Birdəfəyə destillə edən aparatlar. Kublu aparatlarda konyak
spirtinin alınması ikidəfəlik destillə hesabına, çoxlu vaxt və
yanacaq tələb edir. Bundan baĢqa, istər bir, istərsə də ikinci
destillədə daimi nəzarət lazımdır.
Defleqmatorların tətbiq edilməsi ilə bütün bu çatıĢmazlıqlar
aradan qalxmıĢ olur.
Defleqmatorun vəzifəsi spirt buğlarını kondensasiya etmək və
onların aĢağı tündlükdə (fleqma) olan hissəsini soyuducuya
ötürməkdir. Defleqmasiya prosesi defleqmatordan çıxan spirt
buğlarının tündlüyünün yüksəlməsi ilə müĢahidə olunur.
Bu aparatların ġarant tipli aparatlardan fərqi ondadır ki, kuba
Ģarlı defleqmator əvəzinə iki ədəd su ilə soyudulan mis nimçə,
defleqmasiya tarelkası birləĢdirilir ki, buna bəzən Pistoriusun
nimçəsi deyilir. Bir dəfəyə konyak spirti alan aparatların geniĢ
yayılmıĢ tipi Zorabyan tipli PU-500 aparatıdır (Ģəkil 19.7).
Aparat həcmi 500 dal olan destillə kubundan ibarətdir. Kubun
aĢağı hissəsində kondensat ötürücü və bardanı buraxmaq üçün
qurğu vardır. Yuxarı hissədə tündləĢdirici kolonka və defleqmator
yerləĢir. Onlar bir-birilə boru və fleqma ötürücüsu ilə əlaqələnir.
Defleqmator kuba Ģərab materialı verən porsiyalı Ģərab qızdırıcı ilə
əlaqədardır. Su-spirt buxarı soyuducuya daxil olur və soyudulmuĢ
halda fonardan keçməklə spirt toplayıcıya, baĢ fraksiya isə
qəbulediciyə yığılır. Aparatın tam hermetikliyinə əmin olduqdan
sonra destillə kubuna 500 dal Ģərab materialı doldurulur, buğ açılır
və onun qızdırılmasına baĢlanır. Kubda yaranan buğ, kolonkanın
nimçələri ilə qalxır, onlarda tündləĢir, ötürücü boru ilə defleq-
matora keçir. Burada həmçinin onların tündləĢməsi gedir.
~ 490 ~
Şəkil 19.7. Bir dəfəyə destillə edən aparatın (PU – 500) sxemi
1-şərab qızdırıcı; 2-destillə kubu; 3-üç-dörd tarelkalı
tündləşdirici hissə; 4-birləşdirici boru (3-lə 5-i); 5-efleqmator;
6-rotumetr; 7-soyuducu; 8-fonar; 9-spirt qəbul edici; 10-baş
fraksiyanın qəbuledicisi; 11-buxarın ventili; 12-ilanvari boru;
13-kondensat götürücü; 14-bardanı çıxarmaq üçünboru; 15-
vakuum-ayırıcı; 16-fleqma borusu; 17-manometrik termometr;
18-suyu buraxmaq üçün ventil
Bu zaman əmələ gələn fleqma (soyumuĢ buğ), Y-Ģəkilli boru ilə
kolonkanın nimçəsinə qayıdır. Sonra spirt buğu yenidən qızdırıl-
maq üçün porsiyalı Ģərab qızdırıcısının ilanvari borusuna və yaxud
ötürücü boru ilə birbiraĢa soyuducuya daxil olur.
Destillə dövründə porsiyalı Ģərab qızdırıcı 450 dal miqdarında
yeni Ģərab nümunəsi ilə doldurulur. Qalan 50 dekalitrlik boĢ yer,
əvvəlki hissənin destilləsindən alınmıĢ son fraksiyanı əlavə etmək
üçün saxlanır və 80
0
C-ə qədər qızdırılır. Əgər Ģərab materialı
əvvəlcədən son fraksiya ilə kupaj olunursa, Ģərab qızdırıcı birdən
doldurulur.
Göründüyü kimi, istər iki defleqmasiya nimçəli, istərsə də PU-
500 aparatında konyak spirti Ģərab materialından birbaĢa, birdəfə-
lik destillə hesabına alınır. Adətən birdəfəlik destillə aparatlarında
~ 491 ~
alınan konyak spirti, ordinar konyaklar üçün istifadə olunur. Belə
hesab olunur ki, yüksək keyfiyyətli spirt yalnız ikiqat destillə
aparatlarında alına bilər.
ġərab materialından birbaĢa konyak spirti alınmasının texnoloji
sxemi aĢağıda verilmiĢdir (Ģəkil 19.8).
Şəkil 19.8. Şərab materialının birdəfəlik destillə sxemi
Birdəfəlik destillə nəticəsində aĢağıdakı məhsullar alınır: baĢ-
lanğıc fraksiya 0,7-1%; orta fraksiya (I sort konyak spirti) 10-14%;
son fraksiya 11-15% (destilləyə götürülmüĢ Ģərab materialının
həcminə görə) və istehsal çıxarları-konyak bardası.
ġaranta aparatlarında destillə prosesi 10-12 saat, defleqmasiya
nimçəli aparatlarda 8-10 saat, PU-500-də 10-12 saat davam edir.
Dostları ilə paylaş: |