Microsoft Word Yeni kitab A5-son docx


dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə52/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   48   49   50   51   52   53   54   55   ...   125
dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin 
Böyük Saraylarında yazmışdılar. Çəkilişini də Tarkovski-
nin də, Tofiq Tağızadənin də  həsəd aparacaqları rejissor-
lara tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlət-
lərin Böyük Saraylarında oturub çəkməkdə olduqları 
kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu 
Kinonun iştirakçılarının isə  nə ssenaridən, nə  də rejissor 
işindən xəbərləri yox idi”. 
Əsərin  əvvəlində müəllif mövzunu dünya problematikası 
yönündə müstəviyə  çıxarsa da, sonradan hadisələr lokal milli 
məcrada davam edir. Ümumiyyətlə, romandakı real hadisələr 


 
132 
iki zamanda, müharibədən  əvvəl və sonrakı zamanlarda təsvir 
olunub. Komandirin həbsxana dövrü-bunlar arasında aralıq 
zaman vahidi kimi səciyyələnir. Həbsdən o yanda Müharibə 
illəri dayanır- dəhşət və sarsıntılarla dolu, hər anı ölüm olan 
müharibə. Azərbaycanın portreti təhlükədədir, millətin taleyi 
təhlükədədir. Həbsdən bu yana atəşkəsin razılıq verdiyi sakit-
likdir, çal-çağırdır, hər  şey harmoniyası ilə davam edir. Düz-
dür, bu sakitlik müharibə illərində belə paytaxtda hakim idi
ora, cəbhə bölgələrinə, Dünyanın ən varlı şəhərinə yağan dolu-
ların-qrad yağışının səsi bura- paytaxta gəlib çatmırdı. “Şəhər o 
biri üzündən xəbəri olmayan medalyon kimiydi” (Z.Şəfi). 
Qeyd edək ki, bu iki zidd əhvalın, psoxoloji ovqatın  əksi 
çağdaş  nəsrimizdə, müharibə mövzusunda yazılan  əsərlərdə 
ironik üslub çaları ilə aktuallıq kəsb edir. Yaşlı  nəslin nüma-
yəndələrindən tutmuş-(məsələn, A.Abdullanın “Çavuş” heka-
yəsi) gənc yazarlaradək (məsələn, Z.Şəfinin “Heykəltəraş” 
hekayəsi) meydana çıxan əsərlərdə bu məqamın sərt dramatiz-
mi ilə qarşılaşırıq. “Dolu” əsərində də bu disharmoniyaya qarşı 
bir aqressivlik var, müəllif dəyərlərin devalvasiyasını qabart-
maq nöqteyi-nəzərindən çağdaş həyatın neqativlərini, deqrada-
siyaya uğramış dəyər faktorunu önə xəttə çıxardır. Toxunduğu 
mövzu sferası isə, istənilən qədər, ictimai-mənəvi kontekstlərdə 
bu və ya digər tonlarla çevrələnir. Cəmiyyətin şou xəbərlərinə 
marağına istehzasından tutmuş-“Qarabağ camaatının yorğan 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin