İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə56/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
4. Üçüncü tərəfin dəlilləri

a. İnterayts

264. İnterayts insan alveri ilə bağlı məlumatlandırmanın artdığını və onunla mübarizəyə yönəlmiş beynəlxalq və regional bir neçə vasitələrin qəbul olunmasını vurğulamışdır. Lakin onlar milli siyasətləri və bu sahədəki tədbirləri bəzən qeyri-adekvat və səmərəsiz hesab etmişdir. Onlar iddia ediblər ki, insan alverinə səmərəli cavab vermək üçün hər hansı hüquqi sistemin əsas tələbi çoxşahəli intizam yanaşması zərurətinin tanınması; Dövlətlər arasında əməkdaşlıq; və inteqrasiya olunmuş insan hüquqları yanaşmasında hüquqi çərçivədir.

265. İnterayts vurğulayıb ki, insan alverinin fərqləndirici elementi Palermo Protokolunda göstərilmiş hər hansı məcburetmə vasitəsindən istifadə olunduğu halda, qurbanın nəzərdə tutulan istismara razılığının yersiz olmasıdır (baxın, yuxarıda 151-ci paraqraf). Müvafiq olaraq, cinsi industriyada işləməli olduğunu bilən şəxs bunu bilməsi səbəbindən insan alverinin qurbanı olmaqdan azad olunmur. Həmçinin, əsasən qanunsuz miqrasiyaya qarşı Dövlətin müdafiə olunmasına aid olan qaçaqmalçılıqla fərdi şəxslərə qarşı cinayət olan və zəruri şərt kimi sərhədi keçmək öhdəliyini ehtiva etməyən insan alveri arasında fərqləndirmənin aparılması əhəmiyyət daşıyır.

266. İnsan alverini müasir köləliyin formalarından biri kimi qiymətləndirərək, İnterayts Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının Prokuror Kunaraça və digərlərinə qarşı iş üzrə qənaətlərini vurğulamış (baxın, yuxarıda 142-143-cü paraqraflar) və iddia edib ki, həmin qərarın zəruri nəticəsi bu olmuşdur ki, köləliyin anlayışı şəxs üzərində mülkiyyət hüququnun mövcud olmasını deyil, sadəcə olaraq belə hüquqa aid olan bir və ya bir neçə səlahiyyətin olduğunu tələb edir. Bu mənada, “köləlik” termininin müasir mənası qurbanın zorakılığa və məcburiyyətə, bununla da, qurban üzərində cinayətkarın tam nəzarətinin əldə olunması vəziyyətini daxil etdirə bilər.

267. İnterayts insan alveri kontekstində Konvensiyaya əsasən üzv Dövlətlərin pozitiv öhdəliklərinə münasibət bildirmişdir. Xüsusən, İnterayts israr edib ki, İnsan Alverinə qarşı Konvensiyada müəyyən edildiyi (baxın, yuxarıda 160-174-cü paraqraflar) və Məhkəmənin presedent-hüququ ilə təsdiq olunduğu kimi insan alverinə dair lazımi qanunvericilik qəbul edilməlidir. Belə qanunvericilik hüquqi, eləcə də fiziki şəxslərin məsuliyyətini müəyyən etməklə, insan alverinin kriminallaşdırılması; insan alveri üçün çox vaxt pərdə kimi istifadə olunan biznesin lisenziyalaşdırılması və fəaliyyətinə aid nəzarət prosedurlarının yaradılması; və müvafiq cəzaların müəyyən edilməsi üçün tələb olunur. Digər pozitiv öhdəliklər insan alveri üçün tələbatı aradan qaldırmağı, insan alveri cinayətlərində hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin hər hansı iştirakının müəyyən edilməsi və dəf olunması üçün adekvat qanunların tətbiqinin təmin olunmasını və polis və məhkəmə sistemlərində qurbanların məxfiliyinin yaradılmasını, eləcə də, müvafiq treninqlər keçirməklə insan alveri qurbanlarının müəyyən olunmasının səmərəli həyata keçirilməsinin təmin olunmasını daxil etdirir. Ən yaxşı təcrübə, metodlar və strategiyalar əsasında araşdırmaların aparılması, kütləvi informasiya vasitələrində və mülki cəmiyyətdə məlumatlandırmanın aparılması, dövlət orqanlarının və siyasi xadimlərin iştirakını cəlb etməklə, informasiya kampaniyalarının keçirilməsi, təhsil proqramları və cinsi turizmin hədəfə alınması da İnterayts tərəfindən müəyyən olunmuş mümkün Dövlət fəaliyyəti sahələridir.

268. Nəhayət, İnterayts iddia edib ki, Dövlətlərin üzərində nəzərdə tutulmuş öhdəlik vardır ki, insan alveri iddialarına aid səmərəli və diqqətli istintaq aparsınlar. Belə istintaq Konvensiyanın 2-ci maddəsinə əsasən tələb olunan istintaqın şərtlərinə uyğun olmalıdır.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin