Microsoft Word Yeni kitab A5-son docx


hanı bu günün səmədvurğunları? Hanı? Hanı  rəsulrzalar



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə54/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   50   51   52   53   54   55   56   57   ...   125
hanı bu günün səmədvurğunları? Hanı? Hanı  rəsulrzalar, 
süleymanrüstəmlər, qırılıblar?! Niyə  gəlmirlər? O Lenin 
meydanında millət, Vətən deyib nənəm də bağırar! Bura 
gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə 
qoşulsunlar. Gəlsinlər görsünlər ölmüşük, qalmışıq.”  
Əsərdəki döyüş  səhnələri canlı, həyati alınıb. Sanki hadi-
sələrin canlı iştirakçılarıyıq, müharibənin əsəbi gərginliyini ya-
şayırıq, başımızın üzərindən adlayan güllə yağışından dəhşətə 
gəlirik. Xüsusilə, Drakon və Pələngin ölüm səhnələri, Koman-
dirin polkovniki öldürməsi, əsgərlərin qaçış səhnəsi- əsər daha 
çox elə bu qatı-psixoliji savaş  məqamı ilə yaddaqalandır. Cə-
miyyət təzadlarına, müharibə dövrü insanının münasibətlərinə 
vardıqca Komandirin arzu və ümidləri sanki fiaskoya uğrayır. 
O, mənən və cismən yaşadığı müharibə ağrılarının dərinliyinə 
varmaqdan daha çox dünya-insan münasibətlərinə köklənir. On 
illik həbsxana həyatından sonra torpağı işğal olunmuş məmlə-
kətdəki qurulan çal-çağır, kef məclislərini görüb cəmiyyətin 
uğradığı  mənəvi aşınmanı-insanın dünənindən necə sürətlə 
ayrılması tendensiyasını müşahidə edir. Hiss edir ki, bu cəmiy-
yət ona yaddır və o, içində gəzdirdiyi müharibə acıları ilə bur-
da, bu cəmiyyətdə yaşaya bilməyəcək. Bu məqamda,  əsərdə 
müharibə mövzusu zəminində müəllif şəxsiyyət-cəmiyyət anto-
qonizmini önə  çıxardır, yəni müharibə dövrünün acı reallıqla-
rından biri budur-insan elə bir çıxılmazlığa düşür ki, öz imkan-
larını, torpağını, yurdunu qoruma çabasını realizə edə bilmir. 
Birinci fəsil bu fiaskonun dramını, ikinci fəsil isə faciəsini 
(fəlsəfəsini) göstərir.  İkinci fəsildə daha çox insanın psixoliji 
durumunun sərgilənməsi funksionallıq kəsb edir. Romanın bi-
rinci fəsli real olaylar kontekstində təsvirini tapırsa, ikinci fəsil 
gerçəklərin fəlsəfəsini yaşadır, mənəviyyatın xaosunu göstərir. 
Burada müəllif nihizminin nikbin çaları belə görünür, bu özü-


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin