Rəngin dəyişməsi. Məlum oluduğu kimi cavan konyak spirti
rəngsizdir. Palıd çəlləklərdə yetiĢdirildikdə əvvəlcə parlaq-qızılı
rəng (5 ilə qədər) və nəhayət çay (10 ildən çox) rəngi alır. Çox
yaĢlı spirtlər tünd çay cövhəri tonuna malikdir. Spirtin rənginin
dəyiĢməsi yalnız palıd taxtasının tərkibindən, birinci növbədə isə,
aĢı maddələrindən asılıdır. AĢı maddələr özləri spirtin rənginə zəif
təsir edirlər. Lakin onların oksidləĢmə məhsulları spirtə qızılı ton
verir.
Həcmin dəyişməsi və spirtin tündlüyünün azalması iki əsas
amildən - hopmadan və buxarlanmadan asılıdır. Hopma öz növbə-
sində taxtanın məsaməliyindən, saxlanma temperaturundan, spirtin
tündlüyündən və çəlləyin xüsusi səthindən asılıdır. Buxarlanma
intensivliyinə, temperatur və spirtin xüsusi çəkisi, havanın rütubəti
təsir edir. Spirt taxtanın məsamələrindən, arasından və çəlləyin
ağzından buxarlanır. Əgər spirt saxlanan binanın rütubəti 70%-dən
aĢağı olarsa, buxarlanma sürətlənir. Bundan baĢqa, binada hava
cərəyanının artması da buxarlanmaya qüvvətli təsir göstərir. Ona
görə də konyak spirtləri ölkəmizdə 15-20
0
C temperaturda, havanın
75-85% nisbi rütubətində saxlanır. Havanın dəyiĢməsi isə gündə 5
həcmdən böyük olmamalıdır.
Buxarlanma və palıd taxtasına hopma nəticəsində konyak
spirtinin həcmi azalmaqla bərabər, tündlüyü də azalır.
Dostları ilə paylaş: |