Hemisellüloza palıd taxtasının tərkibinə daxil olan əsas
maddələr qrupudur. Özunu əsas zəncirdə beĢ və altı karbon atomlu
karbohidrat kimi göstərir. Birincilər (beĢ karbon atomlular) pento-
zanlar adlanıb, hidroliz olunduqda pentozlar (ksiloza və arabinoza);
ikincilər (6 karbon atomlular) heksozalar adlanıb, hidrolizdə hek-
sozlar (qalaktoza, mannoza, fruktoza) əmələ gətirirlər.
Hemisellüloza konyak spirtində olan təbii turĢuluğun təsiri ilə
hidroliz olunur. Nəticədə konyak spirtində Ģəkərlər əmələ gəlib,
spirtə bir qədər Ģirinlik və dada yumĢaqlıq verir.
Konyakın formalaĢmasında hemisellülozanın digər rolu da
məlumdur. Belə ki, onun tərkibinə daxil olan pentozların dehidra-
tasiyası (su itirməsi) nəticəsində furfurol əmələ gəlir ki, o da
çovdar çörəyi tonu verməklə, konyakın ətrinin yaranmasında
iĢtirak edir.
Dostları ilə paylaş: |