Moldova şərabları. Kaberne-Sovinyon, Rara nyaqra, qara
Sereksiya, Saperavi, Qame Freo sortlarından hazırlanır. Markalı
qırmızı təbii Ģərablar Moldovanın cənubunda və mərkəzi zonasında
Kaberne sortundan alınır.
Kaberne – cənub rayonlarda intensiv tünd-qırmızı rəngli olur.
Mərkəzi zonada Kabernenin rəng intensivliyi zəif olub, daha zərif
buketə malik olur. YetiĢdirdikdə bənövĢə tonu yaranır, 3 il
yetiĢdirilir, tündlüyü 10-13 h.%, turĢuluğu 7,5-8 q/dm
3
olur.
Neqru-de Purkar – orijinal, yüksək keyfiyyətli Ģərab olub,
Kaberne-Sovinyon, Saperavi və Rapa nyaqra sortlarından, Kaberne
sortu üstünlük təĢkil etməklə (60%) hazırlanır. Dnestrin aĢağı axım
vadisində və Purkar mikrorayonunda istehsal olunur. ġərabın rəngi
qızılıya yaxındır. Buketi zərif, qara qarağat tonuna malik olur.
Gürcüstan şərabları. Qırmızı təbii Ģərablar Alazan çayı
vadisində - Kaxetiyada Saperavi və Kaberne-Sovinyon sortlarından
hazırlanır.
Teliani – Kaberne sortundan «Teliani» sovxozunda hazırlanırdı.
Rəngi tünd-qızılı, canlıdır. Buketi yaxĢı inkiĢaf etmiĢ, xarakterik
bənövĢə çalarlıdır. Dadı dolğun, yumĢaq, harmonik, sort tonuna
malik, zərif meyvə çalarlıdır. 3 il yetiĢdirilir, tündlüyü 11-12,5
h.%, turĢuluğu 5,5-6,5 q/dm
3
olur.
Mukuzani – Saperavi üzüm sortundan hazırlanır. Saxlanıb
yetiĢdirmə müddəti baĢa çatdıqdan sonra uzun illər butulkalarda
saxlanır və nəticədə Ģərab çox ciddi və az təsadüf olunan gözəlliyə
malik olur. 1893-cü ildən hazırlanır.
Dostları ilə paylaş: |