Konyak spirtinin yetişdirilməsi və ona qulluq işləri. Spirtin
yetiĢdirilməsi xüsusi yerüstü, yaxud yarımyeraltı binalarda 18-
20±3
0
C temperaturda və 75-80% nisbi rütubətdə aparılır. Bu
binalar lazımi sanitar normalara cavab verməklə, kənar iyə malik
olmamalıdır.
Konyak spirtini çəlləklərdə yetiĢdirmək üçün həcmi 30-70 dal
olan çəlləklərdən, Fransa, Ġtaliya və Ġspaniyada isə daha kiçik
qablardan (25-30 dal) istifadə olunur.
Bu məqsədlə istifadə olunan təzə çəlləklər təmiz su ilə 10-12
gün müddətində yuyulur. Su əvvəlki 3-4 gündə hər gün, sonra isə
2-3 gündən bir dəyiĢilir. Bundan sonra çəlləyə 4-5 dal qaynanmıĢ
su tökülür. Ağzı möhkəm bağlanır, o tərəf, bu tərəfə çevirməklə
möhkəm çalxanır. 15-20 dəqiqə qarıĢdırdıqdan sonra çəllək su ilə
sonrakı günə qədər saxlanır. Sonrakı gün həmin əməliyyat təkrar
olunur. Buxar verilməsi o vaxta qədər davam etdirilir ki, çəlləkdən
çıxan su tam rəngsiz olur. Sonra 2-3 dəfə təzə soyuq su ilə
yaxalanıb, istifadə olunur.
Çəlləklər, ağac, yaxud dəmir-beton tirlərin üzərində 3 mərtəbə-
də və ya tərəcələrdə 6-8 mərtəbədə (təbəqədə) yerləĢdirilir. Spirt
çəlləklərdə ağzı 1,5-2% yarımçıq olmaqla yetiĢdirilir. Bu zaman
spirt üzərində daim müĢahidə aparmaqla, onun rəngi, ətri və dadı
təyin edilir.
YetiĢdirmə vaxtı spirtdə ardıcıl olaraq sortlaĢdırılma aparılır.
BeĢillik yetiĢdirilənlərdə 2-3 ildən bir, onilliklərdə beĢ ildən bir bu
əməliyyat həyata keçirilir. SortlaĢdırmada daha keyfiyyətli spirtlər
markalı konyaklar üçün sonrakı yetiĢdirilməyə, az keyfiyyətlilər
isə ordinar konyaklar almaq üçün göndərilir.
Çəlləklərdə konyak spirtinin yetiĢdirilməsi az məhsuldar olub,
ağır əmək və itki ilə səciyyəvidir. Bütün bunları nəzərə alan alimlər
~ 510 ~
iri həcmli rezervuarlarda yetiĢdirmə üsulunu iĢləyib, hazırlamıĢlar.
Ġri rezervuarlarda keyfiyyətli konyak spirti yalnız palıd
çəlləkdəki Ģəraitə yaxın Ģərait yaradıldıqda alına bilər. Bunun üçün
emal olunmuĢ rezervuarlara palıd taxtası düzmək lazım gəlir. Bu
yolla konyak spirtini yetiĢdirmək üçün bir sıra üsullar təklif
olunmuĢdur (Ģəkil 19.12).
Metal rezervuarlarda konyak spirtinin yetiĢdirilməsi ordinar
konyaklar istehsalında tətbiq olunur. Rezervuarlara qeyd etdiyimiz
kimi, əvvəlcədən palıd taxtalar düzülür. Həmin taxtaların uzunluğu
60-115, eni 6-15 və qalınlığı 1,8-3,6 sm olmaqla əvvəlcədən təzə
çəlləklər kimi iĢlənmiĢ olur. Taxtanın düzülməsi 1 litr spirtə 80-
100 sm
2
hesabı ilə aparılır.
Şəkil 19.12. Çəndə palıd taxtasının düzülmə metodu
(KPİ- Krasnodar Politexnik İnstitutu)
Spirt rezervuara doldurularkən həcmin 50%-i qədər hava
boĢluğu saxlanılır. Ġldə 1-2 dəfə spirtin oksigenlə doydurulması
aparılır.
19.1.6. Konyak spirtinin tez
yetişməsi
üçün
tətbiq
olunan
üsullar
~ 511 ~
Çəlləklərdə spirtin yetiĢmə prosesinin uzunluğu alimləri daim
düĢündürür və yeni üsullar axtarıĢına vadar edirdi. Bu məqsədlə
iĢlənib hazırlanan üsulları 3 əsas qrupa bölmək olar: fiziki, kimyəvi
və kombinə edilmiĢ. Sonuncu əvvəlki iki üsulun yaxud üçüncünün
(biokimyəvi əlavə olunmaqla) əlavə olunması ilə alınır.
Dostları ilə paylaş: |