İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə55/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   51   52   53   54   55   56   57   58   ...   80
3. Rusiya Hökuməti

259. Yuxarıda göstərildiyi kimi, Rusiya Hökuməti iddia edib ki, xanım Rantsevanın hazırkı işdə məruz qaldığı rəftar Konvensiyanın 4-cü maddəsinin əhatəsinə düşür (baxın, yuxarıda 209-cu paraqraf).

260. Rusiya Hökuməti mahiyyəti üzrə razılaşıb ki, Konvensiyanın 4-cü maddəsindən irəli gələn pozitiv öhdəliklər üzv Dövlətlərdən təmin etməyi tələb edib ki, onun ərazisində yaşayan şəxslər köləlik və ya əsarətdə saxlanmasınlar və əməyə məcbur edilməsinlər. Belə hallar baş verdikdə, üzv Dövlətlərdən tələb olunub ki, qurbanların hüquqlarının qorunması və bərpası və təqsirli şəxslərin mühakimə olunması üçün səmərəli vasitələri yaratsınlar. Lakin ərizəçinin şikayətinin Rusiyaya ünvanlanması kontekstində onun dəlili ondan ibarət olmuşdur ki, Rusiya dövlət orqanları vətəndaşları xaricə köçməkdən qorumaq üçün qabaqlayıcı tədbirlər sistemini yaratsınlar. Rusiya Hökuməti göstərib ki, hər hansı belə tədbirlər Konvensiyanın 4-cü maddəsi ilə “hər kəsin özünün ölkəsi daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azad olduğunu” nəzərdə tutan Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə təmin olunmuş sərbəst hərəkət etmək hüququ arasında tarazlığa cavab verməlidir. Onlar, həmçinin iddia ediblər ki, hər hansı belə tədbirlərin dairəsi vətəndaşın səyahət etmək istədiyi Dövlətin suverenliyinə hörmət etmək zərurəti ilə əhəmiyyətli şəkildə məhduddur.

261. Rusiya Hökumətinə görə, Konvensiyanın 4-cü maddəsinin pozulmasının qarşısının alınması, qurbanların müdafiəsi və təqsirli şəxslərin mühakiməsi üçün Rusiyanın cinayət qanunvericiliyində müəyyən olunmuş həddən artıq tədbirlər vardır. Həmin vaxtda qüvvədə olmuş Rusiya cinayət qanunvericiliyində insan alverinə və kölə əməyinə dair müddəaların əks olunmamasına baxmayaraq, belə hərəkətlər hər bir halda adam öldürməyə cəhd və ya sağlamlığa ağır zərər vurma, adam oğurluğu, azadlığın qanunsuz məhdudlaşdırılması və cinsi cinayətlər kimi digər cinayətlərin tərkibi daxilinə düşüb (baxın, yuxarıda 133-135-ci paraqraflar). Rusiya Hökuməti, həmçinin “Köləlik haqqında” 1926-cı il tarixli Konvensiya (baxın, yuxarıda 137-141-ci paraqraflar) və 2000-ci il tarixli Palermo Protokolu (baxın, yuxarıda 149-155-ci paraqraflar) daxil olmaqla, Rusiya Federasiyası tərəfindən ratifikasiya olunmuş müxtəlif beynəlxalq müqavilələrə işarə edərək vurğulamışdır ki, Rusiya bir çox qarşılıqlı hüquqi yardım sazişlərinə imza etmişdir (baxın, yuxarıda 175-185-ci paraqraflar). Hazırkı işdə onlar qarşılıqlı hüquqi yardım çərçivəsi daxilində təqsirli şəxslərin müəyyən edilməsinə və cəzalandırılmasına təsir edilməsi üçün fəal tədbirlər görmüşlər. Əlavə olaraq, onlar izah ediblər ki, 27 iyul 2006-cı ildə Cinayət Məcəlləsinin tətbiqi Rusiya ərazisindən kənarda Rusiya vətəndaşlarına qarşı cinayət törətmiş qeyri-vətəndaş olan şəxslərin mühakiməsinə icazə verən qədər genişlənmişdir. Lakin bu səlahiyyətin həyata keçirilməsi cinayətin törədildiyi ərazinin Dövlətinin razılığından asılıdır.

262. Xanım Rantsevanın Kiprə gedişinə gəldikdə, Rusiya dövlət orqanları göstəriblər ki, onlar Rusiyanı tərk edən vətəndaş barədə yalnız onun sərhədi keçdiyi zaman məlumatlı olurlar. Onun getdiyi Dövlətin daxil olma tələblərinə riayət edildiyi və onun ölkədən çıxmasına məneə törədən hər hansı məqamların olmadığı halda, Rusiya dövlət orqanları şəxsin azad hərəkət etmək hüququnun həyata keçirilməsinə qadağa qoymağa icazəli deyil. Müvafiq olaraq, Rusiya dövlət orqanları yalnız tövsiyələr verə və mümkün təhlükələrdən vətəndaşları xəbərdar edə bilərlər. Onlar kütləvi informasiya vasitələri ilə, xəbərdarlıqlarla təhlükəli faktorlara aid daha təfsilatlı məlumatlar təqdim etmişdir.

263. Rusiya Hökuməti, həmçinin Məhkəmədən nəzərə almağı xahiş edib ki, əvvəllər Kiprə qarşı Konvensiyanın 4-cü maddəsinin pozuntusu müəyyən edilməmişdir. Onlar bildiriblər ki, Kiprlə münasibətlərinin inkişafında bunu nəzərə almalı olmuşlar.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin