Sarı şərablara - Macarıstanda istehsal olunun Tokay Ģərabla-
rının bütöv növ müxtəlifliklərini aid etmək olar.
Kaxet şərabları - Gürcüstanın Ģərq hissəsində becərilən
Rkasiteli və Msavani üzüm sortlarından yerli kaxet üsulu ilə alınır.
Bu üsulun spesifik cəhəti ondan ibarətdir ki, tam yetiĢmiĢ üzüm
əzilir və əzinti daraqla birlikdə qıcqırdılır. Alınan cavan Ģərab
əzinti ilə birlikdə saxlandığından, onda yüksək ekstraktlıq, özünə-
məxsus rəng, buket və dad yaranmıĢ olur. Proses aĢağıdakı
ardıcıllıqla gedir:
Üzüm əzilir, alınan əzinti daraqla birlikdə yeraltı saxsı küplərə,
yaxud yavaĢ qıcqırma gedən yerüstü rezervuarlara doldurulur.
Qıcqırma dövründə gündə 4-6 dəfə əzintinin qarıĢdırılması aparılır.
Qıcqırma qurtardıqdan sonra küp, yaxud rezervuarların baĢı
doldurulub, hermetikləĢdirilir və Ģərab 2-4 ay müddətində əzintidə
saxlanır. Bu müddətdə Ģərab öz-özünə durulmaqla, mayaların
avtoliz məhsulları ilə zənginləĢir. Sonra Ģərab əzintidən ayrılır və
yalnız öz axımı ilə alınan Ģərab materialı markalı Ģərablar üçün
istifadə olunur.
«Kaxeti» və «ġuamta» ordinar Kaxet Ģərabları olub, hazırlan-
dığının birinci ili satıĢa verilir.
«Tibaani» və «Telavi» markalı Ģərabları yetiĢdirilmək üçün bir
il palıd qablarda saxlanır. Köhnə kaxet Ģərabları butulkalarda
çoxillik saxlanmadan sonra zəif meyvə buketi qazanmaqla,
təəccüblü dərəcədə yumĢaq və harmonik dada malik olur.
Kaxet Ģərabları, turĢ Ģərablar olub, tündlüyü 13-14 h.% və
titrləĢən turĢuluğu 4-6 q/dm
3
olur. Xarakterik meyvə ətrinə və
büzüĢdürücü dada malik olurlar.
~ 350 ~
Dostları ilə paylaş: |