Fasiləsiz destillə. Fasiləli üsulla konyak spirtinin alınması (istər
birdəfəyə, istərsə də iki dəfəyə) az məhsuldar olub, artan tələbatı
ödəyə bilmir. Fasiləsiz üsulla konyak spirtinin alınması bu
çatıĢmazlıqları aradan qaldırmıĢ olur. Bu prinsiplə iĢləyən destillə
aparatlarında fasiləsiz olaraq, ya bütün uçucu komponentlərə malik
bir hazır məhsul, yaxud tərkibcə fərqlənən bir neçə məhsul
(fraksiya) ayrılır. Lakin fasiləsiz iĢləyən aparatlarda alınmıĢ kon-
yak spirti, lazımlı maddələrin az miqdarda olması ilə fərqlənir. Bu
onunla əlaqədardır ki, fasiləsiz iĢləyən aparatlar rektifikasiya
kolonkasına malik olub, orada spirtin təmizlənməsi və tündləĢdiril-
~ 492 ~
məsi gedir. Bundan baĢqa, fasiləsiz destillədə Ģərab materialı uzum
müddətli qızdırmaya məruz qalmır. Ona görə də bu halda yeni
maddələr əmələ gəlməsi çatdırılmır.
Fasiləli iĢləyən kublu aparatlarda destillə, Ģərab materialının çox
saatlı qaynaması ilə müĢahidə olunur. Bu halda yeni uçucu
maddələr-furfurol, efirlər və baĢqaları əmələ gəlmiĢ olur. Həmin
maddələr isə öz növbəsində konyak spirtinin yetiĢdirilməsində
vacib rol oynayır.
Beləliklə, lazımi keyfiyyətdə konyak spirti almaq üçün, fasiləsiz
üsulla aparılan destillə prosesi, kublu aparatlardakı Ģəraitə yaxın
olmaqla aparılmıladır.
Fasiləsiz destillənin sürətinin azaldılması konyak spirtində mad-
dələr qatıĢığı-aldehidlər, furfurol, efirlərin miqdarının yüksəlmə-
sinə səbəb olur. Fasiləsiz iĢləyən aparatların ölkəmizdə yayılmıĢ ən
əsas nümayəndəsi K-5 markalı aparatdır. Ölkəmizə Bolqarıstan-
dan gətirilmiĢdir. O, 13 nimçəli qaynatma kolonkasından, iki def-
leqmator, soyuducu, Ģərab qızdırıcı, kondensator (buxarı sıxlaĢ-
dıran), barda nizamlayıcı və spirt fonarından ibarətdir (Ģəkil 19.9).
70-80
0
C-ə qədər qızdırılmıĢ Ģərab materialı 120-150 dal/saat
sürətlə fasiləsiz qaydada yuxarı nimçələrə verilir. Kolonkanın aĢağı
hissəsinə qızmıĢ buğ verilir. ġərab materilının qaynmasından
əmələ gələn etil spirti buğları və uçucu qarıĢıqlar fasiləsiz olaraq
defleqmatorlara və kondensatora daxil olub, konyak spirti
kondisiyasına (62-70 h.%) qədər tündləĢir. Eyni zamanda sıxlaĢır
(maye halına keçir), soyuducu və spirt fonarından keçməklə maye
vəziyyətində spirt toplayıcıya yığılır. Alınan destilyatda lazım olan
tündlük, defleqmatora verilən soyuducu su nizamlanmaqla təmin
edilir. Birinci defleqmatordan (istilik dəyiĢdiricidən) çıxan suyun
temperaturu 80-90
0
C, ikincidən 50-60
0
C olmalıdır.
~ 493 ~
Şəkil 19.9. K-5 destillə aparatının sxemi
1-nasos; 2-ratometr; 3-birinci şərab qızdırıcı; 4-ikinci şərab
qızdırıcı; 5-qaynatma kalonkası; 6-epurasiya kalonkası; 7-baş
fraksiya defleq matoru; 8-konyak fraksiyasının (birinci) defleq
matoru; 9-konyak fraksiyasının (ikinci) defleq matoru; 10-so-yu-
ducu; 11-baş fraksiyanın kondensatoru; 12-spirt fraksiya fonarı;
13-baş fraksiya fonarı; 14-barda tənzimləyici; 15-sallerion
nümunə götürəni
Göründüyü kimi, qaynatma kolonkasından daxil olan spirt
buxarlarının konyak spirti kondisiyasına qədər tündləĢdirilməsi bir-
biri ilə ardıcıl birləĢdirilmiĢ iki defleqmatorda həyata keçrilir.
Defleqmatorlarda sıxlaĢmayan spirt buğları, kondensatorda
sonuncu dəfə sıxlaĢdırılır (qəlizləĢdirilir) və qaynatma kolonkasına
qaytarılır. Konyak spirti kondisiyasına uyğun olan destilyat ikinci
defleqmatordan götürülür. K-5 aparatında itkinin müqayisədə az
olması (1,5%-ə qədər), baĢ və son fraksiyaların isə tamamilə
olmaması 98-98,5% (susuz spirtə çevirməklə) konyak spirti
kondisiyasında destilyat alınmasına imkan verir. ġərab materialının
K-5 aparatının kolonkasında qalma müddəti 0,04 saatdan artıq
olmur.
~ 494 ~
Krasnodar Politexnik Ġnstitutu (Rusiya) tərəfindən fasiləsiz
iĢləyən aparat KPĠ, Moldova Yeyinti Sənayesi ETĠ tərəfindən isə
K-5M iĢlənib hazırlanmıĢ və sənayedə tətbiq olunmaqdadır. Bu
qurğularda baĢ fraksiyalardan konyak spirtinin ayrılması (fraksiya-
laĢdırılması) təmin olunur. OxĢar qurğu meyvə xammalından spirt
almaq üçün Çexiya və Slovakiyada təklif olunmuĢdur. Bunlar da
K-5 qurğusu kimi, Ģərab materialından, xam spirt mərhələsini keç-
mədən, birbaĢa konyak spirti alınmasını təmin edirlər. Göstərilən
qurğuların əsas elementləri-Ģərabı istilə iĢləyən qurğudan, qayna-
yan bardanı ləngidən və konyak spirtini baĢ qarıĢıqdan ayıran
tündləĢdirmə kolonkasından ibarətdir.
Fasiləsiz destillə edən K-5M qurğusu özünü ikikolonkalı aparat
kimi göstərir (Ģəkil 19.10). Birinci kolonka-tündləĢdirmə (qatılaĢ-
dırma, epyurasiya), ikinci-qaynatma kolonkasıdır. Ġstilik mübadilə-
edicidə (1) 65-70
0
C-yə qədər qızdırılmıĢ Ģərab materialı, fasiləsiz
qaydada tündəĢdirmə kolonkasına (4) verilir və burada baĢ qarıĢıq-
lar ayrılır. 85-90 h.%-ə qədər tündləĢdirilmiĢ Ģərab materialı, qay-
natma kolonkasına daxil olur. Bu kolonka zənginləĢdirən və
zəiflədən olmaqla iki hissədən ibarətdir: zəiflədən hissə bardanı 2-3
saat qaynar vəziyyətdə saxlayan kubdan ibarətdir. Burada uçucu
qarıĢıqların yeni əmələ gəlmə prosesi gedir. Lakin əmələ gəlməyən
uçucu qarıĢıqların artığı kənar olunur. Qaynatma kolonkasının zən-
ginləĢdirən hissəsində isə, əksinə, uçucu qarıĢıqların toplanması,
yığılması gedir. Proses 2-3 tündləĢdirici nimçədə, defleqmator və
kondensatorda baĢ verir. BaĢ fraksiya fasiləli, yaxud fasiləsiz
Ģəkildə 0,5-2% miqdarında (susuz spirtə çevirməklə), 85-90 h.%
tündlükdə alınır. TundləĢdirilmiĢ Ģərabın destilləsi K-5 aparatında
olduğu kimidir. Bu halda fleqma ədədi 34-dür. BaĢqa sözlə, sıxıl-
mıĢ spirt buğunun demək olar ki, hamısı kolonkanın zənginləĢdirən
hissəsinə qayıdır. Spirt buğları defleqmatorda (12,13), konyak
spirtinin kondisiyasına qədər tündləĢdirilir. Sıxıldıqdan və soyudul-
duqdan sonra spirt fonarından (15) keçməklə, destilyat toplayıcıda
yığılır. Kubdan (6) götürülən barda qalıq kimi toplanır. Birinci
defleqmatordan çıxan suyun temperaturu 80-90
0
C, ikincidən 50-
60
0
C səviyyədə saxlanır.
~ 495 ~
Şəkil 19.10. Fasiləsiz destillə edən K-5M destillə aparatının sxemi
1-boruşəkilli istilik mübadilə edici; 2-şərab qızdırıcı; 3-
soyuducu; 4-tündləşdirici kolonkası; 5-qaynatma kolonkası; 6-
kib; 7-barda nizamlayıcı; 8-salleron nümunə götürücüsü; 9-
qarışdırıcı-barbatyor; 10-baş fraksiyanın defleqmatoru; 11-
baş fraksiyanın kondensatoru; 12-konyak spirti deflaqmatoru;
13 və 14-kondensatorlar; 15 və 17-uyğun olaraq konyak spirti
və baş fraksiya fonarları; 16 və 18-uyğun olaraq konyak spirti
və baş fraksiya soyuducuları; 19-qaz ayırıcı; 20-üç yollu kran
Aparat saatda 160-180 dal Ģərab materialı destillə edir. K-5M
aparatında buxar sərfi K-5-ə nisbətən yüksəkdir. Lakin Ģarant tipli
aparatlarla müqayisədə sərf olunan buxar 40-50% azdır.
Qeyd etmək lazımdır ki, K-5M və buna bənzər qurğularda, kon-
yak spirti ayrılan zonada, uçucu maddələrin destilyatda toplanması
üçün ġarant üsuluna oxĢar Ģərait təmin olunmur.
~ 496 ~
ġərabı təkrar destillə (tündləĢdirən) edən qurğularda da, həmçi-
nin (xam spirtin ġarant tipli qurğularda 8-10 saat destilləsi prose-
sindən fərqli olaraq), kimyəvi tərkibin dəyiĢməsi ilə əlaqədar Ģərait
təmin olunmur və eləcə də konyak spirtinin son qarıĢıqlardan
ayrılması getmir. Məhz belə ayrılmanın olmaması alınan konyak
spirtinin keyfiyyətini aĢağı salır.
Ona görə də birdəfəlik destilləyə əsaslanan və əsas fraksiyanın
(konyak spirtinin) digər fraksiyalardan ayrılmasını, tündləĢdirici
kolonka olmadan, təmin edən fasiləsiz iĢləyən aparatlar yaradıl-
ması istiqamətində iĢlər aparılmaqdadır. Bunlardan biri tündləş-
Dostları ilə paylaş: |