Cədvəl 2
Azərbaycanın maşınqayırma sahəsinin inkişaf göstəriciləri
İllər
Göstəricilər
1995
2000
2005
2010
2015
2016
İstehsal həcmi (min.manat)
38,9
32,0
32,8
151,2 156,7 151,5
Sahənin istehsal həcminin ümumi
sənaye istehsalındaqn xüsusi çəkisi (%)
2,2
1,0
0,4
0,6
0,5
0,5
İşçilərin sayı ( min.nəf.)
33,6
11,6
7,3
4,8
4,2
4,5
İşçilərin orta aylıq nominal əmək
haqqı (manat)
8,9
40,1
98,9
227,4 273,0 326,2
Əsas sənaye-istehsal fondlarının
mövcud-luğu, ilin sonuna ( min manat)
171,3 183,0 210,1 262,5 396,0 365,8
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi .
Maşınqayırma müəssisələri tərəfindən yerli sifarişlər əsasında dəmir yolu ,
metropoliten, avtomobil nəqliyyatı, kimya , kənd təsərrüfatı, inşaat və s. sahələrdə
geniş istifadə olunan maşın və mexanizmlər üçün ehtiyat hissələrinin və qeyri-standart
avadanlıqların hazırlanması və təmiri üzrə işlər görülmüşdür.
51
Neft maşınqayırması Azərbaycanın maşınqayırma kompleksinin ən böyük
hissəsidir. Ölkəmizdə neftçıxarma sənayesinin inkişafı neft maşınqayırması sahəsinin
inkişafını stimullaşdırırdı. Potensialına görə bu sahə Azərbaycan sənayesinin unikal
sahələrindən biri olaraq həmin mövqeyini saxlamışdır.
Resspublikada bir çox neft- mədən avadanlıqlarının işləyib hazırlanması, istehsal
və istismarı üzrə böyük təcrübə toplanmışdır. Vaxtilə keçmişdə bu avadanlığa həm
respublika daxilində, həm də keçmiş SSRİ respublikalarında, həmçinin bir çox xarici
ölkələrdə böyük tələbat var idi. Hələ bir qədər bundan əvvəl Azərbaycanda istehsal
olunan neft- mədən avadanlığı dünyanın 36 ölkəsinə ixrac olunurdu. Sovet
neftçilərinin tələbatının 70% -ə qədəri Azərbaycan neft maşınqayırmasının hesabına
təmin olunurdu.
Lakin SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra neft
maşınqayırması vahid iqtisadi məkanın dezinteqrasiyasının nəticələrini üzərində tam
həcmdə hiss etmişdir. Əsas fondların yeniləşdirilməsi və müasirləşdirilməsinə
yönəldilən kapital qoyuluşlarının əhəmiyyətli azalması istehsal olunan məhsulun
keyfiyyət göstəricilərinin aşağı düşməsi və ənənəvi satış bazarlarının itirilməsi ilə
nəticələndi.
Son illərdə Xəzərdə yeni neft yataqlarının mənimsənilməsi ilə əlaqədar neft
avadanlığına tələbat yarandı və ölkənin neft maşınqayırması üçün əlverişli
perspektivlərin açılması görünüşü yarandı.
Lakin reallıq göstərir ki, milli istehsalçıların gümanları təsdiq olunmamışdır.
Məsələn Xəzərdə karbohidrogenlərin çıxarılması üzrə ən böyük operator olan
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) faktiki olaraq istehsal ehtiyacları
üçün “ Azneftkimyamaş” ASC-i müəssisələrinin istehsal etdiyi məhsulların bircə
növünü belə sifariş etmədi. Subrodatçı təşkilatların yerinə yetirdiyi ayrı- ayrı sifarişlər
böyük həcmli deyil və əsasən metalkonstruksiya və quraşdırma işlərdən ibarətdir.
Yaranmış vəziyyətin əsas səbəbi Azərbaycanda və digər MDB ölkələrində
işləyən xarici neft şirkətlərinin milli neft maşınqayırmasının məhsuluna beynəlxalq
keyfiyyət standartlarının APİ və İSO sertifikatların irəli sürməsidir.
52
Bununla əlaqədar bu sahədə mühüm istehsal gücünə malik olan “ Azneft-
kimyamaş” ASC-də struktur- təşkilati dəyişikliklər aparılmış, 9 zavoddan və 4 elmi-
tədqiqat və layihə- konstruktor instiiuiundan ibarət müasir maşınqayırma kompleksi
yaradılmışdır.
Səhmdar Cəmiyyətin müəssisələrində 100-ə yaxın çeşiddə, 600-dən artıq tip və
ölçüdə maşın və mexanizmlər , avadanlıqlar və tərtibatlar istehsal edilir. İSO və APİ
standartlarının geniş tətbiq edilməsi bu məhsullara tələbatı nəzərə çarpacaq dərəcədə
artırmışdır.
Neft – mədən avadanlıqları ilə yanaşı, müəssisələrdə qeyri- profil məhsullar-
əsasən Bakı şəhərində tikilən körpülər və yol qovşaqları üçün müxtəlif metal
konstruksiyalar və s. istehsal olunur.
2016-ci ilin məhsul istehsalının həcmi 6,0 % artırılaraq, 27,5 milyon manat təşkil
etmişdir. Bakı neft maşınqayırma , Suraxanı maşınqayırma , Sabunçu maşınqayırma
zavodları daha məhsuldar işləmişlər.
2016-ci ildə yeni məhsulların layihələndirilməsi və istehsalın mənimsənilməsi
işləri üzrə davam etdirilmiş, 12 yeni avadanlıq nümunəsi yaradılmış və 8 adda yeni
məhsulun istehsalı mənimsənilmişdir.
Sghmdar Cəmiyyətin marketinq xidmətinin satış bazarlarının genişləndirilməsi
və ixrac həcminin artırılması istiqamətində apardığı səmərəli fəaliyyət nəticəsində
istehsal olunmuş məhsulun 35,0 %-dən çoxu respublikadan kənara- Rusiya,
Qazaxıstan, Ukrayna və Türkmənistana göndərilmişdir. Məhsulların ixrac həcmlərinin
artırılması üçün müxtəlif neftçıxarma regionlarında geniş marketinq işləri aparılmış
və bunun nəticəsində məhsulların göndərilməsi barədə yeni müqavilələr
bağlanmışdır.
Səmdar Cəmiyyətin tərkibində maşınqayırma müəssisələri üçün yüksək ixtisaslı
fəhlə və mühəndis – texnik işçilərin hazırlanması və ixtisaslarının artırılması üçün
beynəlxalq İSO standartı ilə sertifikatlaşdırılmış, yüksək maddi texniki bazaya malik
Tədris Mərkəzi fəaliyyət göstərir.
53
Ölkədə neft- mədən avadanlığının istehsal sahəsində üzun illər ərzində
toplanmış böyük təcrübə və mövcud olan elmi- texniki potensial milli neft
maşınqayırmasının yeni texniki- texnoloji səviyyədə inkişaf etdirilməsi zərurətini
şərtləndirir. Bu istiqamətin müasirləşdirilməsi üzrə dövlət proqramının qəbul edilməsi,
yüksək keyfiyyətli neft – mədən avdanlığının istehsalının dövlət tərəfindən
stimullaşdırılması milli neft maşınqayırmasının rəqabət qabliyyətinin artırılmasına
kömək göstərə bilərdi. Ölkədə istehsal oluna bilən neft- mədən avadanlığının
xaricdən idxal edilməsi şəraitində bu kifayət qədər vacib amildir.
2016-ci ildə maşınqayırma sənayesi üzrə daha iki müəssisə - Sumqayıtda
Azgüntex zavodu və Qaradağ rayonunda Metal konstruksiyaları zavodu fəaliyyətə
başlamışdır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Ağentliyi tərəfindən
inşa olunmuş Azgüntex zavodunda ilkin mərhələdə il ərzində 120 min günəş panelinin
istehsalı nəzərdə tutulur.
Metal konstruksiyaları zavodunda isə ildə 24 min ton metal konstruksiya-ların
istehsalı planlaşdırılır. Elastikliyi və davamlı betondan dəfələrlə yüksək olan, yığılmış
qısa müddətdə başa gələn və daha az xərc tələb edən metal konstruksiyalar tikinti
sektorunun gələcək inkişafına geniş imkanlar açır.
Ölkənin maşınqayırma sahəsinin inkişafının effektiv istiqaməti texnoloji
parkların yaradılmasıdır. Azərbaycanda ilk belə park Sumqayıt Texnologiyalar Parkı
olmuşdur.
Sumqayıt Texnologiyalar Parkı postsovet məkanında analoqu olmayan müasir
istehsal kompleksidir. Kompleksin yaradılması “ Azərbaycan Respublikası
regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramına ( 2004-2008-ci illər) ” uyğun
olaraq həyata keçirilən aə respublikada maşınqayırma sənayesinin inkişafında
müstəsna əhəmiyyətə malik olan bir layihədir.
Kompleksin birinci mərhələsi 2009-cu ilin sonlarında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işə salınmışdır. Bu maşınqayırma
kompleksinin istismara verilməsi ölkəmizdə elkktroenergetikanın inkişafına, onun
54
mövcud potensialının daha da möhkəmləndirilməsinə, buradakı müəssələrin yenidən
qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açır. Bu möhtəşəm istehal
kompleksinin işə düşməsi ilə respublikamızın ənənəvi və alternativ energetika
qurğuları yerli texnoloji avadanlıq və məhsullarla təchiz olunmağa başlamışdır.
Sumqayıt Texnologiyalar Parkında tətbiq olunan bəzi texnologiyalar nəinki
Azərbaycan , eyni zamanda bütün region üçün yenilik hesab edilir və istehsal olunan
bir çox məhsulların regionda analoqu yoxdur. Müqayisə üçün qeyd edək ki, bəzi
alternativ enerji qurğuları və kabellər MDB ölkələrində istehsal edilmir.
2012-ci ildəSumqayıt Texnologiyalar Parkında ağıq maşınqayırma və dəqiq emal
mərkəzi zavodları işə salınmış, eyni zamanda kabel zavodunun tikintisinin 3-cü
mərhələsi çərçivəsində MDB və Yaxın Şərqdə yeganə olan yüksək gərginlikli
kabellərin izolyasiya xətlərinin quraşdırılması üçün ümumi uzunluğu 124,5 metr olan
güllənin tikintisi başa çatmışdır.
Texnopark layihəsinin həyata keçirilməsi , eyni zamanda region əhalisinin
məşğulluğunun artırılmasına da təsir edir. Belə ki, hazırda Sumqayıt Texnologiyalar
Parkında 3,0 min nəfər işçi çalışır, texnopark tam güclü fəaliyyət göstərəndə işçilərin
sayı artacaqdır.
30-a yaxın zavoddan ibarət olacaq texnoparkda respublika üçün mühüm
əşəmiyyət kəsb edən və ixrac potensialına malik maşınqayırma və elektro-energitika
məhsulları istehsal edən 17 zavod artıq tam gücü ilə fəaliyyət göstərir. Ümumilikdə
texnoparkın tam gücü ilə fəaliyyəti 2018-2020-ci illərə planlaşdırılır.
Maşınqayırmanın vəziyyətinə olan ölkənin iqtisadi təhlükəsizliyinə təsiri
nöqteyi- nəzərdən ayrıca baxmaq lazımdır. İstehsal sahəsində iqtisadi təhlükə-sizliyin
indikatorları kimi aşağıdakı göstəricilər qəbul edilməlidir: sənayenin istehsal
həcmində emal sənayesinin xüsusi çəkisinin son həddinin 70% və maşınqayırmanın
payının 30 % olması. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma
istehsalının üzərinə ümumi sənaye məhsulun istehsalının 30-50%-i düşür (Almaniyada
– 53,6 %, Yaponiyada- 51,5 % , İngiltərədə- 39,6 % , İtaliyada – 36,4 %, Çində - 35,2
% ). (21, s.248)
55
Azərbaycanda hal-hazırda bu göstəricilər son həddindən azdır və müvafiq olaraq
20 %- dən bir qədər çox və 0,5 -1,0 %-ə qədər təşkil edir. İstehsal olunan maşınqayırma
məhsulda yeni növ məhsulların son həddi 6 % olduğu halda onun faktiki hissəsi 0,5 -
1,0% təşkil edir. Elmtutumlu məhsulun hissəsinin çox az olması xüsusi həyəcan
doğurur.
Müasir maşınqayırma sənayenin elmtutumlu sahəsidir. Lakin yeni növ
məhsulların elmi və konstruktor işləmələri və istehsalda tətbiqi ilə dəqiq fəaliyyət
göstərən əlaqənin olmaması istehsal olunan maşınqayırma məhsuluna istehlakçılar
tərəfindən daim yüksələn tələbatı tam həcmdə ödəməyə imkan vermir. Nəticədə bir
çox mövqelər üzrə maşınqayırma məhsulun rəqabətqabliyyətliyinin aşağı səviyyəsi
və gələckdə effektivli işi təmin edən innovasiya ehtiyatının olmaması haqqında
danışmaq olar. Kadr potensialının əsas mənbəyi olan texniki universitetlərin
məzunlarının hazırlıqlarının aşağı səviyyəsindən danışmamaq olmaz. Universitetlərin
zəif texniki bazası səbəbindən onların müasir avadanlığın istifadəsi ilə hazırlıqları
kifayət deyil, məzunlar mütərəqqi texnologiyaları bilmirlər. ( Cədvəl 3 )
Elmi-texniki tərəqqinin templərinin sürətlənməsi şəraitində maşınqayırma
sahəsinin əsas istehsal fondlarının aktiv hissəsi tez bir zamanda mənəvi köhnəlir.
Dostları ilə paylaş: |