Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə43/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   38   39   40   41   42   43   44   45   46
mm cavab01az

47. İdarəetmə məntəqələrinin təyinatı və yerləşdirilməsi. 
Təyinatına və yerləşməsinə görə idarəetmə məntəqələri üç qrupa bölünür: 
-ərazi idarəetmə məntəqələri; 
-sahə idarəetmə məntəqələri; 
-mülki müdafiənin hərbi hissələrində yaradılan idarəetmə məntəqələri. 
İdarəetmə məntəqələrinin aşağıdakı növləri vardır: 
-şəhər ehtiyyat idarəetmə məntəqələri – şəhər ərazisində, obyektlərdən kənarda 
yerləşdirilir.
-şəhərdənkənar ehtiyyat idarəetmə məntəqələri - dərəcəli şəhərlərin və obyektlərin 
ehtimal olunan dağıntılar zonasından və subasma təhlükəsi olan zonadan kənarda 
yerləşdirilir; 
-köməkçi idarəetmə məntəqələri – keçirilən MM tədbirlərinin və MM qüvvələrinin 
ehtiyyat idarəetmə məntəqələrindən idarə edilməsi çətinləşdikdə və ya mümkün 
olmayan hallarda yaradılır; 
-səyyar idarəetmə məntəqələri – ehtiyyat idarəetmə məntəqələrininəsas tərkib 
hissəsidir. Sülh və müharibə dövründə, MM qüvvələrinin hərəkəti zamanı, onlara 
bilavasitə rəhbərliyi təmin etmək üçün yaradılır; 
-hava idarəetmə məntəqələri – “Azərbaycan hava yolları” konserninin təyyarə və 
vertolyot bazalarında təşkil olunur. 
Idarəetmə məntəqələri burada yerləşən idarəedici heyətin fövqəladə hallarda 
fasiləsiz işini, normal həyat fəaliyyətini və etibarlı mühafizəsini təmin etməlidir. 
Bir sıra MM rəhbərləri üçün idarəetmə məntəqələri əvvəlcədən tikilmiş 
mühafizə qurğularında təşkil olunur.
Idarəetmə məntəqələri, rabitə qovşaqlarının və ümumdövlət rabitə şəbəkəsinin 
imkanlarından maksimum istifadə edilməsi nəzərə alınmaqla tikilir və avadanlıqla 
təmin olunur.
Idarəetmə məntəqələri adətən aşağıdakı otaqlardan ibarət olur: 
-MM rəhbərinin iş otağı; 


-digər heyət, yəni operatorlar və telefonçu – operatorlar yerləşən operativ iş otağı; 
-xidmət rəislərinin (mütəxəssislərin) iş otağı; 
-rabitəçilər qrupu yerləşən rabitə qovşağı; 
-növbələrlə dincəlmə otağı; 
-idarəetmə məntəqəsinin heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq, su ehtiyatları 
və s. saxlanılan otaq; 
-sanitariya qovşağı. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin