İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə Rantsev Kiprə və Rusiyaya qarşı



Yüklə 104,87 Kb.
səhifə57/80
tarix02.01.2022
ölçüsü104,87 Kb.
#1856
1   ...   53   54   55   56   57   58   59   60   ...   80
b. AİRE Mərkəzi

269. AİRE Mərkəzi əksəriyyətinin qadın və uşaqlar olduğu hər il cinsi və ya başqa istismar üçün insan alveri qurbanları olan insanların artan sayını vurğulamışdır. Onlar bir çox hallarda müvafiq dövlət orqanlarına özlərini insan alverinin qurbanları kimi təqdim etməyə imkan verməyən həddən artıq zədələnmiş qurbanlar üçün qəddar psixiki və psixoloji nəticələrə işarə etmişlər. Onlar konkret olaraq 2008-ci ildə ABŞ-ın Dövlət Departamentinin hesabatının, İnsan Alveri Hesabatının nəticələrinə istinad etmişlər. Bu hesabatla müəyyən edilmişdir ki, Kipr keçmiş ilə nisbətən insan alverinin qəddar formalarına qarşı mübarizə aparmaq üçün öz səylərini inkişaf etdirməsi barədə sübutlar təqdim edə bilməmişdir (baxın, yuxarıda 106-cı paraqraf).

270. Daha ümumi şəkildə AİRE Mərkəzi narahatlığını vurğulayıb ki, insan alveri qurbanlarının hüquqları insan alverinə qarşı mübarizədəki başqa məqsədlərə bir çox hallarda tabe edilir. İnsan alveri barədə beynəlxalq və regional vasitələr qurbanların müdafiəsi üçün praktiki və səmərəli hüquqları əks etdirmir. İnsan alveri cinayətlərinin istintaqı və mühakiməsinə aid tələblərdən kənar Palermo Protokolunun müddəaları, AİRE Mərkəzinin fikrincə, “adətən ya örnəkedici və ya yönəldici” olmaqla, Dövlətləri bəzi tədbirləri görmək barədə “düşünməyə” və ya buna “səylər göstərməyə” məsuliyyətli edir.

271. Nəhayət, AİRE Mərkəzi qeyd edib ki, insan alverinə qarşı beynəlxalq vasitələr üçün nəzarət orqanlarının təcrübəsi hazırkı şikayətdən irəli gələn hallarda Dövlətlərin pozitiv öhdəliklərinin dairəsi və məzmununu tam aydınlaşdırmalıdır. Məhkəmənin təcrübəsinə gəldikdə, AİRE Mərkəzi qeyd edib ki, insan alveri işində (yuxarıda qeyd olunmuş Siliadin işi) Məhkəmənin artıq Konvensiyanın 4-cü maddəsinin tətbiqi dairəsinə dair mövqeyini bildirmək imkanına malik olmasına baxmayaraq, bu iş yalnız cinayətkarların qarşısının alınması və cəzalandırılması üçün adekvat cinayət qanunu normalarının Dövlət tərəfindən qəbul edilməməsi məsələsini həll etmişdir. Konvensiyanın 2, 3 və 8-ci maddələri baxımından inkişaf etdirilmiş presedent-hüququna istinadən, AİRE Mərkəzi iddia edib ki, fərdi şəxsin insan alveri qurbanı olmaq təhlükəsində olduğu barədə dövlət orqanlarının bildiyi və ya bilməli olduğu halda, Dövlətlər müdafiəni təqdim etmək öhdəliyi altındadırlar. Tələb olunan konkret tədbirlər məsələnin hallarından asılıdır, lakin Dövlətlər belə şəxsi müdafiəsiz saxlamağa və ya onu insan alveri və istismarı vəziyyətinə qaytarmağa icazəli deyil.




Yüklə 104,87 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin