~ 568 ~
rəng və digər quru maddələrin Ģirəyə keçməsi üçün aparılan
əməliyyatdır.
Millezim (fransız) – bir ilin (ən uğurlu) məhsulundan alınan
Ģərab.
Myuzle – oynaq və Ģipuçi Ģərablarının tıxacını butulkanın
ağzında saxlayan bağlayıcı məftil.
Payl – xeresin saxlanması və yetiĢdirilməsi üçün istifadə olunan
təqribən 500 l tutumlu çəllək.
Passifo (italiya) – müəyyən qədər qurudulmuĢ üzümdən istehsal
olunan, daha çox ―saman‖ Ģərabı adlandırılan desert Ģərabdır.
Pyes – Burqundiyada yayılmıĢ 228 l tutumlu, böyük olmayan
palıd çəllək.
Predikat – Almaniya və Avstriyanın bir hissəsində keyfiyyətli
Ģərablar üçün Ģirədə Ģəkərin miqdarına görə fərqlənən ifadədir.
Kabinet, Ģpetleze, ausleze və s. kimi ola bilir.
Remjuaj (fransız) – Ģampan butulkasının vibrasiya pultunda
yüngül çevrilməsi olub, butulkananın dibindən çöküntünü ayırmaq
üçündür.
Reserva (ispaniya) – hər bir Ģərabçılıq təsərrüfatı üçün fərqli
saxlanan müddətli Ģərabı ifadə edir.
Riserva (italiya) – daha uzun müddətli yetiĢdirilən Ģərab.
Salmanassar – 9 l tutumlu (12 adi butulka) iri butulka.
Smaraqd – yüksək təyinatlı Ģərablardan olub, təqribən alman
Ģpetlezesinə uyğun gəlir.
Dostları ilə paylaş: