Kombinə edilmiş metodun əsasında palıd oduncağının köhnəl-
mə üsullarının çoxu, konyak spirti və konyakın tezləĢdirilmiĢ
yetiĢdirilməsi durur. Onlar fiziki təsir üsullarının kimyəvi yaxud
biokimyəvi üsullarla birgə təsirinə əsaslanır.
―Kversil‖ tipli toz (Fransa) palıd oduncağının müxtəlif ekstrakt-
larından vakuum altında suyun çıxarılması ilə alınır. Onların tərki-
bində aĢı maddələr, liqnin və az miqdarda aromatik aldehidlər olur.
Tozun konyak spirtinə əlavə olunması dadın yaxĢılaĢması və ətrin
bir qədər dəyiĢməsinə səbəb olur.
Palıd oduncağının çox xırdalanması yolu ilə alınan toz sonrakı
isti iĢlənmə ilə konyak spirtinin yetiĢməsini sürətləndirir, ətir və
dada əlveriĢli təsir göstərir.
Rezervuarlara düzülən palıd taxtası Ģtabellərdə çardaq altında 3
il və daha çox müddətdə qurudulmalı, 18-36 mm enində standart
ölçülərdə olmalıdır. Rezervuara düzülməzdən əvvəl taxtalar bir
daha təlimata uyğun qaydada iĢlənir. Hər bir rezervuarda olan
taxtanın miqdarı 1 dekalitr sulu spirtə, 700-900 sm
2
xüsusi səth
təmin etməlidir.
3-4 dövr istiliklə yetiĢdirilmədən sonra spirt taxtadan lazım olan
maddələri götürür, sonra taxtalar rezervuardan çıxarılır. Səthi bir
qədər (4-5 mm) götürülür və yenidən sonrakı istifadə üçün rezer-
vuara yığılır. DəyiĢmiĢ səthli taxta ilə spirtin yetiĢdirilməsi daha
intensiv getməklə spirt yaxĢılaĢmıĢ keyfiyyətdə alınır.
«Maqaraç» Ġnstitutunda taxta əvəzinə qələvi üsulu ilə iĢlənən
reykaların 10-12 mm qalınlığında əlveriĢli ölçülərini təklif edirlər.
Bunun bir sıra üstünlükləri vardır: aĢağı maya dəyəri, rezervaura
yığılan taxtanın standarta nisbətən çəkiyə görə bir neçə dəfə az
olması, hopmanın bir neçə dəfə azalması, rezervuarın tutumundan
daha səmərəli istifadə olunması (Ģəkil 19.13).
~ 514 ~
Şəkil 19.13. Palıd taxtalarının tətbiqi ilə konyak spirtinin rezervuarda
yetişdirilməsi üçün qurğunun sxemi (“Maqaraç”)
1-rezervuarın yuxarı hissəsi; 2, 3, 4-xətlər; 5-lük; 6-ştuser; 7-hava
borucuğu; 8-nasos; 9-kran; 10-dozator; 11-oksigen balonu; 12-
reykalar; 13-bruslar (atama ağaclar); 14, 15-palıd taxtası (atma
ağaclar)
Taxtalar (reykalar) (12) lükdən (5) sisternin yuxarı hissəsinə (1)
bruslar (13) üzərinə o hesabla yığılır ki, taxtadan konyak spirtinə
kifayət qədər maddələr diffuziya edə bilsin; Ģtabeldə dağılmasın
deyə onları aĢağıdan və yuxarıdan (14, 15) taxtalarla bərkidirlər.
YetiĢdirilmə zamanı ildə 1-2 dəfə spirtə balondan (11) oksigen
vurulur, eyni zamanda nasosla (8) dozatordan (10) keçməklə, 2-3-4
xətti ilə oksigenin qatılığı 10-15 mq/dm
3
-a çatanadək spirt vurulur.
YetiĢdirilən spirt Ģtuserdən (6) keçməklə 2a xətti ilə nasosla hava
borucuğundan (7) və krandan (9) keçməklə yetiĢdirilmiĢ spirt üçün
mernikə vurulur.
Təzə taxtalarla rezervuarın tutumunun ilk ölçülməsi su yaxud
spirtlə, bütün sonrakı dəyiĢmələr yalnız spirtlə aparılır.
Rezervuarlar eqalizə edilmiĢ spirtlə tutumunun 2%-dən çox
olmayaraq boĢluq saxlanmaqla doldurulur. Hər spirt rezervuarına
dair spirtin yetiĢdirilməyə qoyulması akt formasında tərtib olunur
və burada aĢağıdakı məlimatlar əks etdirilir: spirtin mənĢəyi,
doldurma vaxtı, eqalizə sayı, tündlüyü və susuz spirtə görə
dekalitrlə həcmi, həmçininm taxtanın kütləsi və istifadə müddəti.
Rezervuarda olan spirtin baĢının doldurulması inventarlaĢdır-
mada həmin yetiĢdirmə ilinin spirti ilə, yaxud bir ildən çox
olmayan intervalda daha cavan yaĢa malik spirtlə pilləli Ģəkildə
~ 515 ~
aparılır.
3-4 doldurulmadan sonra, taxtalar maddələr baxımından tükən-
dikdə, yenidən doldurulan konyak spirtini əvvəlcədən ekstrakt
maddələrlə 1,5-3,5 q/dm
3
qatılığına qədər zənginləĢdirmək
məqsədəuyğundur. Buna nail olmaq üçün spirti taxtalarla yaxud
kəpəklə 40-60
0
C temperaturda 15-30 gün isti ilə iĢləyirlər.
Konyak spirtinin rezervuarlarda ritmik axında yetiĢdirilməsi
üsulu təklif olunmuĢdu. Bu üsulun əsasında taxtanın fasiləli
qaydada hava oksigeni ilə fəallaĢdırılması və müəyyən zaman
aralarında ritmik axın yaradılmasıdır (Ģəkil 19.14).
Dostları ilə paylaş: |