Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   178
I CİLD (2)

Nitq mədəniyyəti
tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik
orfoqrafik, leksik, qrammatik, üslubi və s.normaları müəyyənləşdirən nəzəri axtarışlar və 
təcrübi tədbirlər kompleksidir.
Nitq mədəniyyətinin elmi konsepsiyası. 
Nitq mədəniyyəti 
nitqin kommunikativ 
keyfiyyətlərinin
sistem və məcmusunu təşkil edir. Bu keyfiyyətlər insanların bir-birilə çətinlik 
çəkmədən və məqsədəmüvafiq şəkildə ünsiyyət qurması üçün dildən istifadəni təmin edir.
 
Beləliklə, “nitq mədəniyyəti” anlayışına daxildir:
1)ədəbi dilin normalarına əməl etmək (tələffüz qaydaları, vurğu, sözdən düzgün 
istifadə, qrammatika, üslubiyyat); 
2)müxtəlif ünsiyyət şəraitində məqsədəuyğun nitqin məzmunu və şərtlərinə görə dildən 
istifadə etmək bacarığı. 
Nitq mədəniyyəti bir fənn kimi elmi cəhətdən 
nəzəri
və 
təcrübi
xarakter daşıyır. 
Nitq mədəniyyəti fənni 
nəzəri
cəhətdən: 

Fonetika 

Qrammatika 



Azərbaycan dilinin üslubiyyatı 

Azərbaycan ədəbi dilinin tarixinə söykənir. 
Təcrübi 
cəhətdən isə natiqlik sənəti kimi ritorika elmi ilə əlaqədardır. 
Nitq mədəniyyətinin 
predmeti 
iki komponentdən ibarətdir: 
1)düzgünlük; 2)natiqlik məharəti. 
Nitq mədəniyyətinin bu iki komponentindən çıxış edərək demək olar ki, üslubiyyat nitq 
mədəniyyətinə aiddir. 
İ.İ.Skvortsov göstərir ki, “Əsl nitq mədəniyyəti ünsiyyətin məqsəd və vəzifələrindən 
asılı olaraq müasir ədəbi dilin üslub və formalarına yiyələnməyi nəzərdə tutur” (Актуальные 
проблемы культуры речи. 1970, с 97). 
Nitq mədəniyyəti düzgün nitq problemləri ilə məşğul olur. Lakin daha yüksək 
səviyyədə üslubiyyatın problemlərinə müdaxilə edərək onun bəzi aspektlərini özünə aid edir. 
Amma bu elmlər tam şəkildə bir-birinin eyni deyil. Nitq mədəniyyəti və üslubiyyata aid 
tədqiqatların özününün xüsusi vəzifələri və predmeti var. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin