Fiziki üsullara palıd taxtasının xırdalanması, qarıĢdırma, isti və
soyuqla, elektrik cərəyanı, ultrasəs, ulturabənövĢəyi Ģüalarla və
dəlib keçən Ģüalarla iĢlənmə aiddir.
Taxtanın yonqarlara və yaxud kəpəyə qədər xırdalanması spirtin
oduncaqla təmasda olma səthini artırır və nəticədə kütlə dəyiĢmə
prosesləri intensivləĢir. Spirt sürətlə ekstrakt maddələri ilə doyur.
Oduncağın toza qədər yüksək disperslik səviyyəsində xırdalan-
ması zamanı baĢqa səmərə müĢahidə olunur. Belə güclü mexaniki
təsir yalnız oduncağın anatomik quruluĢunun pozulması ilə deyil,
həm də onu təĢkil edən təbii polimerlərin parçalanması ilə müĢayət
olunur. Bu halda spirtə liqnin, tanidlər və hemisellülozun daha
xırda fraqmentləri keçir ki, onlar sürətlə sonrakı çevrilmələrə
məruz qalır.
Palıd taxtasının ultrasəs və ultrabənövĢəyi Ģüalarla iĢlənməsi
müəyyən səmərə verir. Bu halda konyak spirtinə daha çox tanidlər,
peroksid və furfurol keçir.
Oduncağın dəlib keçən Ģüalarla iĢlənməsi yüksək molekullu
birləĢmələri dağıdır və bununla da içkinin yetiĢməsini tezləĢdirir.
Lakin belə yanaĢmanın gigiyenik aspektlərinin tədqiq olunmaması
onun praktik tətbiqini ləngidir. Bundan baĢqa fransız tədqiqatçı-
larına görə palıdın polifenolları dağıdıcı Ģüaların təsiri altında
parçalandıqda sərbəst benzol radikalı əmələ gəlir ki, o da sonradan
benzpiren tipli kansorogen maddə əmələ gətirə bilir. Fransada
mövcud olan qanunvericilik belə Ģüaların istifadəsini qadağan edir.
Oduncağın fiziki iĢlənmə üsullarından istifadənin daha sadəsi
isti ilə iĢlənmədir. Son tədqiqatlar göstərir ki, palıd taxtasının isti
ilə iĢlənməsi poliĢəkərlərin termolizini törətməklə, uran aldehid-
lərinin əmələ gəlməsi ilə müĢaiyət olunur. Liqnindən uçucu fenol-
lar və aromatik aldehidlər, liqnanlardan fenilketonal ayrılır. Məlum
olmuĢdur ki, palıdın istiliklə iĢlənməsi yetiĢdirilmiĢ spirtdə, uzun
~ 512 ~
illər ərzində toplanan maddələrin əmələ gəlməsini tezləĢdirir.
YetiĢmənin tezləĢməsinin səmərəsi bununla izah olunur. Konyak
spirtinin 42-45
0
C temperaturadək qızdırlaraq sonrakı 45-90 gün
müddətində yetiĢdirilməsi yaxĢı səmərə verən üsullardandır. Spir-
tin 55-60
0
C temperaturadək qızdırılıb, sonrakı 6-10 gün müddətin-
də soyudulması analoji nəticəni verir.
Almaniyada ―Brauntvayn‖ brendisi hazırlanmasında Ģərab spirti
70
0
C-yə qədər qızdırılır və isti Ģəkildə palıd buta yarımillik
yetiĢdirilməyə qoyulur.
Dostları ilə paylaş: |