Konyak spirtini yetişdirdikdə uçucu maddələrin çevrilmə-
ləri. Turşuluq. YetiĢdirilən konyak spirtinin turĢuluğu əsasən iki
formada özünü göstərir: uçucu və qeyri-uçucu. Təzə destillə
olunmuĢ konyak spirti az turĢuluğa malik olub, bunun əsasını
uçucu turĢular - sirkə-yağ və propion turĢuları təĢkil edir. Konyak
spirti yetiĢdirildikdə turĢuların miqdarı artır. Uçucu turĢuların
toplanması yalnız etil spirtinin oksidləĢməsi hesabına olmayıb,
həm də onların palıddan ekstraksiya olunması (keçməsi) hesabına
olur.
TurĢular konyaka müəyyən harmonik dad verməklə, həmçinin
hemisellülozların hidrolizini, liqninin parçalanması və tanidlərin
oksidləĢməsini təmin edir.
PH - konyak spirtini yetiĢdirdikdə dəyiĢir. Əgər cavan spirtdə
pH-ın qiyməti 3,8-4,4 arasında dəyiĢirsə, yetiĢdirilmiĢdə o, 3,23-ə
qədər azalır. pH-ın qiymətinin dəyiĢməsi palıd taxtasının keyfiyyə-
tindən, onun iĢlənmə üsulundan, spirtin yetiĢdirilmə müddətindən,
çəlləyin həcmindən asılıdır.
Dostları ilə paylaş: |