Microsoft Word Yeni kitab A5-son docx


davası eləmirəm, torpaq davası eliyirəm”



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə51/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   47   48   49   50   51   52   53   54   ...   125
davası eləmirəm, torpaq davası eliyirəm”- bizə M.Cəlilin 
erməni aşığını öldürməyib azad edən qəhrəman yüzbaşısını 
xatırladırsa da- Dəxli yox idi ki, bəlkə də günün birində bu 
qız onu vuracaqdı, amma indi onun qarşısında sabah onu 
vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad 
diləyən yaratdığı bir varlığı görürdü. Bəlkə  də  uşaqlar bu 
qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını 
qəbul edə bilməmişdi.”-  həməncə milli xarakterimizə ayna 


131 
tutmaqla ironik çaları  təqib qılır: hə, T.Əlişanoğlunun “Qu-
qark”  əsəri ilə bağlı qeydlərində dediyi kimi, “bu bizik”, heç 
dəyişməmişik. Özümüzün özümüzə  və düşmənimizə qarşı  hər 
bir halda göstərdiyimiz iltifat budur. Orda-cəbhədə milli hey-
siyyatımızı itirməyəcək qədər ali, geridə, arxa cəbhədə onu qoru-
mayacaq qədər təzadlı. Əsər bu iki bir-birinə zidd mövqeni insan 
amili kontekstində qabardır. Biz müharibədə torpaqlarımızdan 
daha öncə insanlığımızı itirdik və bəlkə insanlığımızı itirdiyimiz 
nədənindən torpaqlarımızı itirdik. Əsərdə Komandir itməyən, 
itirilməyən yaddaş kimi mənalanır. Müharibə acısı sona qədər 
tək bu insanın içində, yaddaşında yaşayır. Elə onu tanıyan 
digərləri üçün də bu insan müharibənin təhlükəli portpetidir
yalnız ona baxanda müharibəni də xatırlamağa məcbur olurlar. 
Əsərdəki bütün digər hadisələr də məhz onun ətrafında cərəyan 
edir, bu və ya digər şəkildə bu obrazla əlaqələnirlər.. 
Romanda ilk baxışda sanki qəhrəmanlığın vəsfi ilə bağlı mə-
qamlara köklənmək hissi yoxdur, biz müharibədə uduzmuş, 
torpaqlarını itirmiş bir məmləkətin övladlarıyıq və bu vəziy-
yətdə  qəhrəmanlıqdan dəm vurmağa haqqımız varmı? Amma 
yox,  əsər həm də  cəmiyyətə mesaj ünvanlayır: Qarabağı onu 
qorumağa gücü, cəsarəti yetən qəhrəman  əsgəri olmadı deyə 
itirmədik, Qarabağı  səbatsız siyasətin, Ağ evlərdə  xəbərsiz 
yazılan ssenarilərin, icraçı rejissorların ucbatından itirdik. 
Məlum həqiqətdir, amma bir də əsərdə təsvirinə varmaq: ”Bu 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin