~ 542 ~
azotun miqdarından, qıcqırma Ģəraitindən, həmçinin də tətbiq
olunan sıxıcının tipindən asılıdır. Mayalar orta hesabla 75% suya
və 25% quru maddəyə malikdir. Quru maddələrin tərkibi aĢağıdakı
kimidir (%-lə):
Mineral maddələr
5-10
Karbohidratlar
25-10
Azot
4,8-12
Zülal maddələri (protein)
30-75
Yağlar (lipidlər)
2-5.
Çöküntülərin ayrılması Ģərabın texnologiyasından asılı olaraq
çox müxtəlif olur.
Tərkibində olan quru maddələrin miqdarına görə (%-lə) Ģərabın
maya çöküntüləri bir neçə kateqoriyaya bölünür:
Maye Ģərab mayaları
-12
Qatı maya çöküntüsü
-12-30
SıxılmıĢ mayalar
-30-60
SıxılmıĢ mayalarda spirtin miqdarı 5-10%, Ģərab turĢusu 3-6%
arasında dəyiĢir. Maya çöküntüləri spirt və Ģərab turĢusunun
duzlarına, pektin (pektin turĢusu və kalsium pektat), rəng, aĢı və
azot maddələri, zülal maddələri və onların tanin birləĢmələri,
lipidlər, kalsium və barium fosfatlar, sulfatlar və digər birləĢmələrə
malik olur.
Maya çöküntülərindən əsasən spirt, Ģərab turĢu xammalı, yemlik
zülal, enant efiri, maya avtolizatları, həmçinin tünd və desert
Ģərablar istehsalında tətbiq olunan maya konsentratları, ferment
preparatları və amin turĢuları alınmasında istifadə olunur.
ġərab kimi, maya çöküntüləri də emala qədər tam doldurulmuĢ
rezervuarlarda saxlanılır.
ġərabın ardıcıl köçürülmə və süzgəcdən keçirilməsi zamanı
alınan çöküntülər toplanır və maya çöküntüləri ilə birlikdə emal
olunur.
Dostları ilə paylaş: