İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə54/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   50   51   52   53   54   55   56   57   ...   80
2. Kipr Hökuməti

256. Öz yazılı qeydlərində Kipr Hökuməti təsdiq edib ki, xanım Rantsevanın ölümündən əvvəl və ya sonra insan alverinin qurbanı olub-olmadığının və ya onun cinsi və ya digər istismar formalarına məruz qalıb-qalmadığının müəyyən edilməsi üçün hər hansı addımlar atılmamışdır. Lakin onlar razı olmamışlar ki, iş üzrə Konvensiyanın 4-cü maddəsi pozulmuşdur. Onlar iddia etmişdir ki, Dövlətin üzərində köləlik, əsarət və ya məcburi və ya icbari əmək vəziyyətində şəxsin saxlanılması ilə bağlı hər hansı hərəkətin cəzalandırılması və səmərəli mühakiməsini tələb edən pozitiv öhdəliklər olmuşdur. Lakin Konvensiyanın 2 və 3-cü maddələri ilə analogiya üzrə onlar iddia ediblər ki, pozitiv öhdəliklər yalnız o halda əmələ gəlir ki, dövlət orqanları şəxsiyyəti bəlli olan şəxsin belə vəziyyətdə saxlandığını bilsinlər və ya bilməli olsunlar. Bu pozitiv öhdəlik yalnız o halda pozulmuş olar ki, onlar səlahiyyətləri daxilində əsaslı şəkildə qiymətləndirilməklə, bu təhlükəni aradan qaldıra bilən tədbirləri görməsinlər.

257. Hazırkı işdə nə istintaq materiallarında, nə də hər hansı digər sübutda heç bir dəlil göstərmir ki, xanım Rantseva köləlik və yaxud əsarətdə olmuş və ya məcburi əməyə cəlb edilmişdir. Əlavə olaraq, Kipr Hökuməti o fakta işarə edib ki, daxili dövlət orqanlarına hər hansı şikayət verilməmişdir ki, onun qızı trafikinqin və ya istismarın qurbanı olmuş və Rusiya dövlət orqanları tərəfindən hər hansı yazışma belə şikayətə istinadı əks etdirməmişdir. Xanım Rantseva özü ölümündən əvvəl bu xarakterli hər hansı iddialar irəli sürməmiş və yorulduğunu və geriyə Rusiyaya getdiyini bildirən mənzilində qoyduğu qeyd (baxın, yuxarıda 17-ci paraqraf) hər hansı belə iddiaları təsdiq etmək üçün qeyri-adekvat olmuşdur. Hökumət iddia edib ki, bu xarakterli şikayətin Limassoldakı Rusiya Ortodoksal keşişi tərəfindən dövlət orqanlarına ilk dəfə edildiyi tarix 13 aprel 2006-cı il olmuşdur. Onlar israr ediblər ki, Rusiya dövlət orqanları Kipr dövlət orqanları ilə əməkdaşlıq edə və xanım Rantseva ilə kabaredə işləmiş iki rus qadının şahid ifadələrini əldə edə bilməmişlər.

258. Özünün sonrakı birtərəfli bəyanatında (baxın, yuxarıda 187-ci paraqraf) Kipr Hökuməti etiraf edib ki, xanım Rantsevanın insan alverinə və ya hər hansı cinsi və ya istismarın digər formalarına məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün hər hansı tədbirləri görməməklə, Konvensiyanın 4-cü maddəsinə əsasən pozitiv öhdəliklərini pozmuşlar. Onlar, həmçinin təsdiq etmişlər ki, xanım Rantsevanın işləməsi və Kiprdə qalması və onun insan alverinin və ya istismarın qurbanı olub-olmadığına dair hər hansı sübutun mövcudluğu halları ilə bağlı istintaqın aparılması üçün üç müstəqil müstəntiqlər təyin olunmuşlar.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin