatının güzəranının yaxşılaşması üçün heç bir təd-
birlər görmədi. Ona görə də teymuri Əbu Bəkrin qoşunu Təbrizə hücum edərkən xalq Sultan Əhmədi müdafiə etmədi və Əbu Bəkr Təbrizi tutdu, Sultan Əhməd Bağdada qaçdı. Bu zaman Qara Yusif böyük qoşunla Təbriz üzərinə yeridi. 1406-cı ildə Qara Yusif I Şənbi Qazan döyüşündə Əbu Bəkri məlub etdi və öldürdü. Bundan sonra Təbrizdə Qara Yusifin nüfuzu artmağa başladı. Miranşah Qara Yusifə qarşı yeni qoşun göndərdi. 1408-ci ilin aprelin 21-də Təbriz yaxınlığında Acıçay
(Sərdrud) döyüşündə oğlu Əbu Bəkrin qisasını almağa gələn Miranşahın qoşunu Qara Yusif tərəfindən darmadağın edildi və özü də öldürüldü. Teymuri qoşununun qalıqları Azərbaycanı tərk etdilər.

§ 2. Azərbaycan Qaraqoyunlu dövləti


Tarixdə qaraqoyunlu adı ilə tanınan tayfalar mənşəcə oğuz toplumlarından biri olmuşdur. Osmanlı tarixçisi Mövlanə Şükrullah qaraqoyunluların Oğuz xanın oğlu Dəniz xanın törəmələri olduğunu yazmışdır. Başqa türk tayfalarını da özündə birləşdirən Dəniz xanın törəmələri artıq VII əsrdə Azərbaycanda məskunlaşmışdılar. Moğol basqınları zamanı onlar Anadoluya köçdülər və o vaxtdan “qaraqoyunlu” adlanmağa başladılar. Onların adlarını, guya ki, bayraqlarında olan qara qoç rəsminə görə adlandırılması həqiqətə uyğun deyil, belə ki, orta əsrlərə aid tarixi mənbələrdə onların bayrağında qara qoç rəsminin olması haqqında məlumata rast gəlinməmişdir. “Qaraqoyunlu” adı Qaraca qoyunlu oymağının adından götürülmüşdür. Qaraqoyunlular özləri aşağıdakı oymaqlara bölünürdülər: Qaraca qoyunlu, Şadlı (sad-saat çuxuru), Baharlı-Duharlu, Qaramanlı, Alpavut, Ayınlu, Hacılu, Ağacəri, Çakırlu, Bayramlu, Dügər.
Qaraqoyunlu dövləti dağıldıqdan sonra onların əksəriyyəti Ağqoyunlulara tabe olmaq istəməyərək indiki Pakistan, Şimali Hindistan, bir qismi isə Xorasan ərazilərinə köçmüşdülər. Qalanlar isə həm Cənubi, həm də Şimali Azərbaycan ərazilərində, Şərqi Anadoluda, Kərkükdə və sair yerlərdə yaşamışlar və həmin ərazilərdə yaşamaqda davam edirdilər. XV-XVI əsrlərdə qaraqoyunluların ən sıx məskunlaşdığı ərazilərə Göyçə mahalı, Maku nahiyəsi, Gəncəbasar, Xoy və Marağa aralığındakı ərazilər, Saatlı-Şahsevən əraziləri aid idi. Sonralar “saatlı” adında kəndlər və obalar meydana gəldi. Sədlu-saat çuxurunun adından Çuxur – Səd bəylərbəyliyi, qaramanlı oymağının adından isə Qaramanlı hakimliyi meydana gəldi. Şah I İsmayılın ən yaxın silahdaşı Bayram bəy Qaramanlı məhz bu oymağın nümayəndəsi idi. Qaraqoyunluların ən mühüm qollarından sayılan Alpavutlar Çuxur
– Səd və Şirvan bəylərbəyliklərində yaşayırdılar. Osmanlı sultanı Sultan III Əhmədin 1728-ci ilə aid Gəncə vilayətinin vergi dəftərində dörd alpavut kəndi qeydə alınmışdır.
Azərbaycanda qaraqoyunlularla bağlı Qaraqoyunlu, Qaraqoyunlu Salvar,
Qarayusifli, Qaraovçular, Yusifli, Mirzəxan Qaraqoyunlu, Xan Qaraqoyunlu, Tap Qaraqoyunlu, Çay Qaraqoyunlu, Dilağarda (bu adı qaraqoyunluların bir ailəsinə axırıncı qaraqoyunlu padşahı Cahan şah vermişdir) və s. adda yaşayış məskənləri mövcuddur.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin