Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Qırmızı ətlə keçən başqa bir xəstəlik isə, bruselladır



Yüklə 196,75 Kb.
səhifə40/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   36   37   38   39   40   41   42   43   ...   82
Baytarlıq sanitariyası CAVAB

Qırmızı ətlə keçən başqa bir xəstəlik isə, bruselladır.
“Ciddi bir infeksiyadır. Qızdırma, yorğunluq, iştahsızlıq, kilo itkisi, baş ağrısı, gecə tərləmələri, geniş yayılmış əzələ və oynaq ağrıları ilə müşahidə olunur. Zəif pasterizə olunmuş süd, süd məhsulları və xüsusilə təzə pendir istehlak etməklə bu virusa asanlıqla yoluxa bilərsiniz”
Ətdən keçən başqa bir xəstəlik isə, toksoplazmadır.
“Bu virus, çiy və ya az bişmiş ət vasitəsilə ötürülür. Hamiləlik zamanı problem yaşayan heyvanlar bu virusu daşıyır. Eynilə, doğulan heyvan da bu virusdan öz payını alır”
Bunlar təhlükəli xəstəliklərdir. Məsələn, qarayara xəstəliyində bədənin müxtəlif nahiyələrində qara qapaqlı ləkələr görünür, qızdırma sürətlə artır. Xəstəlik sürətlə irəliləyir və adətən ölümlə nəticələnir. Tif və oxşar xəstəlik mikrobları daşıyan insanlar heç vaxt ətlə təmasda olmamalıdırlar.



  1. Helmint xəstəliklərinə baytarlıq və tibbi nəzarət



Helmintozlar (lat. helminthosis, q.yun. ἕλμινς, ἕλμινθος — qurd) — insanlarda, heyvanlarda və bitkilərdə qurd xəstəliyi.
Helmintlər insanın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər orqanizmin fiziki və əqli fəaliyyətinə təsir edir.
Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir.
Əgər helmintlər öd yollarında lokalizə olunarsa, qarının yuxarı hissəsində və sağ qabırğaaltı nahiyədə güclü ağrılar olur. Ankilostomoz zamanı dəmirdefisitli anemiya inkişaf edir. Difillobotriozda isə makrositar hiperxrom anemiya olur.
Ən ağır helmintozlar isə exinokokkoz, sistiserkoz, alveokokkozu aid edirlər.
Helmintozların xarakterik əlamətlərindən biri də periferik qanda olan dəyişikliklərdir. Kəskin dövrdə qanda eozinofiliya müşahidə olunur. Əksinə xroniki dövrdə eozinofillərin sayı azalmış olur ki, bu da heç də yaxşı əlamət sayılmır.
Helmintozların növləri olduqca müxtəlif olduğundan diaqnostik müayinələri də müxtəlifdir. Bunlara nəcisin makro- və mikroskopik müayinələri, öd və onikibarmaq bağırsağın möhtəviyyatının təyini, qanda spesfik anticisimlərin öyrənilməsi daxildir.
Helmintoz üçün yay ayları öz aktuallığını daim saxlayır. Belə ki, meyvə, tərəvəzin bolluğu, bilavasitə sahələrdən yeyilməsi xəstəliyin baş verməsinə geniş yol açır. Ən kiçik giləmeyvənin yuyulmadan yeyilməsi xəstəxana çarpayısına gətirib çıxarır.
Elementar gigiyena qaydalarına əməl etmək yəni, yeməkdən öncə, ayaqyolundan sonra əllərin yuyulması, meyvə və tərəvəzlərin təmiz yuyularaq istifadəsi, ət və ət məhsullarının düzgün hazırlanması, çiy sudan istifadə edilməməsi, alt paltarlarının tez-tez dəyişdirilməsi helmintozların ən önəmli profilaktik tədbirlərdən sayılır.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin