Şəkil 19.2. Buğla qızdırılan kublu destillə aparatının sxemi (UPKS)
1- kub; 2- defleqmator; 3- qızdırıcı; 4- soyuducu;
5- spirt fonarı; 6- spirt toplayıcıları
Qeyd etdiyimiz kimi, burada destillə ikiqat olur. Birinci
destillədə Ģərabdan xam spirt alınır. Ġkinci destillə zamanı xam
spirtdən müxtəlif temperaturda qaynayan fraksiyalar ayrılmaqla,
daha təmiz konyak spirti alınır.
Sxemdən (Ģəkil 19.3) göründüyü kimi, birinci destillədə
tündlüyü 8-12 h.% olan konyak Ģərab materialından tündlüyü 23-
~ 485 ~
32 h.% olan xam spirt (destilləyə götürülmüĢ Ģərabın 25-30%
miqdarında) və Ģərab turĢusunun duzlarını almaq üçün tullantıya
gedən konyak bardası alınır. Destillə prosesi, destilyatda
spirtomerin göstəricisi 0% olana qədər davam etdirilir. Destillənin
ümumi davam etmə müddəti 7-8 saatdan az olmamalıdır. Birinci
destillə qurtardıqdan sonra, konyak bardasının bütün qalığını kənar
etmək üçün kub su ilə möhkəm yuyulur. Sonra kuba lazımi
səviyyəyə qədər, xam spirt doldurulur, aparat iĢə salınır və ikinci
destillə baĢlanır.
Şəkil 19.3. Şərab materialının destillə sxemi (birici destillə)
Ġkinci destillənin texnoloji sxemindən (Ģəkil 19.4) göründüyü
kimi, xam konyak spirti destillədə baĢlanğıc, orta (birinci sort
konyak spirti) və son fraksiyalara ayrılır. Kubda iĢlənmiĢ məhlul
qalır.
Xam spirtin fraksiyalara ayrılması və həmin fraksiyaların
düzgün götürülməsi olduqca məsuliyyətli əməliyyatlardan olub,
~ 486 ~
konyak spirtinin keyfiyyəti bundan çox asılıdır.
Alınan baĢlanğıc fraksiya aldehid, efir və ali spirtlərin
əhəmiyyətli miqdarına malik olub, kəskin iyə və xoĢagəlməz dada
malikdir. Bu fraksiya 20-40 dəqiqə müddətində, xam spirtin 1-3%-
i miqdarında ayrılır.
Destilyatın tündlüyü 75-80 h.%-ə qədər yüksəldikdə o, Ģəffaf
olur. Destilyatın tündlüyü yenidən azalmağa baĢladıqda efir və
aldehidlərin kəskin iyi zəifləyir. Bu andan (tündlük 74-77 h.%) orta
fraksiyanın (konyak spirtinin) götürülməsi baĢlayır, onun çıxımı
xam spirtin həcminin 30-35%-ni təĢkil edir. Orta fraksiyanı
götürdükdə, tündlük tədricən enir və orta hesabla 60-70 h.%-ə
bərabər olur.
Şəkil 19.4. Xam konyak spirtinin destillə sxemi (ikinci destillə)
Bu fraksiyada tündlük 50-40 h.%-ə endikdə, son fraksiyanın
götürülməsinə keçilir və bu spirtölçənin göstəricisi sıfra enənə
qədər davam etdirilir. Son fraksiyanın miqdarı xam spirtin həcminə
görə 17-23% təĢkil edir.
AyrılmıĢ orta fraksiya konyak spirti olub, palıd çəlləklərdə
uzunmüddətli yetiĢməyə qoyulur. BaĢlanğıc (ilkin) və son frak-
siyalar da müxtəlif maddələrlə-aldehidlər, efirlər, ali spirtlər və s.
zəngin olmaqla, əlavə olaraq xeyli miqdarda etil spirtinə malik-
~ 487 ~
dirlər. Əvvəllər zavodlarda bu fraksiyalardan istifadə etməyin
yalnız bir yolu var idi. Belə ki, baĢlanğıc və son fraksiyalar qarıĢ-
dırılıb, destillə edilirdi. Bunu sxematik olaraq aĢağıdakı kimi
göstərmək olar (Ģəkil 19.5).
Göründüyü kimi, bu halda 3 fraksiya alınır. Orta fraksiya
Ģəklində alınan II sort konyak spirti olub, çəlləklərdə yetiĢdirilir və
sonra ordinar konyakların kupajında istifadə olunur. Qalan iki-
baĢlanğıc (ilkin) və son fraksiyalar etil spirtini ayırmaq məqsədilə
rektifikasiyaya verilir.
Şəkil 19.5. İlkin və son fraksiyalar qarışığının destillə sxemi.
Q.Ġ.Fertman müəyyən etmiĢdir ki, xam konyak spirtinin
destilləsindən alınan fraksiyaların belə istifadəsi əlveriĢli sayıla
bilməz. Belə ki, ikinci destillənin hər iki fraksiyası (baĢlanğıc və
son) tərkibcə bir-birindən kəskin fərqlənir. Son fraksiyanın tərki-
binə əsasən gec qaynayan qarıĢıqlar, efirlər və ali spirtlər daxildir.
BaĢlanğıc fraksiyaya daxil olan maddələr arasında isə asan
qaynayan qarıĢıqlar, əsasən kəskin iy və dada malik aldehidlər və
metil spirti baĢlıca yer tutur. Göründüyü kimi, baĢlanğıc və son
fraksiyaların qarıĢığı qeyri-müəyyən tərkibə malikdir. Bu qarıĢığın
destilləsi, alınan II sort konyak spirtinin aĢağı temperaturda
qaynayan maddələrlə (sirkə aldehidi ilə) çirklənməsinə səbəb olur.
~ 488 ~
Ona görə də II sort konyak spirti üçün yalnız son fraksiyadan
istifadə olunması məqsədə uyğundur. Bu zaman birinci və ikinci
destillədən alınan baĢlanğıc fraksiyalar və ikinci son fraksiya
rektifikasiyaya verilir (Ģəkil 19.6). Həcmi 40-45 dal olan sadə
kublu aparatlarda tündlüyü 25 h.% olan xam spirti fraksiyalara
ayırmaqla destillə prosesi 10-14 saat davam edir.
Şəkil 19.6. Son fraksiyalar qarışığının destillə sxemi
Sadə kubda destillə çoxlu vaxt və yanacaq itkisinə səbəb olur.
Bunun qarĢısını almaq üçün kubla soyuducu arasında (kubdan
yuxarı buxar yolunda) qızdırıcı rezervuar qoyulur.
Destillə zamanı kub və qızdırıcı Ģərabla (yaxud xam spirtlə)
doldurulur. Kubda olan ilanvari boruya buğ verilir. ġərab qaynayır
və buxarlanır. Buğ qızdırıcının daxilində olan buğ ötürücü keçid-
lərə girir. Qızdırıcı əvvəl soyuducu rolunu oynayır. Belə ki, oraya
daxil olan buğ Ģərabın soyuqluğu ilə maye vəziyyətinə keçir.
Müəyyən müddət keçdikdən sonra Ģərab (yaxud xam spirt) buğun
temperaturunu qəbul edir və buğ soyumadan soyuducuya daxil
olur.
Destillənin sonunda isə qızdırıcıda olan məhlulun temperaturu
~ 489 ~
qaynama temperaturuna yaxınlaĢır. Destillə qurtardıqda qızdırma
dayandırılır, kubdan (aĢağı hissəsindəki kranla) konyak bardası
götürülür və kub qızdırıcıda olan Ģərabla doldurulur. Qızdırıcıya
isə Ģərab, yaxud xam spirt doldurulur və yeni destilləyə baĢlanır.
Kubdan buxarlanan spirt qızdırıcıdan keçib, soyuducuya daxil olur,
orada maye Ģəklinə düĢür. Soyuducunun sonunda qoyulmuĢ spirt
fonarında tündlüyü təyin edilir və fraksiyalar üzrə spirt
toplayıcılara yığılır.
Dostları ilə paylaş: |