~ 344 ~
Cədvəl 15.1.
ġərabın rənginə üzüm sortunun və emal sxeminin təsiri
Üzümün sortu
«Ağ üsulla»
«Qırmızı
üsulla»
Bütöv
salxımla
Giləni
əzməklə
Ağ (Aliqote, Reyn rislinqi,
Rkasiteli)
Ağ
Ağ
Sarı
Çəhrayı (Aleatiko, Çəhrayı
muskat, Boz pino)
Ağ
Ağ
Çəhrayı
ġirəsi rəngli olmayan,
qırmızı (Mədrəsə, Xındoq-
nı, Kaberne-Sovinyon,
Qara müskat)
Ağ
Çəhrayı
Qırmızı
ġirəsi rəngli olan, qırmızı
(Saperavi, Calita, Odessa
qara üzümü)
Çəhrayı
Qırmızı
Qırmızı
(intensiv
rənglənmiĢ)
Göründüyü kimi, Ģirəsi rəngli üzüm sortları (rəngləyici sortlar)
çıxılmaqla, digər qırmızı sortlardan da (Mədrəsə, Qara muskat və
b.) ağ və çəhrayı Ģərablar almaq mümkündür. Bu sortlarda rəng
maddələri Ģirədə deyil qabıqda yerləĢ-diyindən, qabığı lətdən
ehtiyatla ayırdıqda intensiv qırmızı rəngli Ģirə alınmır. Bu
məqsədlə istifadə olunan vallı əzici-daraqayıranın valları böyük
məsafədə qurulur və qabığın az əzilməsinə nail olunur. ƏzilmiĢ
üzüm, tez sıxıcıya verilərək sıxılır. Alınan ilk Ģirə fraksiyası,
demək olar ki, rəngsiz olub, ağ Ģərablar hazır-lamaq üçün istifadə
olunur. Əzintinin sonrakı sıxılmasından zəif-çəhrayı rəngli Ģirə
alınır. Həmin Ģirədən isə çəhrayı Ģərab almaq üçün istifadə olunur.
Nəinki qabığı, hətta Ģirəsi də rəngli olan üzüm sortlarının
(Saperavi, Calita və b.) bütöv salxımlarını sıxaraq və həmçinin
xüsusi texnologiyayay uyğun kupaj yolu ilə də çəhrayı Ģərablar
hazırlamaq mümkündür.
Çox vaxt çəhrayı Ģərablar, qırmızı Ģərabların hazırlanma
~ 345 ~
texnologiyasına uyğun, lakin kifayət qədər yetiĢməmiĢ üzümdən
hazırlanır.
Çəhrayı Ģərabları çəhrayı üzüm sortlarından (Aleatiko, Çəhrayı
muskat və s.) «Qırmızı üsulla» da hazırlayırlar. Ağ Ģirəni qırmızı
cecədə qıcqırtmaqla da bu tip Ģərablar almaq mümkündür. Qırmızı
Ģirəni güclü havalandırdıqda, onun rəngsizləĢməsi gedir və alınan
material çəhrayı Ģərab hazırlamaq üçün istifadə oluna bilər.
Çəhrayı Ģərablardan - çəhrayı Bordo, Bordo kleret və çəhrayı
Burqundiyanı göstərə bilərik.
MDB ölkələrində markalı çəhrayı Ģərab buraxılmayıb, 12 adda
ordinar turĢ-çəhrayı Ģərablar istehsal olunmuqdadır.
Respublikamızda həm təbii, həm də tündləĢdirilmiĢ çəhrayı
Ģərablar bura-xılır. Çəhrayıtəbii Ģərablardan «Hadrut», «QiĢi», «Al
Ģərab» və baĢqalarını göstərmək olar.
Dostları ilə paylaş: