~ 516 ~
nömrələnir: 1- birillik spirtlər; 2- ikillik spirtlər; 3- üçillik spirtlər
və s.
Rezervaurlar (1) təzə qovulmuĢ spirtlə doldurulur, rezervuar-
ların bir qrupu (2) birillik yetiĢdirilmiĢlə, digər qrup rezeruvarlar
(3) ikillik yetiĢdirilmiĢ spirtlə doldurulur. Rezervuarlar doldurul-
duqdan sonra konyak spirti oksigenlə doydurulur və palıd taxtası
ilə yetiĢdirilir. 3 aydan sonra bütün rezervuarların palıd taxtasına
hopan miqdarına uyğun olaraq bir, iki və üç illik spirtlə doldurulur.
Bir ildən sonra üçüncü seksiyadan kupaj üçün üç illik konyak spirti
götürülür və xətt daimi iĢə baĢlayır.
Üçüncü seksiyadan üçillik yetiĢdirilmiĢ spirtdən kupaj üçün
spirtin həcminin 1/3 hissəsi götürülür. Bu seksiyanın rezervuar-
larının baĢı ikinci seksiyanın rezervarlarında olan ikiillik spirtlə,
onun baĢı isə öz növbəsində birinci seksiyadakı rezervarlardakı
birillik spirtlə, sonuncu isə təzə konyak spirti ilə doldurulur. Palıd
taxtası 120 saat müddətində hava oksigeni ilə fəallaĢdırılır. Taxta-
nın fəallaĢdırılması peroksidin miqdarının yüksəlməsinə zəmin
yaradır ki, bunun da hesabına oduncağın komponentlərinin oksid-
ləĢməsi də daxil olmaqla oksidləĢdirici proseslər intensivləĢir.
Həmçinin karbohidratların hidrolizi və dehidratasiyası (su itirməsi),
azotlu maddələrin çevrilmələri baĢ verir. Nəticədə konyak spirtinin
keyfiyyətinin yüksəlməsi ilə yetiĢməsinin tezləĢməsi baĢ verir.
19.1.7.
Konyakın
kupajı
Konyak spirti uzun müddət yetiĢdirilməsinə və bu zaman dərin
fiziki-kimyəvi proseslər getməsinə baxmayaraq, o, son həddə qədər
yarımməhsul kimi qalır. Sonra həmin spirtin tündlüyü aĢağı salınır.
Kupaj yolu ilə ondan müxtəlif markalarda konyaklar hazırlanır.
Kupaja gedən spirtin yaĢından və keyfiyyətindən asılı olaraq,
konyaklar ordinar və markalı olurlar. Konyakın hazırlanması üçün
yetiĢdirilmiĢ konyak spirtindən əlavə, yumĢaldılmıĢ su, Ģəkər
Ģərbəti, lazım gələrsə spirtləĢdirilmiĢ və ətirli sudan istifadə olunur.
Konyak spirtini durultmaq üçün spirtləĢdirilmiĢ sudan istifadə
~ 517 ~
olunur. Onu hazırlamaq məqsədilə konyak spirti destillə edilmiĢ,
yaxud yumĢaldılmıĢ su ilə 20-25 h.%-ə qədər duruldulur və palıd
çəlləklərdə ən azı 2 ay yetiĢdirilir.
1000 dal spirtləĢdirilmiĢ su almaq üçün, spirtin təqribi miqdarı
aĢağıdakı formulla müəyən olunur:
k
c
c
k
q
q
Y
1000
burada: q
c·c
-spirtləĢdirilmiĢ suyun tündlüyü;
q
k
-konyak spirtinin tündlüyü.
Tutaq ki, tündlüyü 60 h.% olan konyak spirtindən, tündlüyü 25
h.% olan spirtləĢdirilmiĢ su hazırlanmalıdır. 1000 dekalitrə nə
qədər spirt və nə qədər su lazım olduğunu tapaq:
6
.
416
60
25
1000
c
Y
dal
Deməli, 1000 dal spirləĢdirilmiĢ su almaq üçün 416,6 dal spirt
və 1000-416,6=583,4 dal su götürülməlidir.
Lakin bu hesabatda Ģəraba nisbətən konyakın kupajında daha
vacib rola malik olan həcmin sıxılması nəzərə alınmır. Bu məq-
sədlə cədvəldən istifadə olunur (cədvəl 19.2).
Əgər həcmin sıxılması getməsə belə, 40 litr spirt 60 litr su ilə
20
0
C tem-peraturda qarıĢdırdıqda 40 h.% tündlüyə malik 100 litr
su-spirt qarıĢığı alınmıĢ olardı. Cədvəldən isə aydın olur ki, faktiki
40 h.% tünlüyə malik 100 litr qarıĢıq almaq üçün 60 litr deyil,
63,347 litr su əlavə olunmalıdır. Bu halda həcmin sıxılması
(4v+63,347-100)=3,347 litr təĢkil edir.
Əgər tündlüyü 60 h.% olan konyak spirtindən 25 h.% tündlükdə
1000 dal spirtləĢdirilmiĢ su almaq lazımdırsa, onda 417 dal spirt
(cədvəl 19.3) və 591 dal su qarıĢdırılmalıdır. Hesablama yolu ilə
(sıxılma nəzərə alınmadıqda) 416,6 dal spirt və 583,4 dal su tələb
olunurdu.
~ 518 ~
Cədvəl 19.2
Spirt ilə suyun 20
0
C temperaturda qarıĢdırılması zamanı həcmin
azalma səviyyəsi
QarıĢıqda miqdarı
l/100 l
QarıĢığın
sıxılması, l-lə
QarıĢıqda miqdarı
l/100 l
QarıĢığın
sıxılması, l-lə
spirt
su
spirt
su
Dostları ilə paylaş: