~ 342 ~
Burqund Ģərabları qara Pino və qara Qame üzüm sortlarından
hazırlanır. Qıcqırma açıq çənlərdə bütün həcmdə yayılan və ya
üzən «papaq» ilə aparılır. Burqund Ģərabları yetiĢdirildikdən sonra
butulkalara doldurulur. Ən yaxĢı Ģərablar əlavə olaraq, 10-15 il
butulkalarda yetiĢdirilir. Ən yaxĢı Burqund Ģərablarından biri qara
Pino üzüm sortundan hazırlanan «Makonne» Ģərabıdır. Onu
hazırlamaq üçün 20-30% üzümün darağı ayrılmır və qıcqırmanın
davam etməsi 6 gündən 8-10 günə çatır. Qıcqırma temperaturu
qara Pino sortunda optimal maserasiya getməsi üçün 30-32
0
S
arasında nizamlanır. Öz axımı ilə və sıxıcıdan alınmıĢ cavan Ģərab
materialları sona qədər qıcqırmanın və alma-süd turĢu
qıcqırmasının getməsi üçün çəlləklərə köçürülür. Burqund Ģərabları
palıd çəlləklərdə 1,5-2, ən yaxĢıları isə 3-4 il yetiĢdirilir.
Ordinar qırmızı Burqund Ģərabı «Bojole» qara Qame üzüm
sortundan karbon qazı maserasiyası metodu ilə alınır. Bu Ģərablar
Fransanın ən yaxĢı qırmızı süfrə Ģərabları olub, tünd qızılı rəngə,
10-11 h.% spirtliyə və 3-3,5 q/dm
3
titrləĢən turĢuluğa malik olur.
Qırmızı Bordo Ģərabları gözəl qızılı rəngi və Kaberne-Sovinyon
sortuna xas olan dadı və zərif buketi ilə seçilir. Əsasən Kaberne-
Sovinyon üzüm sortundan istifadə olunmaqla, müəyyən nisbətlərdə
Malbek və Merlo üzüm sortundan əlavə olunaraq hazırlanır.
SulfidləĢdirilmiĢ əzintinin çənlərdə, yaxud iri rezervuarlarda
qıcqırdılmasından alınır. Bəzən rəngi gücləndirmək üçün əzintinin
bir hissəsini 70
0
C temperaturda 1 saat qızdırırlar. ġərab 3-4 il palıd
çəlləklərdə saxlanaraq yetiĢdirilir. Hazır Ģərabın spirtliyi 10-11
h.%, turĢuluğu 3,2-3,6 q/dm
3
olur.
Dostları ilə paylaş: