~ 483 ~
asetalların parçalanması baĢ verir.
Beləliklə, Ģərabın destilləsi mürəkkəb, çoxkomponentli sistem
olub, onun tərkibinə daxil olan maddələrin çevrilmələri ilə
müĢahidə olunur. Nəticədə yeni məhsullar yaranır ki, onların bəzisi
baĢlınğıc Ģərabda olmur.
Destillədə yeni məhsulların əmələ gəlməsinə destillə aparatının
materialı da təsir edir. Təcrübələrlə müəyyən olunmuĢdur ki, mis
aparatlarda alınan konyak spirtinin keyfiyyəti paslanmayan polad
və ĢüĢədə alınandan qat-qat üstündür. Bu mis ionların katalitik rolu
ilə izah olunur.
19.1.4.2. Destillə aparatları
ġərabı destillə etmək üçün istifadə olunan aparatlar iĢləməsinə
görə 2 tipdə olur:
1. Fasilə ilə iĢləyən aparatlar.
2. Fasiləsiz iĢləyən aparatlar.
Fasilə ilə iĢləyən aparatlar da öz növbəsində birdəfəlik və
ikidəfəlik destillə edən aparatlar olmaqla 2 qrupa bölünür. MDB
ölkələrində konyak istehsalı üçün həm fasiləli, həm də fasiləsiz
iĢləyən qurğulardan istifadə edilir. Alınan konyak spirtinin əsas
kütləsi birincilərin payına düĢür. Markalı konyaklar üçün fasilə ilə
iĢləyən ikidəfəlik destillə aparatlarında alınan spirt daha yaxĢı
hesab edilir. Alınan spirtin təqribən 4%-i onun payına düĢür.
Ġki dəfə destillə edən aparatlara ġarant tipli aparatlar (odla və
buxarla iĢləyən) aiddir (UPKS). Odla və buxarla iĢləyən aparatların
bir-birindən fərqi yalnız onların quruluĢundadır. Buxarla iĢləyən
aparatların kubunda, odla iĢləyənlərdən fərqli olaraq, buxar borusu
olur. Digər tərəfdən, odla iĢləyən aparatlarda, kubun aĢağı hissəsini
qalın hazırlayırlar. Bu, odun kuba dağıdıcı təsir etməsinin qarĢısını
almaq üçün edilir. Lakin bununla belə odla iĢləyən aparatlar 2-3
ildən bir təmirə dayanmalı olur (əsasən aĢağı hissənin dəyiĢilməsi
üçün). Bundan əlavə, odla iĢləyən aparatların yanacaq sərfi də çox
olub, baha baĢa gəlir. Ona görə də son illər ölkəmizdə odla iĢləyən
~ 484 ~
aparatlardan demək olar ki, istifadə olunmur.
Buxarla iĢləyən aparatlara verilmiĢ Ģərab materialında mayaların
miqdarını onların yanmasından qorxmadan artırmaq olar. Bu isə
bildiyimiz kimi, spirtin keyfiyyətinin yüksəlməsinə səbəb olur.
Bu aparatların ən sadəsi sadə destillə kubudur. Kublu destillə
aparatı-destillə olunan məhlulu qızdıran kubdan, onun ağzını örtən
qapaqdan, soyuducudan ibarətdir. Soyuducu, daxilində ilanvari
boru yerləĢmiĢ rezervuardan ibarətdir. Ġlanvari borunun son ucu
rezervuardan çıxır və bir qədər təkmilləĢmiĢ formalarda, orada
spirt fonarı qoyulur. Buradan çıxan spirt, toplayıcı rezervuara
yığılır (Ģəkil 19.2).
Dostları ilə paylaş: