Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə56/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   52   53   54   55   56   57   58   59   ...   125
 
 
 


 
136 
“HARAMI” ROMANI: QƏHRƏMAN VƏ ZAMAN  
PROBLEMLƏRİ ÖNÜNDƏ 
 
Ş.Ağayarın nəsrində müharibə insanının içindəki ağrını, 
daşıdığı həyat yükünü ifadə eləmək gücü var. Çağdaş nəsrdə bu 
ağrı simvolikası  Şərifin mətnlərində daha yaxşı  əksini tapır. 
Şərif müharibənin odunu-alovunun, yandırıb kül etdiyi arzula-
rın insan içində doğurduğu fəsadlarını, atdığı şırımlarını göstə-
rir. Vektorun oxunu “quşu uçan budaqlara” yox, o quşların dal-
dalandığı, məskən saldıqları məkanların istiqamətinə tuşlayır. 
“Haramı” romanına qədər  Şərifin meydana qoyduğu he-
kayələri, “Kərpickəsən kişinin dastanı” povesti müharibənin o 
qatlarını çözməyə meylli idi ki, onlar öz emosional ahəngi və 
problematikası ilə müharibə insanının hisslərinin yanğısına və 
müəllifın iç ağrılarının təfsilatına söykənirdi. “Haramı” romanı 
da eyni mövzunu, problematikanı, milli heysiyyat məsələlərini 
çözməyi təqib qılır. Bu dəfə əsərin ideya planı bir qədər geniş-
lənir, müəllif milli-mənəvi keyfiyyətləri, kişilik dəyərlərinin 
yaşarı göstəricilərini özündə ehtiva edən qaçaqlıq mövzusunu 
bədii sözün təcəssümünə çevirməklə müharibənin  ədəbiyyat-
dakı obrazına yeni çalarlar artırır. Milli nəsrimizdə bu möv-
zunun bir sıra sələfləri olduğu məlumdur: İ.Şıxlının “Dəli kür” 
“Ölən dünyam”, F.Kərimzadə “Qarlı  aşırım”,  İ.Əfəndiyev 
“Üçatılan”, S.Azəri “Duman çəkilir” kimi nümunələrində patri-
arxal qanunları funksionaldır, bu və ya digər şəkildə milli xa-
rakterin özəlliklərindən rişələnirlər. Son dövrün nəsr nümunə-
lərinə dayaqlansaq, bizdə qaçaqlıq mövzusu, öz yaşam qanun-
ları ilə seçilən milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri 
də milli yaddaş daşıyıcıları kimi sanki tarixə dönmüş, öz 
funksionallıqlarını dondurmuşlar. Ş.Ağayar bu mövzunu yeni-
dən təsvir predmetinə çevirməklə  həm də zamanı yeni sınaq 
qarşısına çıxarır: yeni cəmiyyətdə milli insanın mövqeyi necə 
görünür, o yenədə-mi cəmiyyət üçün “artıq adam”dır, yoxsa 
ictimai və  mədəni inkişaf onun yaşam tərzi, düşüncə hüdudu 


137 
qarşısında güzəşt edir, onun ənənə  və mühafizəkarlıq meyar-
larının cəmiyyətdə dayanıqlılığına çaba göstərir.  
Özü də bu mövzu o zaman təsvirə  çəkilir ki, cəmiyyətdə 
xaos nizamı, disharmoniya harmoniyanı  əvəz edir. O zaman 
nəsr də inersiya ilə milli yaddaşı silkələyərək onu ayıq-sayıq 
salmağa çalışır, milli psixologiyamıza yabançı elementlərin, 
ünsürlərin qovuşmasına etiraz edir.  
İ.Şıxlının “Ölən dünyam” əsərində belə bir epizod var. 
”Troyka”nın sadiq qulu olan Fətullayev qolçomaqların kökünü 
kəsmək üçün bir dəstə hazırlayır və Qeybalı kişiyə tapşırır ki, 
kəndə gələn hər kəsi sorğu-sualsız gülləyə tutsunlar. Bu zaman 
Qeybalı kişi acı-acı gülümsünür və deyir: 
“-Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb 
ki, meydana çıxsın? 
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi.” 
Ədəbiyyatımızda keçəl obrazının hansı neqativ məzmun 
ehtiva etdiyini nəzərə alsaq, müəllifin priyomundakı ironik 
çaların məğzini tutmaq çətin olmur. Əgər bu zamanın kişisi, 
“Cahandar” ağası, vurub-tutanı Keçəl Xondulu idisə, deməli 
cılızlığın igidliyə meydan oxuduğu zəmanə  gəlirdi. Müəllifin 
həyəcanı da mənəvi cəngavərliyimizin yoxa çıxması, cılızlığın 
onu üstələməsi qorxusu ilə bağlı idi. Xalq öz keçmişindən bu 
günə hansı dəyərləri gətirib çıxarır, qürur doğuracaq hansı milli 
keyfiyyəti, kişilik heysiyyatını mühafizə edir?!.. 
“Haramı” romanı da milli yaddaşın məhz bu çalarlarına ay-
na tutur, əsərdəki hadisələr qaçaqlıq mövzusunun davamı kimi 
qələmə alınır. Faktura və problematika müasirlikdən, keçib 
gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktu-
allığından nəşət edir. Əsərdə  həm də qloballaşan dünyamızın 
təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair 
fikirlər var. “Keçmişdən imtina bir çox qiymətli dəyərlərin 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin