~ 501 ~
lazımdır ki, o, yetiĢməklə tam özünün yüksək keyfiyyətini qazana
bilsin. Bu baxımdan həmin aparatlardan (ġarant tipli) markalı
konyaklar istehsalında istifadə edirlər.
Fasiləsiz iĢləyən aparatlar iqtisadi cəhətdən səmərəlidir. Lakin
onlardan bəziləri konyak istehsalının tələbələrinə cavab vermir.
Çünki, onlarda konyak spirtinə müxtəlif maddələr qarıĢığının
keçmə miqdarı olduqca azlıq təĢkil edir. Bu aparatda Ģərab materia-
lının qaynama vəziyyətinə gəlməsi 0,3 saatı keçmədiyi halda
ġarant tipli aparatlarda (UPKS) bu 8 saat davam edir.
K-5M qurğusunda buxar sərfi bir qədər çox olmasına baxma-
yaraq, alınan konyak spirtinin keyfiyyəti xeyli yüksəlmiĢ olur.
Müxtəlif spirtlikdə fraksiyaların alınmasını və eləcə də kimyəvi
tərkibin nizamlanmasını təmin edən fasiləsiz iĢləyən aparatların
müəyyən perspektivləri vardır.
Vakkum destillə aparatlarında alınan konyak spirti müxtəlif
maddələrlə daha az təmin olunmuĢ olur. O, konyak istehsalı üçün
yararsız hesab olunur, çünki yetiĢdirdikdə konyak tonu formalaĢa
bilmir. Konyakların kupajında az miqdarda istifadə oluna bilər.
19.1.4.3. Konyak
spirtinə
verilən
tələblər
Müxtəlif üsullarla alınmıĢ konyak spirti çoxillik yetiĢdirilməyə
göndərilir. Alınan konyakın keyfiyyəti həmin spirtin tərkib və
keyfiyyətindən asılıdır.
Konyak spirtinin optimal tərkibi hələ tam müəyyənləĢdiril-
məyib, lakin çoxillik tədqiqatlarla təqribi göstəricilər iĢlənmiĢdir.
Təzə destillə olunmuĢ spirtə aĢağıdakı tələblər verilir. Onlar
rəngsiz və Ģəffaf olmaqla heç bir kənar qarıĢığa malik olmama-
lıdırlar. Ətirdə təmiz Ģərab, bəzən isə çiçək tonlu, aydın bilinən
aldehid-efir və sivuĢ tonu olmadan, kənar iysiz olmalıdır. Dadı
təmiz, yüngül sabun tonlu, kənar tamsız olmaqla, onun ümumi
qiyməti 6-7 baldan aĢağı olmamalıdır.
Əgər dəmir və mis göstərilən miqdardan çox olarsa, həmin
spirtin qaralması və yaxud qonurlaĢması baĢ verir. Belə spirtləri
~ 502 ~
yetiĢdirməyə qoyana qədər sarı qan duzu ilə iĢləmək lazımdır.
Yuxarıda göstərilənlərdən əlavə, bir çox maddələr də vardır ki,
onlar konyak spirtinin keyfiyyətində əsaslı rola malikdir. Bu
maddələr hazırda öyrənilməkdədir.
Konyak spirti əsasən aĢağıdakı göstəricilərlə xarakterizə olunur:
Etil spirti h.% 20
0
C
60-70
Ali spirtlər izoamil spirtinə çevrilməklə, mq/100 ml susuz
spirtdə
180-600
DoymuĢ efirlər, sirkə etil efirinə çevrilməklə, mq/100 ml
susuz spirtdə
50-250
Aldehidlər, sirkə aldehidinə çevrilməklə, mq/100 ml susuz
spirtdə
50
Uçucu turĢular, sirkəyə çevrilməklə, mq/100 ml susuz spirtdə
80
Furfurol, mq/100 ml susuz spirtdə
3
Metil spirti, həcm %-lə
0,15
Sulfit turĢusu (ümumi), mq/dm
3
maksimum
20
Mis, mq/dm
3
maksimum
8
Qalay, mq/dm
3
maksimum
3-5
Dəmir, mq/dm
3
1-ə qədər
19.1.5. Konyak spirtinin
yetişdirilməsi
ġərab materialının destilləsi nəticəsində alınan konyak spirti
yarımməhsul olub, xüsusi dad keyfiyyətləri ilə fərqlənmir. Ondan
yüksək keyfiyyətli konyak almaq üçün palıd qablarda uzunmüddət-
li yetiĢdirmə tələb olunur. Yalnız belə yetiĢdirmə prosesində cavan
konyak spirti lazım olan bütün ətir və dad keyfiyyətini qazanmıĢ
olur. Ona görə də tədqiqatçılar yetiĢdirmə zamanı gedən prosesləri
təbii olaraq palıd taxtası ilə əlaqədəndirirlər. Bu baxımdan konyak
spirti palıd çəlləklərdə və yaxud daxilinə palıd taxtası quraĢdırılmıĢ
emal olunmuĢ rezervuarlarda yetiĢdirilir. YetiĢdirmə zamanı dərin
fiziki və kimyəvi proseslər getməklə burada spirtin tərkib
maddələri ilə yanaĢı, palıd taxtasının maddələri də fəal iĢtirak edir.