~ 506 ~
prosesləri. Konyak spirtinin yetiĢməsində bu proseslər çox vacib
rol oynadığından, onlara həmiĢə böyük əhəmiyyət verilir. Oksid-
ləĢmə reduksiya (OR) potensialını tənzim edən əsas amillər
oksigen və fenol maddələri, tanidlər və liqnin, həmçinin onların
parçalanma məhsullarıdır. Qeyd etdiyimiz kimi, fenol maddələri-
nin oksidləĢmə məhsulları dada təsir etməklə, rəngin də
formalaĢmasında əsas rola malikdir.
Konyak spirti yetiĢdirildikdə, spirtlər oksidləĢərək aldehidlər
əmələ gətirirlər. Aldehid mənbəyi rolunu oksidləĢdirmə deaminləĢ-
məsi və sonra da dekarboksilləĢməsinə məruz qalan amin turĢular
da öynayır. Konyak spirtində sərbəst halda formaldehid, asetalde-
hid, furfurol, metilfurfurol, vanilin, fenilasetaldehid, yasəmən alde-
hidi tapılmıĢdır. Bunlar isə öz növbəsində konyakın buketinin
formalaĢmasında əsaslı rola malikdirlər.
Dostları ilə paylaş: